301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
07 Yanvar 2018 - Bazar 15:20 1564 nəfər oxuyub
 
Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir - Nəsib Nəsibli
GÜNEY AZƏRBAYCAN Xəbəri
Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir - Nəsib Nəsibli

Xeber365.com Türkiyədə yaşayan və Ankara Universitetində dərs deyən tarixçi, professor Nəsib Nəsibli ilə İranda baş verən etiraz aksiyaları və davam edən gərginlik barədə söhbət aparıb. Söhbəti sizə təqdim  edirik:

 

- Nəsib bəy, İranda yaşananlar Azərbaycanda müxtəlif müstəvidə qəbul olundu, etiraz aksiyaları ilə bağlı fərqli şərhlər verildi. Bəs azərbaycanlı tarixçi olaraq bu günlərdə Türkiyədən İrana baxanda hansı mənzərəni görürdünüz, daha çox nə nəzərə çarpırdı? 

 

- İran sıradan bir ölkə deyil. Həm qonşuların, həm də bu ölkədə maraqları olan böyük dövlətlərin İrandakı son prosesləri diqqətlə izləmələri çox təbiidir. Türkiyə iqtidarının olaylara münasibətini ölkə prezidenti və xarici işlər nazirinin qonşu ölkədəki tərəfdaşları ilə telefon danışıqları, bu danışıqların mediaya sızan bilgilərdən bilirik. Televiziya kanallarında son həftə hər gün İran hadisələri müzakirə edildi. Türkiyədə İran haqqında bilgilərin bu qədər bəsit və səthi olmasını bilirdim. Bu bəsitlikdən başqa, həm də hadisələrin təhlilində təktərəfli yanaşma  bir daha məni xəyal qırıqlığına uğratdı. Mediadakı dırnaqarası dərin analizlər bu səviyyədə qalacaqsa, yaxın zamanlarda İranda baş verəcək daha dərin hadisələrə Türkiyənin "hazır olmadığını" bir daha görəcəyik. 

 

- Həmyerlilərimizin vətəndaş olaraq bu çaxnaşmanı o taylı-bu taylı Azərbaycanın birləşmək fürsəti kimi görməsi, həyəcan keçirməsi təbiidir. Bəs hadisələri tarixi və siyasi baxımdan bir peşəkar kimi təhlil etdikdə ortaya hansı nəticə çıxır: doğrudanmı, bu, bir fürsət idi? 

 

- Quzey Azərbaycanda olayların həyəcanla izlənməsindən təbii bir şey ola bilməz. Bu olaylar perspektivdə birləşmək arzusu yarada bilər və yaratmalıdır. Amma son olaylar tamamilə başqa məsələləri ortaya qoydu.

 

- Bəs Güney Azərbaycandakı həmvətənlərimizin bu mənada, belə desək, soyuqqanlılıq göstərməsini necə dəyərləndirirsiniz? 

 

- Bu, ətraflı və dərin müzakirənin mövzusudur. Qısaca onu deyim ki, son onilliklərdə Güneydə gedən siyasi proseslərin özünəməxsus gedişi ciddi analiz olunmalı, ciddi də qərarlar qəbul edilməlidir. Hərəkat artıq aydınlanma, oyanış mərhələsindən çıxıb, məqsədyönlü  əməli fəaliyyətə keçməlidir. Vaxt yoxdur. Güney siyasi proseslərin gedişindən geri qalır. Bu da milli maraqlar baxımından təhlükəli durum yaradır.  

 

- Sizcə, cənubi azərbaycanlılar İranda nə baş verdiyini dəqiqliyi ilə anlayıb çözə bildilərmi? Yoxsa elə onların özünə də qaranlıq qalan məqamlar oldu?

 

- Ümumiyyətlə, son olayların mahiyyətiylə bağlı çox suallar qalır. Hələ olaylar davam etməkdədir. Bir daha təkrar edim. Son olayları milli fəallar çox ciddi şəkildə analiz edib, ciddi qərarlar verməlidirlər.

 

- Nəsib bəy, aksiyaların Məşhəddən başlaması təsadüfi qarşılanmır, bəs sizcə, etirazçıların bu planı nəyi fərqli etdi?

 

- Məncə, hadisələrin məhz Məşhəddə başlaması üstündə xüsusi nəzəriyyələrin qurulmasına ehtiyac yoxdur. Olayların səbəbləri bölgə xarakterində deyil, bütün İrana xasdır. Bahalıq, korrupsiya, talançılıq, qanunsuzluq, ölkə ehtiyatlarının xaricdəki əməliyyatlara sərf olunması, ölkədəki durum və onun gələcəyiylə bağlı hakim elita daxilində ciddi fikir ayrılıqları kimi ciddi strukturlu səbəblər ölkəni və onun əhalisinin əksəriyyətini qayğılandırır. 

 

- İran qapalı ölkədir. Bəs Amerika etirazçılara dəstəyi ilə getdikcə siyasi xarakter alan aksiyada özünə qapalı ölkədə hansısa yeri tuta, Tramp nəyəsə nail ola bildimi?

 

- Ölkə daxilində xarici dəstəyə ehtiyacı olan müxalif qüvvələr var. Onlar bu cür mənəvi dəstək istəyirlər. Amma Amerika prezidenti Trampın bu tvitləri kaş ki, olmayaydı. Onun ziyanı daha çox oldu. Olayların xarici güclərin fitnə-fəsadının nəticəsi olması haqqında hakimiyyətin haqsız ittihamlarının ortaya çıxması və bunun əhalinin bir hissəsinə təsir etməsini görürük.

 

- Bir az əvvəl İranın keçmiş prezidenti Mahmud Əhmedinejadın etiraz aksiyalarına dəstək verdiyi üçün saxlanıldığı barədə xəbər yayıldı. Bu, onsuz da cığırından çıxaran prosesləri daha da qəlizləşdirə bilərmi? Hadisələrin sonu sizə necə görünür?

 

- Keçmiş prezident Əhmədinejadın həbs ediləcəyi məsələsi çoxdan danışılırdı. Hətta etirazların başlanmasından əvvəl də belə söz-söhbət vardı. Bu, Xamnei və tərəfdarlarının artıq "qəti addım" atmağa başlamalarının əlamətidir. Böyük ehtimalla indiki mərhələdə etiraz aksiyakları səngiyəcək, hətta dayanacaq. Amma bu, İranda problemin həllinin göstəricisi olmayacaq.

 

Mənbə: Müəllif: Sevinc Fədai
Güneyin, İrandakı, siyasi, proseslərin, gedişindən, geri, qalması, təhlükəlidir, -, Nəsib, Nəsibli,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
İranda referendum keçirilməsi tələb olunur
İran prokrorluğunun açıqlaması etirazçıların gözünü qorxutdu
Güney azərbaycanlılar İrandakı aksiyalara ona görə qoşulmadı ki... - Müsahibə
Güney azərbaycanlı rejissorların filmləri Türkiyədə kinofestivalda
Azərbaycan nefti cüzi ucuzlaşdı
"10 Tramp gəlsə də heç nə dəyişməyəcək" - Ruhani
İran parlamenti Azərbaycanla bağlı qanun layihəsini qəbul etdi
Güneyli fəal şərti azadlığa buraxıldı
Urmiya muzeyinin eksponatı Türkiyəyə verilir
İranda minlərlə kürd yenə küçələrə çıxdı
Urmu gölünün dəhşətli fəsadı özünü göstərdi
23 sentyabrda dinc etiraz aksiyası - GÜNEY AZƏRBAYCANDA
Təbriz fərmandarı Azərbaycan haqqında bunları dedi
Güney Azərbaycanda daha iki fəal həbs edildi
Urmiya gölündə ekoloji vəziyyət getdikcə ağırlaşır - Rəhmanlı limanı qurudu
PKK hücum etdi: 3 türk hərbçisi yaralandı
Ərdəbildə 17 aydır fəhlələrə maaş yerinə boş vədlər verilir
6.1 bal gücündə zəlzələ Yaponiyanı silkələdi
İran türklərinin Yaxın Şərqdəki əhəmiyyəti
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib
Qərbi Azərbaycanda kütləvi etiraz: həbs olunanlar və yaralananlar var
İRANDAN TİLLERSONA CAVAB: NİFRƏTİMİZ ARTIR
Qaradağdan nə xəbər?
İranda növbəti hücum: 16 nəfər yaralandı
Tehranın küçə musiqiçiləri:İndi isə baş örtüyünü çıxar...
Azərbaycan Milli Dirəniş Təşkilatında istefa
Ərdəbildə zəlzələ: xəsarət alanlar var
Urmu gölünün 1000 kvadrat kilometrdən çoxu yenidən canlandırıla bilməz
İRAN YAS İÇİNDƏ...
İranda kömür mədənində partlayış: onlarla yaralı var
Rusiya və İran rəsmiləri Tehranda görüşdü
Məhkəmədən Rza Zərrab və Ebru Gündeşlə bağlı qərar
İranda AES yaxınlığında zəlzələ oldu
ZƏRİF: TRAMPIN SÖZLƏRİNİ CİDDİYƏ ALMAYIN
ƏRDOĞAN: RZA ZƏRRAB ATAMIN OĞLU DEYİL
Zərrabla Atilla birlikdə hakim qarşısına çıxdılar
PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN ADLARI AÇIQLANDI: ƏHMƏDİNEJAD YOXDUR
LAVROV: İRAN KRİTERİYALARA CAVAB VERİR, ÜZV OLA BİLƏR
"NƏZARƏT OLMASA, İRAN DA ŞİMALİ KOREYANIN YOLU İLƏ GEDƏCƏK"
İRANDA AVTOBUS AŞDI: 11 ÖLÜ
ABŞ-DAN İRANI ƏSƏBİLƏŞDİRƏCƏK SÖZLƏR
İRANDAKI DAŞQINDA ÖLƏNLƏRİN SAYI ARTMAQDA...
Daşqın Cənubi Azərbaycanı bu hala saldı - EKSKLÜZİV FOTOLAR
CƏNUBİ AZƏRBAYCANDA DAŞQIN: 17 ÖLÜ - Yenilənib
Əhmədinejad yenidən prezident olmaq istəyir - namizədliyini verdi
Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı
İranda bir ilk - Qadın prezidentliyə namizədliyini verdi
RUHANİ: PRİORİTETİMİZ RUSİYA VƏ AZƏRBAYCANLA GÜCLÜ ƏLAQƏDİR
ZƏRRABLA ATİLLA HAQQINDA YENİ CİNAYƏT İŞİ AÇILDI
Ruhani: ABŞ-ın Suriyanı bombalaması danışıqlara zərər verdi
EYNİ GÜNDƏ HAKİM QARŞISINA ÇIXACAQLAR
İRANDAN ETİRAZ: SURİYADA VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK
İran prezident seçkilərinə hazırlaşır: Namizədlərin adı açıqlandı
İranda türk milliyyətçiliyini yaydığına görə 5 il həbs cəzası aldı
İran hərbi bazasını Rusiyaya açdı
Rza Zərrab Trampın adamlarını özünə vəkil tutdu
Əhmədinejad Xameneiyini tənqid etdi
İranda ilaxır çərşənbəsində faciə
Haber Yazılımı