The document has moved here.
|
||
Həftəsonu yaşayış yerini tərk edən 55 koronavirus xəstəsi aşkarlanıb | ||
- Xəbəri | ||
![]() |
||
|
||
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 12-13 tarixlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 54 nəfər evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir. |
||
|
||
, Həftəsonu, yaşayış, yerini, tərk, edən, 55, koronavirus, xəstəsi, aşkarlanıb, |
|