Xəbər haqqında
28 Noyabr 2017 - Çərşənbə axşamı 16:10 1060 nəfər oxuyub
 
Güney Azərbaycanın susdurula bilməyən səsi: Görək, qürbət qalib gələcək, ya mən? - VİDEO
YARADICI Xəbəri
Güney Azərbaycanın susdurula bilməyən səsi: Görək, qürbət qalib gələcək, ya mən? - VİDEO

O da doğulduğu dədə-baba yurdundan uzaqlarda yaşamağa məcbur qalmış milyon Azərbaycan türkündən biridir.  Araz Elsəs bu gün vətənindən uzaqda 46 yaşını tamamlayır.

 

Sənətçi 1971-ci ildə Güney Azərbaycanın Sulduz şəhərində doğulub. Uşaq yaşlarından öz kökünə bağlı olan Elsəs, sadəcə, ozan olaraq anılmır. O, güney azərbaycanlıların susdurulmaq istənən “səsi”dir. 

 

araz elsəs ile ilgili görsel sonucu

 

Araz Elsəs hələ uşaq yaşlarından İran dövlətinin Azərbaycan türklərinə qarşı olan yanlış siyasətinin əziyyətini çəkməyə başlayır. Bu haqsızlığa qarşı çıxmaq üçün yurdu üçün öz dilində mahnılar yazır, xalqı, ulusu oyanışa səsləyir. Elə bu səbəbdən də İran dövləti tərəfindən təzyiqlərə məruz qalır və vətənini tərk edir.

 

1991-ci ildə Bakıya köçür. 1997-ci ildə Avropa Yazıçılar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O zamandan bəri orada yaşayır.
 

İlgili resim

 

Araz Elsəs artıq bir çoxları üçün utopiyadan başqa bir şey ifadə etməyən “Bütöv Azərbaycan” davasına ürəkdən inanır və bir gün o taylı-bu taylı Azərbaycanı bir arada görəcəyindən əmindir.

 

Sənətçi müsahibələrində idealsız realizmin olmadığını vurğulayır hər zaman: “Gizli-gizli hər kəsin ürəyində döyünən Bütöv Azərbaycan düşüncəsi artıq milyonların sarıldığı, sahibləndiyi dəyərdir. Bu ideyanın gerçəkləşmisə çox qalmayıb. Buna kimsənin şübhəsi olmasın.”

 

İlgili resim

 

Ozan içində kök salmış Güney Azərbaycan həsrətini Quzey Azərbaycan sərhədinə – Araz çayının şimalına gedərək yatırmağa çalışır. Amma bu, nə dərəcədə işə yarayır?!

 

 

 

“Dəfələrlə sərhədə gedib o taya baxmışam. Quzey Azərbaycanın İmişli, Yardımlı bölgələrinə gedərdim, Güneyə fasiləsiz baxardım... O hissləri və həmin duyğuları necə yaşadığımı sözlə ifadə etmək olmur. Onu sadəcə yaşayırsan. Sözlə deyəndə cılızlaşır, deyə bilmirsən. Özləm, həsrət üçün mahnılar yaza bilərsən. Ayrılığın, həsrətin acısını hətta mahnı ilə də ifadə etmək olmur. İnsan o hissləri ifadə edə bilməz. Yalnız yaşaya bilər. Mən həsrəti yaşamışam. Əvvəllər belə deyildim. Elə bil qürbət öz işini görür. Amma mən də öz işimi görürəm. Baxaq görək kim qalib gələcək. İnanıram ki, mən qalib gələcəm, inandıqlarım qalib gələcək, gerçəkləşəcək və biz Güneydə öz haqqımızı alıb hüquqlarımıza çatacağıq. Buna inanıram.”

 

Araz Elsəs deyir ki, indi olmasa da, nə vaxtsa bu davada zəfər qazanacağıq. Güney Azərbaycan mübarizəsində insanların artıq sadəcə duyğuları ilə deyil, ağılları ilə hərəkət etməyə başladıqları fikrini müdafiə edir:

 

İlgili resim

 

“Güney Azərbaycan bu gün dünənkindən daha fəaldır. Çünki Güney artıq kənar qüvvələrin siyasəti ilə oturub-durmur. Artıq Azərbaycan kimsənin siyasətinə yem olmayacaq, yanacaqsa, özü üçün yanacaq. Bunun özü böyük uğurdur. Artıq Güney Azərbaycan İrandakı rejimin daxili siyasi proseslərinə qarışmır və qarışmamağının özü bir uğurdur. İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, sistemdə dəyişiklik olmayacaq. Güney türkləri bunu deyir. Azərbaycan öz yolunu seçib və gec, ya tez öz istəyinə çatacaq”.

 

Araz Elsəs türkçüdür. Ancaq sənətə, sadəcə, bir pəncərədən baxmağın doğru olmadığını düşünür. Sol görüşlü şair Nazim Hikmətin bir şeirinə mahnı bəstələyən və bunun üçün tənqid olunan sənətçi, sənətdə ideoloji düşüncənin işə yaramadığını deyir.
 

İlgili resim

 

“Yeniliyi sevib, hər zaman yeni şeylər vermək düşüncəsindəyəm. Sazı əlimə alanda, onu yeni üslubla çalmağa, başqalarından seçilməyə çalışıram. İndi çalışıram daha çox sazı rok ilə birləşdirəm, mahnılarımı rok üstündə yazam. Rokda etiraz var, rokda etirazını bildirə bilirsən. Mənim də mahnılarımın bir çoxunda etiraz var, hayqırtı var, dərd var, ağrı var...”

 

 

Hazırladı: Aysel Əliyeva

 

 

 

Mənbə: Müəllif:
Güney, Azərbaycanın, susdurula, bilməyən, səsi:, Görək,, qürbət, qalib, gələcək,, ya, mən?, -, VİDEO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı