Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 14:37 131 nəfər oxuyub
 
Gürcüstan hökuməti ciddi islahatlara getdi
DÜNYA Xəbəri
Gürcüstan hökuməti ciddi islahatlara getdi

Dörd nazirliyin ləğvi ilə bağlı xəbərlər öz təsdiqini tapıb.

 

Xeber365.com “Newsgeorgia”a istinadla bildirir ki, baş nazir Georgiy Kvirikaşvili bu gün keçirdiyi brifinqdə nazirlər kabinetində aparılan struktur dəyişikliyi barədə məlumat verib. Kvirişavili onu da qeyd edib ki, nazirlər kabinetini tərk edən insanlar hakim komandanın üzvü olaraq qalacaqlar.

 

Dəyişikliklərə əsasən, Nazirlər Kabinetini Təhsil naziri Aleksand Cevcelava, Daxili İşlər naziri Georgiy Mqebrişvili, Avrointeqrasiya məsələləri üzrə nazir Viktor Dolidze, İdman naziri Tariel Xeçikaşvili, Ətraf mühitin Mühafizəsi naziri Qiqla Aqulaşvili tərk edib.

 

Struktur dəyişikliyindən sonra Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi isə Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək.

 

Hazırkı iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan "Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri vəzifəsinə gətirilib.

 

Fövqəladə halların idarə olunması üzrə agentliyinin və Böhranların idarə olunması üzrə təhlükəsizlik şurasının yerinə Fövqəladə Halların İdarə Olunması Mərkəzi yaradılacaq. Mərkəzi isə indiyə qədər daxili işlər naziri olmuş Georgi Mqebrişvili idarə edəcək.

 

Mədəniyyət Nazirliyinin səlahiyyətinə daxil olan Gənclər üzrə İşlər İdarəsi Təhsil və Elm Nazirliyinə verilib. Gürcüstanın təhsil naziri postunu isə Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixeil Çxenkeli tutub.

Mənbə: Müəllif:
Gürcüstan, hökuməti, ciddi, islahatlara, getdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı