Xəbər haqqında
03 Dekabr 2017 - Bazar 13:42 159 nəfər oxuyub
 
Gürcü şərabçılığı Ginessin rekordlar kitabına salındı
DÜNYA Xəbəri
Gürcü şərabçılığı Ginessin rekordlar kitabına salındı

Gürcüstan şərabçılığı dünyada ən qədim şərabçılıq kimi Ginnesin rekordlar kitabına daxil edilib.

 

Xeber365.com RİA Novosti-yə istinadən bildirir ki, rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb.

 

Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.

 

İçində maye olmuş aşkar olunan iki qədim qabların kimyəvi analizi göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.

 

Buna qədər hesab edilirdi ki, şərabçılığın ən qədim ənənələri İrana aiddir. Bu ölkədə içki bizim eradan əvvəl 5400-5000 illərdə hazırlanıb.

 

Mənbə: Müəllif:
Gürcü, şərabçılığı, Ginessin, rekordlar, kitabına, salındı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı