Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 17:12 2482 nəfər oxuyub
 
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
BAXIŞ Xəbəri
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH

Gürcüstan səhiyyəsi ilə Azərbaycan səhiyyəsinin  keyfiyyətini müqayisə etmək, hətta yaxınlaşdırmaq olmaz. Mən bunu bütün vicdanımla söyləyirəm. Km nə deyir desin, bizim səhiyyə Gürcüstandan dəfələrlə yaxşıdır. Bu birmənalıdır. Camaat da bunu gördü. Ona görə də müalicə üçün Gürcüstana getmək tendensiyası aradan qalxdı.

 

Bu sözləri Xeber365.com-a açıqlamasında həkim Vasif İsmayıl gürcü baş həkimin çıxışına münasibət bildirərkən deyib.

 

 

Uroloq-cərrahın sözlərinə görə gürcü həkimin dediyi vəziyyət Azərbaycanda bir neçə il əvvəl olub: "Burda o həkimin dediyi hadisələr keçən ilə qədər olub. Bunun səbəbi əsasən iqtisadi idi. Bizim camaat Gürcüstana getdi, gəldi və gördü ki, orda müayinə, müalicə burdakından da bahadır. Əgər insanlar orda müalicənin bir az ucuz başa gəldiyini görsəydilər bəlkə yenə də getməyə davam edərdilər. Amma gördülər ki, müalicə ucuz deyil və Azərbaycandan daha keyfiyyətsizdir”.

 

Gürcü həkimin çıxışına həkim-radioloq Rasim Bayramov da münasibət bildirib: “Əslində yayılan videoda  adam sistemin necə işlədiyini göstərir. Həmin həkim ən primitiv üsullara əl atıb. Taksi sürücülərinə müəyyən məbləğ ödəyir, sürücülər də xəstələri Gürcüstana daşıyır. Azərbaycanda isə həm Bakıda, hə də  regionlarda diaqnostik üsullar və labaratoriya müayinələri hamısı tam müasirdir. Keçmiş SSRİ-də ən yaxşı tibbi avadanlıq Azərbaycandadır. 

 

 

Xəstə var gedir Moskvada müayinədən keçir. Biz onların müayinə nəticələrinə baxanda heyrət edirik. Bu dövrdə köhnə cihazlarla xəstə müayinə edirlər. Gürcüstanın da bizdən üstün avadanlığı yoxdur. MDB məkanı üzrə ən yaxşı mütəxəssislər Azərbaycandadır. Burda da Türkiyənin rolu çox böyükdür. Türkiyəyə təhsil almağa gedənlər oldu bundan sonra da bu dəsti-xətt davam etdi". 

 

Rasim Bayramov bildirdi ki, sözügedən həkim əslində primitiv şəbəkə qurub: “Bunlar bir fırıldaq şəbəkə qurub. Əvvəllər bizim vətəndaşlar İrana gedirdilər. İndi ora gedənlərin sayı çox azalıb. İnsanlar yavaş-yavaş başa düşdü ki, onlar fırıldaqçılıqla məşğuldur. Mən təcrübəmdə görmüşəm ki, ora gedənlər fəsadlarla qayıdırlar və burda yenidən müalicə alırlar. Xəstə təkrar gedib orda öz haqqını tələb edə bilmir. Verdiyi pul da orda batır. Başdansovdu əməliyyatlar edirlər. Xəstə özünü müvəqqəti yaxşı hiss edir. Sonra ağır fəsadlarla qayıdır. Bu çox ciddi məsələdir. Bu məsələyə dövlət nəzarəti olmalıdır.

 

İnsanlar arasında belə bir fikir yaradırlar ki, guya ora ucuzdur. Bizim insanlar da ajiotaja aldanır. Bəziləri özümüzdən başqa hamıya inanırlar. Mustafa Kamal Atatürk xəstələnəndə onu Avropaya aparmaq istəyirlər. Ancaq o deyir ki, "məni türk həkimlərə əmanət edin".  Buna görə də türk insanı nə olur olsun, ancaq özlərində müalicə alır. Bizdə isə əksinə. Sadəcə təbabətdə deyil, digər sahələrdə də bu cürdür. Nəsə alanda öz məhsulumuza kənardan baxırıq. Başqa məhsulları isə alırıq. Bu bir az inam məsələsidir”. 

 

Qeyd edək ki, Gürcüstanda özəl xəstəxanalardan birinin baş həkimi Azərbaycan səhiyyəsini sərt tənqid edib.  Klinika direktoru Nika Okriaşvili çıxışında Azərbaycandan 8 minə yaxın xəstənin məhz onların klinikasına müalicəyə gəldiyini aşağılayıcı formada bildirib.

 

Sözügedən çıxışla bağlı Azərbaycan Səhiyyə Nazirliyi də rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Tbilisidəki “New Hospitals” Klinikasının direktoru Nika Okriaşvilin Azərbaycan səhiyyəsi ilə bağlı səsləndirdiyi neqativ fikirlərə belə münasibət bildirib:

 

 

“Kim özünü reklam edib reytinq yığırsa, bu, onun öz işidir. Gürcüstana bizim təcrübəli mütəxəssislər dəvət olunur və onların da xəstələri transplantasiya üçün məhz Azərbaycana gəlirlər. Ona görə də bu kimi qərəzli yanaşmalar ölkə səhiyyəsində baş verən irəliləyişlərə və nailiyyətlərin üzərinə kölgə sala bilməz. Əgər xəstələr öz həyatını həkimlərə yox, tibbi biliyi olmayan taksi sürücülərinə etibar edirsə, bu, onların öz problemidir”.

 

Mənbə: Müəllif:
Gürcüstana, gedən, xəstələr, ağır, fəsadlarla, qayıdır, -, ŞƏRH,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı