The document has moved here.
|
||
Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
İyunun 29-na gözlənilən hava şəraiti açıqlanıb.
Xeber365.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 olacaq.
Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq. |
||
|
||
Güclü, külək, sabah, da, davam, edəcək, -, HAVA, PROQNOZU, |
|