Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 15:42 264 nəfər oxuyub
 
Güney azərbaycanlı rejissorların filmləri Türkiyədə kinofestivalda
GÜNEY AZƏRBAYCAN Xəbəri
Güney azərbaycanlı rejissorların filmləri Türkiyədə kinofestivalda

Türkiyənin Uşak şəhərində Güney azərbaycanlı rejissorların filmləri nümayiş olunacaq.

 

Xeber365.com İHA-na istinadən bildirir ki, 12-13 və 14 dekabr tarixində Uşakda baş tutacaq 4. Uşak Kanatlı Denizaltı qısa film festivalında bu il Güney Azərbaycandan olan rejissorların 10 qısa filmi izləyicilərlə görüşəcək.

 

Azərbaycan türkçəsində nümayiş olunacaq filmlərin siyahısı belədir:

 

“Kirli” Bəhmən Ərk və Bəhram Ərk, “Qabıq” Əlirza Salmanpur, “Səs” Arturan Nəcəfi, “Mən ismətəm” Leyla Novruzi, “Sərhəd uşağı” Rza Camali, “Qarlı damlar” Hayde Muradi, “Geri dönəcək” Həmid Əzizi, “Sardunyanın qışı” Leyla Əhədi, “Doğum günü” Siyamek Ata və “Qərar” Kadi Fariver.

 

Festivalda çıxış edəcək Güney azərbaycanlı rejissor və yazar Fərhad Eivəzi İran kinosundakı Azərbaycan əsilli rejissorların yaradıcılığı haqqında danışacaq. 

Mənbə: Müəllif:
Güney, azərbaycanlı, rejissorların, filmləri, Türkiyədə, kinofestivalda,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı