Xəbər haqqında
31 Dekabr 2017 - Bazar 00:01 328 nəfər oxuyub
 
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
BAXIŞ Xəbəri
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?

2018-ci il qızıl it ili hesab olunur. Qarşılayacağımız ildən də gözləntilərimiz böyükdür. Maraqlıdır, qızıl it ili dünyaya və ölkəmizə nə vəd edir?

 

Xeber365.com-un bu və bu kimi suallarını cavablandıran tanınmış astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, it ili sakitlik, sülh, iqtisadi yüksəliş və həqiqət ilidir: “Yanvarın birində ancaq təqvim dəyişir. Çin-yapon təqvimi ilə it ili fevral ayının ortalarından başlayacaq. Xoruz ili siyasi çaxnaşmalar, müharibələr ili kimi yadda qaldı. İt ilində isə bizi sakit bir dövr gözləyir. İt ili sakitlik deməkdir.

 

Картинки по запросу səbuhi rəhimli

Mən bir araşdırmaçı kimi bu məsələləri dərindən öyrənmişəm. Son 500 ildə it ilini nəzərdən keçirəndə görürük ki, bu illərdə müharibələr səngiyib, yeni müharibələr başlamayıb. Münaqişələr dayanıb, əsasən sülh olub. İŞİD məğlub oldu, Kataloniya məsələsi həll edildi, “qarşıda bizi sülh ili gözləyir” deyə bilərik. Elementlərdən görünür ki, it ili sakit başlayacaq.

 

Adətən, meymun və xoruz illəri iqtisadi böhranla müqayisə olunur. Amma it ilində iqtisadi böhran səngiyir. Bu işlə sırf elmi baxımdan məşğul olan insan kimi deyirəm ki, hər ilin öz oyun qaydaları var. Xoruz ili cəsarət, ilk addımı atmaq, risk ili idi. İt ilində bu addımlar effekt verməyəcək. İt ilində səbrli olmaq, dürüst olmaq, son sözü əvvəldə deməmək, üzərimizə bacara biləcəyimiz işləri götürmək kimi xarakterlər tövsiyə edilir. İt ilinin xüsusiyyətlərinə riayət edəcəyimiz təqdirdə bu il uğurlu keçəcək. Həqiqətpərəstlik it ilinin əsas xüsusiyyətidir. Təkbaşına addım atmaqdan çəkinmək lazımdır. Kollektiv münasibətlərə önəm vermək lazımdır. İt ili təqvim olaraq fevralın 16-da başlayır. Bu ilin başlanğıcı cümə gününə düşür və Veneranın himayəsindədir. Buğa və tərəzi bürcü ilin qəhrəmanı olacaq. Torpaq və hava ünsürləri aktiv olacaq. Hər ilin dostluq üçbucağı olur. İt ilinin dostları at və pələng ilidir. Bu üç il 2018-in qəhrəmanları olacaq”.

Mənbə: Müəllif:
Hər, ilin, öz, oyun, qaydaları, var, –, Bəs, it, ilinin, qaydaları?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı