301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
24 Fevral 2021 - Çərşənbə 14:30 272 nəfər oxuyub
 
Hər bir türkün minnətdarlıq və sevgi ilə andığı Böyük Türk...
BAXIŞ Xəbəri
Hər bir türkün minnətdarlıq və sevgi ilə andığı Böyük Türk...

Hörmətli Xəbər365.com oxucuları!

 

Türkçülük ideyasının banisi Əli Bəy Hüseynzadənin anadan olmasının 157-ci ildönümündə onun haqqında “Xəbər365”-də 24 iyun 2015 tarixində yayımlanmış “Fundamental türkçülük II” yazısını yenidən təqdim edirik.

Yazının müəllifi jurnalist Aynur İmranovadır.

 

Türkçülük məfkurəsinin böyük təbliğatçısı, publisist, maarifçi, rəssam, həkim və təbabət alimi Əli bəy Hüseynzadə Azərbaycanda yetərincə araşdırılan şəxsiyyətlərdəndir. Təkrarçılığa yol vermək istəmədiyimiz üçün yazının ərsəyə gəlməsində xeyli çalışdıq. Keçən il Əli bəyin 150 illik yubileyi çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il tarixli sərəncamı olub. Bu sərəncama əsasən Əli Turanın həm həyat və yaradıcılığı geniş araşdırılıb, həm də ona həsr edilmiş silsilə tədbirlər keçirilib. Ölkənin bir çox tanınmış qələm və elm adamları Əli bəy haqqında müxtəlif xarakterli və həcmli yazılara imza atıblar. Əslində bu zənginlik bizi xeyli sevindirdi. Bu inqilabi ruhlu, geniş dünyagörüşlü, böyük maarifpərvərin irsi haqqında nə qədər yazılsa belə, yenə də araşdırmağa böyük bir xəzinə var. Biz də sizə onun həyatından çox az bilinənlərlə bağlı bir yazı təqdim edirik.

Ziyalı ailəsində yetişmiş mütəfəkkir

Salyanda ruhani müəllim ailəsində 1864-cü ildə dünyaya gələn Əli Turan atası Molla Hüseyn Hüseynzadəni və anası Xədicə xanımı kiçik yaşlarında itirir. Bəlkə elə bu ağır tale onun həyatının həlledici məqamı olur. Babası - 32 il Qafqazın Şeyxülislamı olmuş Şeyx Əhməd Səlyani onu himayəsinə götürür və yaşadığı Tiflis şəhərinə aparır. Əli bəy Hüseynzadə, məhz, Şeyx Əhmədin sənət əsəridir desək, yanılmarıq. Yaxın dostu, dərin mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə tez-tez fəlsəfə, tarix, siyasət, elmlə bağlı söhbətlər aparan Səlyani həm də "Tarixi-ədəbiyyati-türki" kimi bir əsərin müəllifi idi. Belə geniş düşüncəli insanların yanında Əli bəy Hüseynzadə təkcə orta məktəb təhsilini deyil, həm də ruh təhsilini, təhlil etmək qabiliyyətini də inkişaf etdirirdi.

 

Atasının da təhsil aldığı Tiflis gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburqa yola düşən Əli bəy öncə çox sevdiyi, həm də istedadlı olduğu rəssamlıq sahəsində oxumaq istəyir. Amma sonra inanılmaz bir cazibə onu tibbə çəkir. Peterburq universitetində tibb ixtisası üzrə dərslərə başlayır, Mendeleyevin mühazirələrini dinləyir, paralel olaraq şərq fakültəsinin mühazirələrində də iştirak edir. Aldığı tərbiyə və təhsil ona haqsızlıqlara qarşı xüsusi etiraz aşılamışdı. Peterburqda ictimai-siyasi hadisələrdə iştirak edən Hüseynzadə etirazçılara qoşulur, bu da onun təqib olunmasına gətirib çıxarır. Təhsilini tamamlaya bilməyən Əli bəy Peterburqu tərk etmək məcburiyyətində qalır.

 

Lakin təhsildən imtina etməyi düşünməyən Əli bəy Peterburqdan birbaşa İstanbula gəlir. Özünün də dediyi kimi "türk oğlu, bir türk ölkəsində" təhsilini davam etdirməyə qərar vermişdi. İstanbula gələn kimi Darülfünün əsgəri-tibb fakultəsinə daxil olur və 1895-ci ildə oranı bitirir. Təhsil aldığı dövrdə də boş dayanmır. Türkçülük və turançılıq ideyasının nəzəriyyəsinin hazırlanmasında mühüm rol oynayan Əli Turan bu istiqamətdə onlarla insanın yetişməsi üçün əlindən gələn edir, qoşulduğu dərnəklərdə gənclərə təmənnasız dərslər verir. 1903-cü ildə o, yenə məcburən İstanbulu tərk edib Bakıya qayıtmalı olur. İstanbulda inkişaf etdirdiyi türkçülük ideyalarını Bakıda təşviq eləmək zamanı gəlmişdi.

 

"Həyat" eşqi

Əli bəyin həyat və fəaliyyətində ən uğurlu dönəmlərdən biri "Həyat" qəzetini dərc etdikləri dövr idi. O dövrün ziyalıları olaraq Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əsədulla bəy Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa Vəkilov və Əli bəy Hüseynzadə Hacı Zeynalabdin Tağıyevin mülkündə toplaşaraq bir qəzet çıxarmağa qərar verirlər. Çünki ziyalılar hesab edirdilər ki, "mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü) və beyni deməkdir”. Qəzetin açılmasına icazə aldıqdan sonra təsisçisi Hacı Zeynalabdin başda olmaqla, naşiri Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu olmaqla işə başlayırlar. Əhməd Ağaoğlunun ilk nömrədə dərc olunan "Qəzetimizin məsləki" məqaləsində deyilirdi: "Ancaq o millət və tayifə təriqi-fəlah və nəcatda olur ki, özünü tanıya! Yəni hər qövm və millət öz qövmiyyəsinə, lisanına, dininə, hazirəsinə, hətta əhvali-atiyasına kəsbi –vaqif etməlidir."

 

"Həyat", o dövrlər Azərbaycanda ana dilində nəşr olunan yeganə qəzet olduğu üçün yerli ziyalıların böyük rəğbətini qazanmışdı. "Həyat" da bu sevgini doğrultdu, zamanında millətin dirçəlişində, türkçülüyün təbliğində müstəsna rol oynadı. Cəmi 1 il nəşr olunan qəzet, tam 325 -ci nömrəsi çap olunandan sonra dayandı.

 

Təvazökar Turançı

Şüurlu həyatını bütünlüklə türkçülüyün inkişafına, ideyalarının yayılmasına sərf eləmişdi Əli bəy. İstər "İttihad və Tərəqqi" yaranan zaman, istər türk ocaqlarının əsası qoyulan zaman kölgədə qalmağa üstünlük vermişdi bu təvazökar insan. Öyrətdi, öyrəndi, qurdu, yaratdı. Türkçülüyün memarlarından birinə çevrildi. Heç şöhrət haqqında düşünmədi. Hətta Müstafa Kamal Atatürk öz çıxışlarında Cumhuriyyəti quran zaman "Türk ocaqları"nın qurucularının fikirlərindən çox yararlandıqlarını vurğulamışdı. "Türk ocaqları"nın qurucuları olaraq Ziya Gökalp, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusuf Akçura, Mehmet Emin Yurdakulun fikirləri bu gün də Turançılığın təməl ideyalarını təşkil edir.

 

İllər sonra Atatürk Əli bəy Hüseynzadə başda olmaqla bu insanlara millət vəkilliyi təklif edir. Şöhrəti və göz önündə olmağı sevməyən Əli bəy "təkpartiyalı dönəmdə millət vəkilliyini qəbul etmərəm" bəhanəsilə Atatürkün təklifinə razılıq vermir. Az sonra Mustafa Kamal Paşa ona çox sevdiyi və faydalı olacağını düşündüyü başqa bir iş təklif edir: Türk Dil Qurumunda çalışmaq. Atatürk, dünyasını dəyişənə qədər Əli bəylə bu qurumda çox böyük işlərə imza qoyurlar, ilklərin və ənənələrin təməlini atırlar.

 

Atatürklə dostluq

Bütün bunlar Atatürkə 1926-cı ildə sui-qəsd cəhdindən illər sonra baş verirdi. Bəzi tarixçilər Əli bəy Hüseynzadənin də o sui-qəsd cinayətinə görə həbs olunması faktını vurğulayırlar. Əli bəy 1889-cu ildə Peterburqda, 1903-cü ildə İstanbulda Sultan II Əbdülhəmidin onun haqqındakı həbs qərarından Bakıya gedərək qurtulmuşdu. Amma bu dəfə heç yerə getmədi. Çünki həm bu ittiham onun üçün ağır idi, həm də həqiqətin tezliklə üzə çıxmasını istəyirdi. Həbsi çox qısa bir müddət sürür Əli bəyin, həm Atatürkün müdaxiləsi, həm də onun bu hadisədə tamamilə təsadüfən adının hallanmasının sübut olunması nəticəsində Əli bəy azad olunur. Sui- qəsd cinayətinin səbəbkarlarının Əli bəyin də qurucularından olduğu "İttihad və tərəqqi”nin fəal üzvləri Qara Kamalın və İzmit millət vəkili Şükrü bəyin olduğu müəyyənləşir, hər ikisi daxil olmaqla 13 şəxs bu cinayətdə günahkar bilinərək edam edilir. Əli bəyin adının hallanmasına səbəb o dönəmdə Qara Kamalı öz mərkəzində ziyarətə getməsi imiş.

Bu ağır dövrdən sonra onların Atatürklə yaxın münasibətləri davam edir. Əli bəy Hüseynzadənin qızı Feyzaver xanım müsahibələrinin birində bildirir ki, Atatürk səfərlərdən dönərkən Əli bəy ailəsi ilə onu qarşılamağa gedirmiş. Və Atatürk dünyasını dəyişəndə.... Əli bəyin qızı Feyzavər Alpsar o günü belə xatırlayır:

"Atatürkün vəfat etdiyini ona mən dedim. “Təəssüf” dedi. Sonra gördüm ki, atam Əhməd bəy Ağaoğlunun divara asılmış şəkli qarşısında dayanıb, “mənim heç kimim qalmadı” - deyə ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm. Çox hüznlü idi."

 

«TÜRK QANLI, İSLAM İMANLI VƏ FİRƏNG QAFALI OLALIM»

“Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”.

"Maarif, ittihad (milli birlik ), hürriyyət (azadlıq) ! Nə qədər gözəl nemətlər! Bunları unutmayalım! Çünki əsl nicat bu üç qüvvətdədir... ";

 

Türkçülüklə yanaşı avropalaşmağın da önəmini bütün məqalələrində vurğulayırdı Əli bəy Hüseynzadə. Müsəlmanların ümumi idrakının yüzilliklər əvvəldə qaldığını, bu səbəbdən də Avropada və bütün dünyada çox önəmli hadisələrin gözdən qaçırıldığını, önəmli fürsətlərin əldən verildiyini deyirdi. Hətta zarafatla "müsəlmanların başı özlərinə qarışmasaydı, Kolumb Amerikanı kəşf edəndən sonra oranın əhalisinin böyük hissəsi müsəlmanlar olardı" deyirdi.

Türk dünyasında türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının (üçlü məqsəd) müəllifi olan Əli bəy Hüseynzadə onu özünə fikir babası hesab edən Ziya Gökalpa bu mövzuda bir kitab yazmağı tövsiyə edir. Ziya Gökalp bu formulu "millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı kimi" təqdim edir. Əli bəy bu üçlüyü milli dirçəlişin, milli istiqlalın formulu sayırdı.

 

Zamanla bu tirada yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin də milli dövlətçilik ideyasına çevrildi. Bu ideya bayrağımızın rənglərinə daşındı, bu gün Azərbaycanın dövlət bayrağı Əli bəy Hüseynzadənin Azərbaycan cümhuriyyətinə ən böyük iki hədiyyəsindən biridir. İkinci hədiyyə Azərbaycan Cümhuriyyətinin adıdır. Hüseynzadə qurulmaqda olan gənc dövlətimizlə bağlı "Azərbaycanda düşündüklərim" adlı bir məqalə yazır. O məqalədə yeni qurulan dövlətimiz üçün üç ad təklif edir:

1. Qafqaz Azərbaycanı;

2. Azərbaycan Cümhuriyyəti;

3. Qafqaz Türk Dövləti.

Və bu adlardan biri qəbul olunur.

 

Bu gün dövlətimizin və millətimizin əvəzsiz aşiqi Əli bəy Hüseynzadənin müəllifi olduğu üç rəngli bayrağımız yenidən dalğalanır və ümid edirik ki, onun ruhu rahatdır.

Əli bəy Hüseynzadə Turanın həyatına həsr olunmuş bu yazımızda sizi onun həyatının bütün məqamları ilə deyil, daha az bilinən tərəfləri ilə tanış eləməyə çalışdıq. Çünki rəssam, həkim, siyasətçi, fikir adamı, qəzetçi olan bu dərin insanın 76 illik ömrünü bir məqalədə əks eləmək imkansızdır. Təsadüfi deyildi ki, Yusif Akçuralı onun haqqında deyirdi: "Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi..."

Ucundadır dilimin

Həqiqətin əzəmi.

Nə qoydular söyləyim,

Nə kəsdilər dilimi!

Bilirmisən cahillər

Nə etdilər vatana?

Nə qoydular uyusun,

Nə qoydular uyana.

Böylə durmaq uyuşuq,

Rəvamı bir diriyə!?

Nə getmədə iləri,

Nə dönmədə geriyə.

Düşman qırar qapıyı

Biz içərdə qayğusuz.

Nə evləri ayırır,

Nə bir evli oluruz.

Ayıltmadı qələmim

Şu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi.

 

 

 

 

Mənbə: Müəllif:
Hər, bir, türkün, minnətdarlıq, və, sevgi, ilə, andığı, Böyük, Türk...,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Rusiya niyə geri addım atır?
Bəhrəm İsmayılov: “Partiyalar maska məcburiyyətinin ləğvi ilə bağlı hökumətə təkliflər versin”
Türk Diplomatiyasının Gücü
Ukraynanı tək qoymaq olmaz!
Anar Əsədli: “Rus generalın Qarabağa səfəri psixoloji təzyiq xarakterli ola bilər”
ÇİNLƏ BAĞLANAN SAZİŞLƏR
AY Partiya Başqanı: “Turan Ordusu ideyası ən çox İran və Rusiyanı qıcıqlandırır”
AY Partiya Başqanı: "NATO gəmilərinin Qara dənizdə varlığı Xəzər və Aralıq dənizində də təhlükəsizliyin təminatı üçün vacibdir"
Ermənistan ordusunun itkiləri nə qədərdir?
AY Partiya Başqanı: “Putin unutqan yaddaşa malik Baydeni neytrallaşdırmaq istəyir”
Amerika-Rusiya gərginliyi
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Elçibəy İnstitutunun Açıqlaması
“Barmaq basmaq”dan “düymə sıxmağ”a gələn yol...
AY Partiya Başqanı: "Rusiyanın düzələcəyinə ümidi azdır"
Anar Əsədli: “Öz ərazisində əmin-amanlığı təmin edə bilməyən...”
Anar Əsədli: "Səfir dediyin Azərbaycan xalqı adından danışa bilərmi"
Anar Əsədli: “Rusiya burada sahib deyil, tərəfdir”
Politoloq: Zəngəzur dəhlizində Rusiyanın da marağı var
Oqtay Qasımov:"Balasanyanın həbsi prinsip məsələsi olmalıdır!"
Anar Əsədli: "Zəfəri siyasi həyatımıza inersiya edək"
Səngər qazıntısından rahatsız olanlara
"Meyit alverçisi”ndən növbəti terror siqnalı
Dövlətə inam əsasdır!
Abutalıbın ümidinə qalan Rusiya
Nail Çelebi: ‘‘Kafkasya’da güçlenen Azerbaycan ve dengeleyici güç Türkiye var’’
Bəhrəm İsmayılov: “Sülhməramlıların fəaliyyət və səlahiyyətlərinin sərhədlərini biz müəyyənləşdirməliyik"
"44 günlük Vətən savaşının qürurlu anları" - "Səsimizi dünyaya çatdırdıq"
AY Partiyası başqanından Türkiyə-Azərbaycan əməkdaşlığına dair yeni təkliflər
Saatın əqrəbləri xeyrimizə işləyir
Anar Əsədli: “Sizi xristian təəssübkeşliyiniz çökdürəcək”
Anar Əsədli: “İnterpol axtarışda olan Araiki niyə Moskvada həbs etmədi?”
Qarabağın taleyi
Anar Əsədli: "Muxtariyyət söhbətlərinin müzakirəsi zərərlidir"
E.Mirzəyev: "İlham Əliyev milli liderə çevrilib"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Alma-Atada ilişib qalan Zahid Oruc
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı