The document has moved here.
|
||
Güney Azərbaycanda aclıq edən məhbusların istəkləri yerinə yetirilib | ||
GÜNEY AZƏRBAYCAN Xəbəri | ||
![]() |
||
|
||
"Güney Azərbaycanda aclıq aksiyası keçirən məhbusların istəkləri yerinə yetirildiyi üçün aksiyalarına son qoyublar.
Özəlliklə Yusif bəy Karinin 8 gün aclıqla əlaqəli olaraq fiziki vəziyyəti yaxşı deyildi, çox narahat idik, var olsun qardaşımız. Tehranın Evin zindanında olan milli məhbuslarımız Yusif bəyə dəstək üçün bu gün aclıq aksiyasına başlayacaqlarını bildirmişdilər. Abbas Lisani, Siyamək Mirzayi, Əli və Rıza Vasiqi qardaşları da Yusif bəyə dəstək üçün aclıq aksiyasına başlamışdılar. Yaşasın, Azərbaycan! Vətəni Vətəndə qoruyan igidlərimizin ayağına yaman daş dəyməsin".
"Xəbər365"in verdiyi xəbərə görə, bu barədə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi sözçüsü Məhsa Mehdili bildirib.
O bildirib ki, Güney Azərbaycanlı fəal Yusif Kari yanvar ayının 14-də tibbi məzuniyyət tələbi ilə əlaqədar Ərdəbil həbsxanasının prokuror köməkçisi olan Sepehriyə müraciət edib. Bundan sonra o “Sepehri”nin kabinetinə çağrılaraq təhqir edilib və saxlanıldığı palatadan karantin bəndinə köçürülüb. "O, prokuror köməkçisinin bu əməllərinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Onun bu aksiyasına dəstək üçün isə Azadlıq Fədailəri, milli məhbuslar Ərdəbil həbsxanasında saxlanılan Əli və Rza Vasiqi qardaşları ailələri ilə telefon əlaqəsi zamanı yanvar ayının 20-dən etibarən Yusif Kariyə dəstək olmaq üçün və həbsxanaya nəzarət edən prokuror köməkçisinin Yusuf Kariyə qarşı pis davranışı, həbsxana rəsmilərinin siyasi məhbusların problemlərinə laqeyd yanaşması və Y.Karini bölməsindən ayırıb karantin bölməsinə köçürmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar. Yanvar ayının 18-dən Yusif Kariyə dəstək məqsədi ilə aclıq (susuz) aksiyasına başlayan tanınmış siyasi fəal Abbas Lisani telefon əlaqəsi zamanı həbsxana məsullarına xəbərdarlıq edib ki, Yusif Karini öz palatasına qaytarmayacaqları təqdirdə bu gündən (20 yanvar) quru aclıq aksiyasına başlayacaq. Həbsxanadaki başqa siyasi məhbus Siyamək Mirzayi də, yanvarın 19-da yaxınları ilə telefon əlaqəsi zamanı Yusif kariyə dəstək olmaq üçün bu gün, yanvar ayının 20-dən etibarən aclıq aksiyasına başlayacağını bildirib", Məhsa Mehdili bildirib. |
||
|
||
Güney, Azərbaycanda, aclıq, edən, məhbusların, istəkləri, yerinə, yetirilib, |
|