Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 09:43 51 nəfər oxuyub
 
Gürcüstanda yenidənqurma: 5 nazirlik ləğv olunacaq
DÜNYA Xəbəri
Gürcüstanda yenidənqurma: 5 nazirlik ləğv olunacaq

Gürcüstanda ayri-ayrı nazirliklərin ləğvi və birləşdirilməsi gözlənilir. Hökumətinin tərkibində ciddi struktur dəyişiklikləri baş verəcək.

 

Xeber365.com bildirir ki, bu barədə ölkənin ictimai telekanalı "İmedi" məlumat yayıb. Bu gün baş nazir Georgiy Kvirikaşvilinin açıqlama verəcəyi təsdiqlənib. Xarici İşlər naziri Mixail Canelidze də kanala açıqlamasında struktur dəyişikliklərinin baş tutacağını desə də şərh verməkdən çəkinib.

 

Belə ki, hazırda qonşu Gürcüstanda fəaliyyət göstərən 18 nazirlikdən beşi ləğv olunacaq. İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək. Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunaraq Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

Mənbə: Müəllif:
Gürcüstanda, yenidənqurma:, 5, nazirlik, ləğv, olunacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı