The document has moved here.
|
||
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA | ||
"O, fars şovinistlərinin fikirlərini yayaraq, Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirməyə çalışır” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, Cənubi Azərbaycandan olan araşdırmaçı, yazıçı Güntay Gəncalp Feysbuk hesabında Səttar xan, Bağır xan, Pişəvəri kimi mücahidləri “İngiltərə ilə əlaqəli olan, öz xalqına xəyanət edən və əslində, İran türklərinə ziyan verən xainlər” adlandırıb. Bundan əlavə, o, Məmməd Əmin Rəsulzadəni zamanında Cənubla Şimalı birləşdirməməkdə, Şah İsmayıl Xətaini isə türkçülüyü əzməkdə, regionda fars hökmranlığının yaranmasına xidmət göstərməkdə ittiham edib.
Xeber365.com Güntay Gəncalpın sözügedən yazısının ictimai təsirini nəzərə alaraq, yazıda toxunulan məsələlərlə bağlı, həmçinin, fəaliyyəti müzakirə edilən tarixi şəxsiyyətlərə qarşı irəli sürülən iddiaların nə dərəcədə əsaslı olduğunu araşdırmaq üçün tarixçi alimlərlə, ictimai-siyasi şəxslərlə müzakirələr apararaq mövzuya güzgü tutmağa davam edir.
Tarixçi alim Dilavər Əzimli Güntay Gəncalpı İran xüsusi xidmət orqanlarına çalışmaqda ittiham edərək, onun bütün bunları məqsədli olaraq Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirmək üçün etdiyini bildirir:
“Bu adam vaxtı ilə Əbülfəz Elçibəyin və Sabir Rüstəmxanlının havadarlığı ilə buraya gəlmişdi. Sonradan onların üzünə ağ oldu. Bir neçə dəfə mənim qarşıma çıxıb, hər dəfə də cavabını vermişəm. Mənə elə gəlir ki, o, ya pisixi xəstədir ya da düşünülmüş şəkildə İran xüsusi xidmət orqanlarına çalışır. O, xüsusi olaraq fars şovinistlərinin fikirlərini yayaraq, Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirməyə çalışır”.
Tarixçi alim konkret dəlillər gətirərək Güntay Gəncalpın şantaj yolu ilə ona cavab verənləri susdurmağa çalışdığını deyir:
“Mən bir müddət çalışdım ki, onu düzgün yola çəkim. Elmi əsaslarla onun yazdığı sayıqlamalara cavab verdim. Sonra görəndə ki, xeyri yoxdur, onu Feysbukda dosluq siyahısından çıxardım və yazışmalara son qoydum. Sonra məlum oldu ki, o, mənə başqa ad və profillərdən mənə yazır. Bəzən qadın adı ilə yazaraq, ona qarşı elmi əsaslarla qarşı çıxanları şantaj etməyə çalışır. Qadın adı ilə ona qarşı çıxış edənlərlə məktublaşıb həmin adamı başqa şeylərə təhrik edir, sonra da bu üsulla şantaj edir…
Türkiyədəki dostlar mənə zəng edib dedi ki, “Hocam, bu adlarla yazan Güntaydı, cavab verməyin”. Mən zamanında Sabir Rüstəmxanlıya da dedim ki, ona cavab vermə. Çünki biz ona cavab verəndə onu reklam etmiş oluruq. Hesab edirəm ki, Milli Məclidə tarixi şəxsiyyətlərimizlə bağlı qanun qəbul edilməlidir. Onların toxunulmazlığı təmin olunmalıdır ki, bu cür adamlar həmin şəxsiyyətlərə əl uzada bilməsin”. |
||
|
||
Güntay, Gəncalp, elm, adamlarıyla, qadın, adıyla, yazışaraq, onları, şantaj, edir, -, İDDİA, |
|