301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
01 Sentyabr 2020 - Çərşənbə axşamı 11:38 147 nəfər oxuyub
 
Güllələnən xəyallar
YARADICI Xəbəri
 Güllələnən xəyallar

Kulis.az a isitinadən

Qatar gələnə yaxın "Zaqaziq" stansiyasında canlanma başlanırdı. Səfərə çıxanlar, gələnləri qarşılayanlar, ən çox da gündəlik ruzisini buradan çıxarmağa çalışanlar hər səhər sanki hardansa peyda olurdular. Hamıdan qabaq da siqaret satan oğlanlar, ən tez də Cahşa gələrdi. Allahdan aşağı; onun bütün ümidi, gümanı bu stansiyaya gələn, buradan keçən sərnişinlərə qalmışdı. Qatar gələnə qədər perrondakı adamlara göz qoyar, siqaret satmağa müştəri axtarardı. Elə siqaret satan başqa oğlanlar da stansiyadakı hər kəsi başdan-ayağa gözdən keçirər, siqaret istəyəni vağzalda qazandıqları xüsusi təcrübə ilə müəyyənləşdirər və ətrafında dolanardılar. Bu yeniyetmələrin öz aralarında yazılmamış qanunları vardı; biri o birinin müştərisinə yaxınlaşmazdı. Bütün bunlar hələ hazırlıq mərhələsi idi, əsl ticarət qatar gələndə qızışırdı. Qatar stansiyada dayanan kimi hər kəs hərəkətə keçir, çörək pulu üçün gələn uşaqlar sanki nəfəs dərmədən, bu fürsəti əldən verməməyə çalışardılar. Bu müddətdə sanki zaman da axarını dəyişir, daha sürətlə axıb keçir və hər kəs də bu axara yetişmək üçün yarışardı. Xırda gözləri parıldayan Cahşa müştəri tapmaq üçün yorulmadan perron boyunca o tərəf-bu tərəfə qaçırdı. Doğrudur, bu iş onun dolanışığı üçün vacib idi, amma soruşan olsa, işinə də, özünə də nifrət etdiyini söylər, sonra da çarəsiz boynunu büküb üzünə baxar, heç olmasa, bu səmimiyyəti müqabilində ondan bir qutu siqaret almağını umardı. Təkcə Cahşa yox, bu işlə dolanmaqçün çırpınan cavanların hamısı sizə yəqin ki, elə həmin cavabı verər, bu həyata məhkum olduqlarını deyərdilər… Cahşa üçün ən böyük xoşbəxtlik varlı-karlı bir ağanın sürücüsü olmaq idi. Onda səliqəli geyinər, varlıların yediyindən yeyərdi… Sürdüyü avtomobilə göz bəbəyi kimi baxar, ağasını gəzdirər, istirahətə, bahalı restoranlara aparar, ağanın kölgəsində adam kimi yaşayardı… Bu xəyallar Cahşanın bitib-tükənməyən sıxıntılarını, bircə qutu siqaret sata bilmək üçün onun-bunun qabağına qaçdığı, cilddən-cildə, rəngdən-rəngə düşdüyü gündəlik həyatını unutmaq üçün ən xoş təsəllisi, yeganə ümid qapısı idi. Cahşanın bu cür xəyallarla yaşamasının mühüm bir səbəbi vardı. – Qurr! O da Qurr kimi olmaq istəyirdi. Varlı bir iş adamının sürücüsüydü Qurr. Başqa bir varlının evində xidmətçi işləyən Nəbəviyyə adlı qızla görüşürdü. Bu görüşlərin birində Qurrun sevinc və həyəcanla əllərini ovuşduraraq Nəbəviyyəyə "Bu yaxında sənə nişan üzüyü gətirəcəyəm", - dediyini Cahşa da eşitmişdi. Qız da işvəli bir əda ilə guya açılmış örpəyini bağlamaq istəyirmiş kimi onun ucunu bir az da qaldırmış və oğlanı özünə məftun eləmək üçün zeytun yağıyla parıldatdığı qara saçlarını göstərmişdi.

Hər dəfə bu mənzərəni təsəvvüründə canlandıran Cahşanın ürəyindən qara qanlar axır, qəlbində baş qaldıran qısqanclıq onu boğur, əldən salırdı… Axı, o da da Nəbəviyyəni sevirdi… Hər dəfə qızın qara gözlərinə baxanda ürəyinə od düşür, həyəcandan özünü itirir, əl-ayağı titrəyirdi… Cahşa qızı gözdən qoymur, fürsət düşən kimi ona yaxınlaşırdı. Günlərin birində isə o da elə Qurr kimi qızın qulağına əyilib "Yaxında üzüklə gələcəyəm", - demişdi. Nəbəviyyə qaşlarını çatmış, onu başdan-ayağa süzərək, "Ala bilirsən, get özünə bir cüt ayaqqabı al", - demiş və dönüb getmişdi. Bu cavabdan sonra Cahşa dəvə dabanına bənzəyən yöndəmsiz ayaqlarına, kirli paltarına və tozlu şapkasına göz gəzdirmiş, belə qənaətə gəlmişdi ki, bütün bu uğursuzluqlarının səbəbi elə bu görkəmidir. Amma nə olur-olsun, Cahşa ümidsizliyə düşən adam deyildi. Xəyallarını həqiqətə çevirmək üçün çırpınır, yollar axtarır, əlinə bir şey keçirə bilməsə də, ümidini itirmirdi.

O axşam da həmişəki kimi "Zaqaziq" stansiyasına hamıdan qabaq gəlmişdi. Uzaqdan qatarın dumanı göründü. Bir azdan qatarın fit səsi eşidildi və vaqonlar göründü. Stansiyaya çatan qatar böyük bir uğultu qoparıb dayandı. Cahşa vaqonlara tərəf qaçdı. Vaqonların girişində silahlı əsgər görüb xoflandı. Deyəsən, bu gün siqaret satmağa müştəri tapa bilməyəcəkdi; sərnişinlərin hamısı hərbi əsirlərdi… Cahşa yerindəcə donub qaldı… Gözlərindən kədər yağan sərnişinlər isə həsrət dolu baxışlarla perronda dayanmış Cahşaya, onun əlindəki siqaret qutularına baxırdılar. Stansiyadakılar öz aralarında pıçıldaşırdılar ki, əsir düşmüş İtaliya əsgərləridir, onları əsir düşərgəsinə aparırlar.

Cahşa donub qalmışdı… Gözlərini əsirlərin rəngini itirmiş, bomboz sifətindən çəkə bilmirdi. Birdən içində qəribə bir duyğunun baş qaldırdığını hiss etdi; onların halına acıdı və ürəyindən keçdi ki, əlindəki bütün siqaretləri bu yazıqlara paylasın. Amma onun bu mərhəmət duyğusu uzun sürmədi və o yenidən dönüb bir az əvvəlki oğlan oldu... Əvvəla, əlindəki siqaretləri açıb bircə-bircə paylasaydı belə, bu əsirlərin heç yarısına da çatmazdı, ikincisi də öz arzularına və sevdiyi qıza qovuşmaq üçün siqareti satmalı idi - başqa yolu yoxdu... Nə olur-olsun, bu fədakarlıq - vaqonun pəncərəsindən boylanan bu zavallıların əsl səfalət tablosu kimi görünən solğun çöhrələrini bircə siqaretlə sevindirmək belə Cahşa üçün imkansızdı. Əsirlərsə acgözlüklə onun əlində tutduğu siqaret qutularına baxırdılar. Özünü ələ aldı, sifətinə əsəbi ifadə verdi və mərhəmətsiz, ikrah dolu baxışlarla onlara göz gəzdirməyə başladı… Bir anlığa nə düşündüsə, arxasına dönərək perronun kənarına tərəf yönəldi. Elə bu zaman arxadan kiminsə yunan ləhcəsi ilə ərəb dilində "siqaret" dediyini eşitdi.

Cahşa dönüb çaşqın və tərəddüd dolu baxışlarla gözünü ondan çəkməyən əsirə baxdı və baş barmağı ilə işarət barmağını bir-birinə sürtərək siqaretin pulsuz olmadığını xatırlatdı. Bədəninin az qala yarısını vaqonun pəncərəsindən bayıra çıxarmış əsir ehtiyatla sağa-sola boylandı və əynindəki əsgər kitelini çıxarıb yelləyərək, "Mənim pulum budur", - deyə Cahşaya səsləndi.

Cahşa bu təklif qarşısında bir anlıq çaşıb qaldı, amma sarı düyməli, boz rəngli kitelə gözü düşdüyü üçün ürəyi həyəcanla çırpınmağa başladı. Ancaq o, çoxlarının düşündüyü qədər də sadəlövh və axmaq deyildi. Bu kiteli əsirdən su qiymətinə almağa qərar verdi. Elə bunun üçün də özünü bu təklif qarşısında laqeyd göstərməyə başladı, yəni o qədər də ehtiyacım yoxdur. Sonra da bir qutu siqareti yuxarı qaldırıb əsirə göstərdi, yəni bir qutuya bir kitel. Əsgərin alnı qırışdı və dedi:

- Bu cür kitel üçün cəmi bir qutu? On qutu ver…

Cahşa başını bulayaraq razı olmadığını bildirdi və geri çəkildi. Əsirin onun toruna düşdüyünü və istədiyi qiymətə razı olacağını bildiyi üçün dönüb getdi. Əsgər arxasınca səsləndi:

- Yaxşı doqquz, ya da səkkiz qutu ver...

Cahşa inadla başını yellədi, yəni "yox". Əsgər bu dəfə də:

- Onda yeddi olsun, - dedi.

Cahşa yenə başını yellədi. Əsir onu geri qaytarmaq üçün altıya, sonra isə beşə qədər endi.

Cahşa hələ də başını yelləyirdi. Sonra da gedib perronun kənarındakı skamyada oturdu.

Hövsələdən çıxmış əsgər hələ də onu çağırırdı:

- Yaxşı, dördə də razıyam.

Cahşa dördə də razı olmadı, üstəlik də etirazını bildirmək üçün damağına bir siqaret qoyub yandırdı və özündən razı halda tüstünü havaya üfürməyə başladı.

Bu mənzərəni görən, bayaqdan bəri əsəbləri tarıma çəkilmiş əsgərin artıq səbri tükəndi. Həmin anda onun bu dünyada siqaret çəkməkdən başqa heç bir istəyi yoxdu, daha doğrusu, siqaretdən savayı ağlına bir şey gəlmirdi… Elə çarəsiz haldaydı ki, dörddən sonra "üç" demədi, birbaşa ikiyə düşdü. Cahşa isə tələsmirdi, yəqin ki, istəsə, onu birə də endirə bilərdi, amma endirmədi, iki qutuya razılaşdı və əsgər də bayaqdan əlində yellədiyi kitelini uzadaraq:

- Gətir, - dedi.

Cahşa oturduğu yerdən qalxıb qatara yaxınlaşdı və kiteli alıb, əsgərə iki qutu siqaret verdi. Qürur hissi ilə əlindəki kitelə baxan Cahşanın dodaqlarına zəfər təbəssümü qondu. Qayıdıb bir az əvvəl oturduğu skamyanın yanına gəldi, əlindəki siqaret qutularını oturacağın üzərinə qoyub, kiteli geyindi. Kitel Cahşanın əyninə böyükdü, amma bu, onun üçün dərd deyildi, ən əsası o idi ki, bu cür geyimi vardı!.. Sevincindən nə edəcəyini bilmirdi… Siqaret qutularını götürüb stansiyada o baş-bu başa gəzməyə, müştəri haraylamağa başladı. Ürəyindən bircə istək keçirdi: "kaş, al örpəkli Nəbəviyyə məni bu geyimdə görəydi… O zaman məndən uzaq durmaz və yuxarıdan aşağı baxmazdı…" Sonra da ürəyində Qurra meydan oxumağa başladı: "Artıq bundan sonra sən də mənim yanımda lovğalana bilməzsən!.." Ancaq bir məsələ də vardı; axı, Qurr təkcə pencək deyil, kostyum geyinirdi, onunsa təkcə kiteli vardı, bəs, şalvarı haradan tapacaqdı?.. Bir az düşündü və ağlına nə gəldisə, qatarın pəncərəsindən boylanan əsirlərə mənalı-mənalı baxmağa başladı. İçində yeni arzular baş qaldırmışdı, deyəsən, kitelin şalvarını da elə indi, burada ələ keçirməyə qərar vermişdi. Vaqonlara yaxınlaşıb:

- Siqaret!.. Siqaret!.. Pulu olmayanlar üçün bir qutu bir şalvara! Bir şalvara bir qutu! - deyə qışqırmağa başladı.

Bu sözləri bir neçə dəfə təkrarladı. Birdən ağlına gəldi ki, əsirlər onun nə dediyini anlamırlar, ona görə də başqa bir üsul düşündü; gah əynindəki kiteli göstərməyə, gah da siqaret qutusunu başının üstündə yelləməyə başladı. Çox keçmədi ki, onun bu fəndi öz səmərəsini verdi və əsgərlərdən biri kitelini çıxarıb ona tərəf uzatdı. Cahşa əsgərə yaxınlaşdı, əli ilə şalvarını göstərdi, yəni kiteli yox, şalvarı istəyir. Əsgər çiyinlərini çəkdi, yəni ona da etiraz eləmir, sonra da şalvarını soyunmağa başladı. Beləcə, alış-veriş baş tutmuş oldu. Şalvarı alan Cahşa az qala sevincindən uçurdu... Əvvəlki yerinə qayıdıb şalvarı da geyindi. Bu geyimdə o lap İtaliya əsgərinə oxşayırdı! Görəsən, geyimində, üst-başında bir nöqsan vardımı? Kaş, əsirlərin şapkaları da olaydı… Ancaq ayaqqabıları vardı!..

Cahşa siqaret qutularını götürüb yenidən qatara tərəf yüyürdü:

- Siqaret, bir cüt ayaqqabıya bir qutu!.. Bir cüt ayaqqabıya bir qutu!... - deyə qışqırdı.

Yenə də əl-qol işarəsi ilə istəyini başa salmaq istədi. Ancaq o, müştəri tapanadək qatar fit çaldı və silahlı mühafizəçilər vaqonların qapılarında öz yerlərini tutdular. Qatar uzun bir fit verdi və bacasından qalxan qara tüstü buludu stansiyanın üstünə çökdü… Uğultu ilə yerindən tərpənən qatar sanki, Cahşanın arzularını da özü ilə aparır, onu bu stansiyada ayaqyalın qoyurdu… Onun gözlərində kədərlə qəzəb bir-birinə qarışmışdı. Vaqonlar Cahşanın yanından ağır-ağır ötüb keçir, o isə dayandığı yerdə donub qalmışdı…

Birdən mühafizəçilərdən biri əsgər geyimli Cahşanı gördü, üzü qəzəbdən titrədi və Cahşaya əvvəlcə ingiliscə, sonra isə italyanca qışqırdı:

- Ey, əsir, tez min!.. Tez ol, qatara min!

Cahşa əsgərin nə dediyini başa düşmədi və əlini yelləyərək stansiyanın kənarına doğru addımlamağa başladı. Əsgər isə dayanmadan qışqırırdı:

- Qatara min, əsir! Son dəfə xəbərdarlıq edirəm, qatara min!

Cahşa onu məsxərəyə qoymaq üçün dodaqlarını büzdü, dönüb yoluna davam etdi. Mühafizəçi əsgər sol əlini yelləyərək onu hədələdi və qatara minməsini istədi. Ancaq Cahşanın ona məhəl qoymadığını görüb tüfəngini çiynindən aşırdı və atəş açdı. Güllənin səsi qulaqlarda əks-səda doğurdu. Oğlan səndələyib üzü üstə yıxıldı… Siqaret qutuları ətrafa səpələndi… Bir azdan qatar gözdən itmiş, stansiyanın üstünə çökmüş tüstüsü dağılıb getmişdi. Cahşanın cansız bədəni isə elə yıxıldığı yerdəcə buza dönmüşdü...

Mənbə: Müəllif:
, Güllələnən, xəyallar,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqlənib
Azərbaycanlı rejissorun fimi 77-ci Venesiya Film Festivalında nümayiş olunub
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
Azərbaycanlı Türkiyədə qadınlara qarşı cinayətlərə heykəl hazırlayıb
Naftalanda qədim yaşayış məskəni aşkarlanıb (FOTO)
Tanınmış türk aktyor Bürol Ünel vəfat edib
Azərbaycanlı yazarın romanı ABŞ-da birinci yeri tutub
Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub
“Poladın 7 anı” sənədli filmi təqdim olunub
Fateh Sultan Mehmetin 540 il tarixi olan portreti İstanbula gətirilib
Abdulla bəy Divanbəyoğlunun povesti Türkiyədə nəşr olunub
İtaliyada vəfat edən görkəmli azərbaycanlı opera müğənnisi Bakıda dəfn edilib
Mədəniyyət Nazirliyində yeni təyinat
General Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlanıb
2020 İMAJ MAGAZİN SƏNƏT MÜKAFATLARI VERİLDİ
Anar Ələkbərov mədəniyyət və incəsənət xadimləri ilə görüşdü
Əməkdar artist beynəlxalq festivalda onlayn konsert verəcək
Azərbaycanın “Eurovision” üzrə nümayəndə heyətinin rəhbəri təsdiqləndi
Əsrimizin Siyavuşu: Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin ruhuna ithaf
Azərbaycan mühacirət mətbuatı necə başladı: Yeni Kafkasya
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DƏFN MƏRASİMİNDƏN FOTOLAR
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Rəsulzadə ruslara qarşı - Nəsiman Yaqublunun araşdırması
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Dünyadan köçərkən vətəninin adını dodaqlarında aparan Rəsulzadə
Ziya Şakir Yılmaz – Sizə bir sir verimmi?
Seyid Əzim Şirvaninin nəticəsinə Daşkənddə ev alındı
AZƏRBAYCAN CÜMHURİYYƏTİ ƏLİ BƏY HÜSEYNZADƏ PUBLİSİSTİKASINDA
Cümhuriyyət dövründə Ermənistan rəhbərliyi diplomatlarımızı onların əliylə qarət edirdi
ƏMƏL DOSTLARI: İ.QASPRİNSKİ VƏ Ə.TOPÇUBAŞOV
Axundov bundan ötrü boğazından kəsmiş, ac-susuz qalmışdı... - SORĞU
Ey mənim aramım, ey səbrü-qərarım, hardasan?! - VİDEO
Sevgi vardır ki, bahardan bizə güllər gətirir... - Müşfiq - VİDEO
Məfkurə yolunda tökülən qan hədər olmaz - Məhəmməd Hadi
Rəsulzadə ruslara qarşı barışmazlığının əsasını bu yazılarla qoymuşdu...
Xəzər Universitetində “Türk Dünyası Bilgi Şöleni” keçirildi
Seyid Əzim Şirvaninin nəticəsi İlham Əliyevdən yardım istəyir - Azərbaycana qayıtmaq üçün...
Heyran olduğu qadınların rəsmini çəkən aktrisa: Zerrin Tekindor
Ölümündə FTB-nın günahlandırıldığı aktrisa - Film kimi həyat
Əkrəm Əylisli özü bunu deməyə qorxsa da... - MÜZAKİRƏ
Arabir gücündən yıxılır adam... - Ramiz Rövşən - VİDEO
Tеllərini pоzduğun o sevdalı yar mənim... - Almas İldırım
İsmayıl Hacıoğlu: Oskarımızı xalqdan aldıq
Atıb gedən qadınların hamısı eyni yerə yığışırlar əslində... - Salam Sarvan
Camal Sürəyanın düyməsini tikən qadın
İlqar Rəsulun yeni romanı çıxıb
Yapon cadugərinin ram etdiyi adam: Lennon-Yoko eşqi
Koreyalı qızcığaz ilə türk əsgərin hekayəsi: Ayla filmi
Güney Azərbaycanın susdurula bilməyən səsi: Görək, qürbət qalib gələcək, ya mən? - VİDEO
Böyük Tələbə Layihəsinə gedən yol - Azərbaycan gənclərini bağrına basan Türkiyə
Sən yatalı mən gözümə, ulduzları say demişəm - VİDEO
30 ilə sığan həyat və şöhrət: Sevil Hacıyevanın hekayəsi
Araz çayından soruşaq: buralarda bir qara balıq gördünmü?
Skripkanı ağladan adam: Ölkəmə aşiq idim, amma onu tərk etməliydim
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş... - Mikayıl Müşfiq
Aşağı təbəqədənsinizsə, bircə şansınız var: yaxşı təhsil almaq - MÜSAHİBƏ
Paris monastrını Türkiyə həbsxanasına çevirən rejissor – Ölkəsi onu izləmirdi
Burnundan uzağı görməyən yazıq, günəş gözlülərlə ədavət eylər...
Allah, mənə bir az bəxt ver, bir az da vaxt, yaşayım - Rəbiqə Nazimqızı
Bütün xoş şeylər kimi sən dəmi bitəsisən? - QİSMƏT
Çinarlar pöhrələmir - Zəngilansız 24 il
Vurğun Əyyuba sağlıq - Həqiqət üçün yanan adam
Cavidin bir arzusu vardı...
Azadlıq aşiqlərinin silsiləsi ortada qırılsa da... - Vurğun Əyyub yazır
Məryəmin oğlu - Fəxri Uğurlunun hekayəsi
Gəlməyin, qayıdın, geri qayıdın, qayıdın atları çimizdirməyə...
Teatr direktoru: Teatr da döyüş meydanı kimidir, əsl kişilik sənətidir
Çirkablara daş atılmalıdır, yanında kimsə olmasa belə, təm-tək...
İşdən çıxmaq barədə ərizəni istəmədən yazmışam - Ayşad Məmmədov
Dilənçiyə yasəmən verəcəm, cüzamlı qadına sırğa... - Söhrab Sepehri
Çinlilər dünyada ən sürətli maşın-amfibiya yaratdılar
Sankt-Peterburqdakı "Laxta sentr" Avropanın ən yüksək binası oldu
Həyatda küsülü olub, filmlərində görüşən iki rejissor
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Çin terrorçularla mübarizə üçün effektiv lazer silahı hazırladı
Qarğalara şəhər küçələrini təmizləmək öyrədiləcək
Bakıda “Atalar və qızlar” festivalı keçiriləcək
Azərbaycan alimi yeni vaksin əldə etdi
Yaponiyada 2,5D-çap texnologiyası hazırlandı
Bakıda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açıldı
İsveçrədə ilk “yeməli” robot hazırlandı
Bakıda tələbələr üçün müasir yataqxana kompleksi tikilir
“Google” qırx dilə tərcümə edən qulaqlıqlar təqdim etdi
İnsan saçlarından yeni maye gübrə hazırlandı
Alimlər arıların “naviqasiya sistemi”nin olduğunu müəyyənləşdirdi
Onlar niyə Nobel ala bilməmişdilər? - Pərdəarxası məqamlar
AMEA-nın bir qrup əməkdaşına ev verildi
Hökuməti qorxuya salan Nəsif bəy Yusifbəyli və azərbaycançılıq ideyası
Hansı it sənə məndən yaxşı keşik çəkəcək?!.. - Marina Svetayeva
Türkiyədə neft və qaz başqa sözlərlə əvəzləndi
Şahzadə Diananın ev muzeyi kafe oldu
Kino məmurlarımızın müasir kinodan xəbərləri yoxdur - MÜZAKİRƏ
Ən böyük külək turbinləri bu ölkədə tikilir
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLUZİV
Məktəblilər üçün 101 əsər – Şahbaz Xuduoğlunun siyahısı
Məhkumların əl işləri satışa çıxarıldı
Bu yaşda bu qədər yamaq, ağırdı, iynəm, ağırdı - Günel Şamilqızı
Xorxe Luis Borxesdən 10 sitat
Başqa günəşlə açılmalı səhərlər - Şəhriyar del Gerani
Belə şərtlərlə yaşayan qadınlar böyük bədəllər ödəyirlər, mənim kimi...
Zanussinin filmində oynayan azərbaycanlı aktyor: “Sonda məni güllələyirlər”
Rüstəm Behrudi Alim Qasımova: Oxu və çıx get!
Təbəssüm - Rey Bredberinin hekayəsi
Antuan De-Sent Ekzüperinin “Dua”sı
Tanrım, həyata acıqlan, çəkmələrimizi tez köhnəldir - Aqşin Yenisey
Kim olur saçlarını kəsəndən sonra bir qadın?.. - Hədiyyə Şəfaqət
Avropada fransız, Qafqazda türk dili…
Elnaz Eyvazın Qadını minlərcə Azərbaycan qadınının birisi olsa da... – Vurğun Əyyub
ARABAÇI - Sabir Əhmədlinin hekayəsi
QADIN - Elnaz Eyvazın hekayəsi
Qadınlar kişilərdən daha yaxşı liderlərdir
Elə bil Allahla bəhsə girib insan yaradırsan - Yazıçı
Əvət, uzaqda səadət var... - HÜSEYN CAVİD
Mənim sevgi payım bura qədərmiş - ƏLİSƏMİD KÜR
Oxucu da onlarla birlikdə Babanı kor etmənin iztirablarını yaşayır - Vurğun Əyyub yazır
Şəkil - Şərif Ağayarın hekayəsi
"Şiddət" adlı fotosərgi keçirildi
Artıq həyatın əvvəlki kimi olmayacağını hiss edirdim - Orhan Pamuk
Anam mollaxanada oxumuşdu, bircə Yasin surəsini bilirdi
Vurğun Əyyubun kitabı nəşr olunub
YENİDƏN KİRİL ƏLİFBASINA KEÇƏ BİLƏRİKMİ?
Bəlkə də, bununla yaradanın işinə qarışıram - Azərbaycanlı yazıçı
Geyin köhnə çəkməni, gəl gedək xoşbəxt olaq - AQŞİN EVRƏN
ÜÇ BÖYÜK ŞAİRİN AŞİQ OLDUĞU QADIN...
N. Əbdülrəhmanlının “Qapı”sı önündə düşüncələr - VURĞUN ƏYYUB
QAPI- Nəriman Əbdülrəhmanlının hekayəsi
Aydın Dadaşov Allahın işinə qarışmamışdı...
Xalq bir gündə qərinələrin sevincini yaşadı...
Sənin üçün...
ÇARƏSİZ VƏ QORXAQ SOLÇU - ŞABAN
Amerika cəmiyyətinə qalib gəldi və gülə-gülə ölməyə getdi...
Xəzər Universitetində Dialekt Festivalı keçirilib - İlk dəfə
AKTYOR: SEVMƏDƏN HEÇ NƏ GÖZƏL OLMUR
SÖYÜDLƏR QARIDI, HARADASAN?..
Teatr evdir, onun mətbəxi də var, yataq otağı da... – Hacı İsmayılov
Düşünürəm öz dalımca, gözüm dolur – VAQİF BAYATLI ODƏR
Azərbaycanlı gənclərin unikal ixtirası yol qəzalarının qarşısını alacaq
O qız mənə görə intihar etsə, mən yaşayardımmı? - ŞAİR
27 Yaşında həbsxanada ölən ilk cazmenimiz - Pərviz Rüstəmbəyov
Qəlbim istəyən söz başıma gəlmir... - MƏMMƏD ARAZ
«Et Si Tu N'existais Pas», «Salut» və… 41 yaşında ölüm...
Məni mən eyləyən bu kədər gözəl... - RÜSTƏM BEHRUDİ
Qar dənəsinin başına gələnlər... - SƏMƏD BEHRƏNGİNİN HEKAYƏSİ
İLAHİ, KÜSSƏM DƏ, SƏNİNƏM YENƏ...
Raqif Raufoğlu "Adam danışmaz"
Eldar Baxış: "Küçə sizə sarı çəkirdi məni"
Aydın Dadaşovun ölümüylə yarımçıq qalan yazı...
Baharı gözləyirəm, ay qız, gəl bahar kimi...
Azərbaycanın səadət günü, bəlkə, sabahdır – ƏHMƏD CƏFƏROĞLU
Xarabaya çevrilmiş məhəllənin tək sakini – FOTOLAR
“Karvan”: Xoş bir təsadüfün nəticəsi
Bir ağ ümid axıb gedir, yapış görüm o ümiddən...
Bir ovuc Azərbaycan torpağı və bir ovuc Azərbaycan sevdalıları... - REPORTAJ
“Azərbaycan dilini bölgədə hakim dilə çevirək” – iki saytın ortaq layihəsi
Bir uşaq əlləri toxunacaq üzünə...
"Sevil" operası - İnqilab tufanının təsiri
Bir qulaq as, tar çalır yenə kimsə uzaqda...
Hormonlar üzərində güclü təsirə malik sənət
İstəsən üzündən öpərəm hərdən, öpərəm dəniz kimi...
"Solumu sən bağlamısan, bir az sağım üşüyür..." - HEKAYƏ
Atatürkün sol gözündəki böyük sirr - FOTO
Kosmik tənhalığa çarə axtarır, dünyada yığışıb bütün adamlar
Məmməd Araz: "Bu millətə nə verdik ki?" - VİDEO
“Hitler sənin o babalarını yaxşı güllələyibmiş elə!”
Sən bilirsən, qadın haqda imam Sadiq ağa nə deyib?
Gedir könlümün əfəndisi
GİROV VALİDEYNLƏR
Heç olmasa arxamca “peredaça” gətirərsiniz...
Murad Köhnəqala təqdim edir: AYGÜNÜN ÜSYANI
Evində Əbəlfəzlil Abbas Xanəgahı yaratmış azərbaycanlı-Video
"Çöl Qala" oxuculara təqdim olunub
Əfsanələrdən ilhamlanan liderin Tibet gizlinləri
Əkrəm Əylisli: Mən bütün varlığımla Azərbaycan xalqına bağlıyam
3 mayın tarixi, dünəni, bu günü məşhur yazar Hüseyn Nihal Adsızın öz dilində səslənir [Video]
Bir jurnalistin fədakarlığıyla üzə çıxan “Kəsik əllərlə dolu səbət”in sahibi
Çinli rəssamdan dənizdə boğulan Aylana qeyri-adi dəstək
Vətənlərində sevilməyən məşhur yazıçılar
“Bir əli xalqın yanında, digər əli sarayda idi”
Fundamental türkçülük - Yazı IX
Bütöv Azərbaycan üzərinə düşüncələr
Fundamental türkçülük - Yazı VII
Bolşevizmlə nasizm arasında seçməli olsaydı, nasizmə üstünlük verərdi
Fundamental türkçülük - Yazı VIII
Poeziyamızın Məmməd Araz yükü
Fundamental türkçülük - Yazı VI
Fundamental türkçülük - Yazı V
Fundamental türkçülük - Yazı IV
Fundamental türkçülük - Yazı III
Fundamental türkçülük - Yazı II
Yaradıcı Esmira Məhiqızı
Fundamental türkçülük - Yazı I
“Yaradıcı” Raqif Raufoğlu
Yaradıcı”nın növbəti qonağı Orxan Məmmədli…
Alik Əlioğlunun şeir və esseləri
Fərican Yarənin tərcümələrini təqdim edirik
Məhəbbətin ZİL Hekayəsi....
Haber Yazılımı