Xəbər haqqında
10 Yanvar 2018 - Çərşənbə 13:10 85 nəfər oxuyub
 
Gürcüstanın müdafiə naziri cərimə olundu
- Xəbəri
Gürcüstanın müdafiə naziri cərimə olundu

Gürcüstanın Dövlət Xidməti Bürosu müdafiə naziri Levan İzoriyanı 1000 lari məbləğində cərimələyib.
 

Xeber365.com-un məlumatına görə, buna səbəb nazirin əmlak bəyannaməsində aşkar olunmuş qeyri-dəqiq məlumatlar olub.
 
Büronun məlumatına əsasən, L. İzoriyanın bəyannaməsi ötən il nəzərdən keçirilib. Nazirin müavini Giorgi Butxuziyə qarşı da eyni səbəbə görə 1000 lari məbləğində cərimə tətbiq olunub.

Cərimə olunmuş digər rəsmi şəxslər arasında prezidentin müşaviri Pikria Çixradze  ilə yanaşı, bir neçə keçmiş və hazırkı dövlət məmurları da var.

Mənbə: Müəllif: XƏBƏR365
Gürcüstanın, müdafiə, naziri, cərimə, olundu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı