301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
05 Sentyabr 2017 - Çərşənbə axşamı 14:17 6030 nəfər oxuyub
 
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
MÜSAHİBƏ Xəbəri
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov

Son zamanlar dünyada baş verən proseslər, iqtisadi maraqlar və siyasi gedişlər geosiyasi regionlara və güc qruplarının tərkiblərinə ciddi təsir göstərib. Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri, Türkiyənin Avropadan bu günə kimi ən sərt rədd cavabı alması, Rusiyanın xarici siyasət hüdudlarını məhdudlaşdıraraq daha da gücləndirməsi, İrana qarşı uzun illərdən bəri tətbiq olunan sanksiyaların qaldırılması və Şərqi Asiya “ocağı” – bütün bunların fonunda XX əsrdə dünyaya iki dəfə meydan oxuyan Almaniyanın iqtisadi cəhətdən çox güclənməsi və yenidən nisbətən alman eqosunun baş qaldırması köhnə dünyada yeni cizgilər yaradır. Söhbət böyük dövlətlərdən, böyük güclərdən gedərkən, təbii ki, kiçik dövlətləri bu proseslərin xaricində düşünmək mümkün deyil. Çünki adətən böyük siyasi və iqtisadi gedişlər məhz kiçik dövlətlər üzərində qurulur.

 

Bu proseslərin tam mərkəzində olmasaq da, Azərbaycanın yerləşdiyi region və dünya siyasətində kəsb etdiyi əhəmiyyəti nəzərə alsaq, ölkəmizə çox böyük təsirlərin olduğu qaçılmazdır. Xüsusilə dolların yenidən bahalaşacağı ilə bağlı proqnozlar var və əhali bundan narahatdır.

 

Xeber365.com sözügedən məsələlərlə bağlı millət vəkili Vahid Əhmədovla söhbətləşib.

 

– Vahid müəllim, regionda İran-Türkiyə yaxınlaşması, həmçinin, Rusiyanın həm ayrı-ayrılıqda, həm də bu yaxılınlıq çərçivəsində Türkiyə və İranla əməkdaşlığı mövcuddur. Sizin fikrinizcə, bu yaxınlaşmalar fonunda regionda hansı iqtisadi  və siyasi proseslərin şahidi ola bilərik?

 

– Bütün bunlar hamısı dolayısı ilə Amerika Birləşmiş Ştatlarının apardığı siyasətlə bağlıdır. Son vaxtlar xüsusilə Donald Trampın hakimiyyətə gəlməsindən sonra dünya siyasətində çox ciddi dəyişikliklər baş verdi. Bu siyasətdə müəyyən qədər qeyri-müəyyənlik mövcuddur. Türkiyə-ABŞ münasibətləri, sonra Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı ciddi maneələrin yaranması və digər bu kimi amillər Ankara-Moskva əlaqələrini bir qədər yaxınlaşdırdı. İndi bu münasibətlər, demək olar ki, strateji səviyyəyə gəlib çıxmaq ərəfəsindədir. Digər tərəfdən, İraqda kürd dövlətinin yaradılması ilə bağlı yaranan vəziyyət Türkiyəni narahat edən məsələlərdəndir. Bölgədə kürd dövlətinin yaradılmasına tarix boyu həm ABŞ, həm də Rusiya "hə" deyib. İndi isə vəziyyət nisbətən dəyişib. Rusiya ilə İranın həmişə strateji əlaqələri mövcud olub və İran bu məsələyə qarşıdır. Ortada Türkiyənin də marağı var. Güman ki, Rusiya bunu da nəzərə alır. Türkiyənin Rusiya və İrana yaxınlaşması isə dediyim kimi, sırf ABŞ-ın və AB ölkələrinin münasibətindən irəli gəlir. Bütün bu olanlar Türkiyəni xarici siyasətdə dəyişikliyə məcbur etdi. Lakin bunun pozitiv tərəfi də var. Mən belə hesab edirəm ki, Türkiyə, İran, Rusiya yaxınlaşması region üçün əhəmiyyətlidir. Amma Qərbə nə qədər arxa çevirmək olar, bu, sual altındadır.

 

– Şimali Koreya ilə hərbi münaqişə ABŞ valyutasını ucuzlaşdıra bilərmi? Əgər bu, baş versə, yaxud da bu kimi digər beynəlxalq münaqişə olarsa, Azərbaycan iqtisadi xeyri və ya ziyanı nələrdən ibarət ola bilər?

 

– Ümumiyyətlə, düşünmürəm ki, müharibə baş versin. Şimali Koreya müəyyən məsələləri, Cənubi Koreya və Çinlə münasibətləri qaydaya salmaq üçün dünyanı qorxuya salır. ABŞ da ona müəyyən qədər sərt cavab veri. Bu, təbii ki, belə olmalıdır. Rəsmi Vaşinqton yaxşı bilir ki, Şimali Koreya nüvə silahından istifadə edə bilməz və istifadə edərsə, bu, Birləşmiş Ştatlara nə boyda zərər verə bilər. Belə bir hal baş verərsə ABŞ valyutasına ciddi təsir olar. Hətta bu skandalın yaranması belə müəyyən nəticələr yarada bilib. Son vaxtlar avro dollara nisbətən bahalaşır. Dollar isə eyni səviyyədə qalır və hətta müəyyən qədər ucuzlaşma da hiss olunur. Lakin bu, hər zaman Azərbaycanın xeyrinə yaxud da hər zaman ziyanına olduğunu demək olmaz. Bu məsələ aparılan siyasətdən asılıdır. Ümumiyyətlə, dünyada baş verən bütün geosiyasi proseslər birbaşa ya da dolayısı yolla ABŞ-ın həyata keçirdiyi siyasətlə əlaqədardır.

 

– Yəni deyirsiniz ki, Azərbaycan kimi ölkələr bu məsələlərin həll olunmasında heç bir rol oynamır?

 

– Azərbaycan böyük dövlətlərin hər biri üçün çox mühüm əhəmiyyət kəsb edən ölkədir. Məsələ onda deyil ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngindir və Avropaya neft-qaz ixracı ilə məşğuldur. Yerləşdiyi region və aparılan siyasət də bu amili müəyyən edir. Bəzi politoloqlar Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasəti tənqid edirlər. Lakin mən hesab edirəm ki, ABŞ, Avropa, Rusiya və İran arasında hər tərəflə balanslı siyasət həyata keçirmək ən düzgün yoldur.

 

– Vahid müəllim, sizdə hansı arqumentlər belə qənaət formalaşdırıb?

 

– Bizim başqa çıxış yolumuz yoxdur. Ukrayna və Gürcüstanı yadınıza salın. Bu ölkələr Rusiyaya bir balaca arxa çevirən kimi nələr baş verdi. Hər iki ölkə ərazisinin xeyli hissəsini itirdi. Bizim üçün də Qarabağ məsələsi var. Bu məsələdə nələrin baş verməsindən asılı olmayaraq, açar Rusiyaın əlindədir. Bunu hamı bilir və başa düşür. Bundan əlavə, Rusiya qonşu ölkədir. Biz hər zaman münasibətləri yüksək səviyədə saxlamalıyıq ki, problemimiz yaranmasın. Çünki Rusiyada müəyyən qüvvələr işğalçılıq siyasətinə çox böyük üstünlük verirlər, SSRİ-nin bərpasına çalışırlar. Əlbəttə ki, bu, inandırıcı məsələ deyil. Çünki keçmiş SSRİ ölkələri öz müstəqilliklərini qurublar. Lakin buna baxmayaraq, Azərbaycan üçün çətin vəziyyətdir. O mənada ki, böyük dövlətlər bir-biri ilə vuruşanda Azərbaycan da əziyyət çəkməli olur. Yadınıza salın, İrana qarşı sanksiyalar tətbiq olunanda necə çətin vəziyyət yaranmışdı. Azərbaycan tərəf seçməli idi, ya İran, ya da Qərb. Lakin bu olmadı. Biz İrana üz çevirmədik. İndi son vaxtlar İrana qarşı sanksiyalar qaldırılıb və iranlı investorlar Azərbaycana investisiya yatırırlar. Bu baxımdan da, qonşu dövlətlərlə münasibətimizin yüksək səviyyədə olması bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

 

– Türkiyənin iqtisadiyyat naziri demişdi ki, bu il Avrasiya Gömrük İttifaqına üzvlüklə bağlı müraciət ediləcək. Bundan əlavə, rəsmi Ankara bu yaxınlarda bir-birinin ardınca Avropadan rədd cavabı aldı. Necə düşünürsünüz, Türkiyə Avrasiya Gömrük İttifaqına üzv olacaqmı? Əgər olacaqsa, Azərbaycan hansı yolu seçəcək, yenə balanslaşdırılmış siyasət aparmaq mümkün olacaqmı?

 

– Mən inanmıram ki, Türkiyə bu ittifaq üzv ola. Türkiyənin özünün xarici siyasəti və iqtisadi maraqları var. Düşünmürəm ki, Türkiyə ittifaqa üzv olmaqla bunları Rusiya ilə razılaşdırsın. Bu addım ABŞ və Avropanın Türkiyəyə qarşı münasibətinə cavabdır. İndi bizdə əsas sual doğuran məqam budur ki, əgər Türkiyə ittifaqa daxil olacaqsa, Azərbaycan da daxil olacaqmı? Bilirsiniz, bunlar hamısı vaxt məsələsidir. Bütün bunların müəyyən olunması vaxt tələb edir. Azərbaycan bütün dövlətlərlə ikili əlaqələrə sahibdir. Biz ikili münasibətlərə üstünlük veririk. Bundan əlavə, qeyd etmək istəyirəm ki, bizim üçün indi ən önəmli məsələ müstəqilliyimizi qoruyub saxlamaqdır. Cənab prezident də bütün çıxışlarında məhz müstəqilliyi ilk plana çəkərək vurğulayır ki, Azərbaycan müstəqil ölkədir. Bizim müstəqil siyasət aparmağımız bir çox dövlətlərin xoşuna gəlmir. İstəyirlər ki, biz SSRİ-də olduğu kimi kiminsə qoltuğunun altına girək. Bu da asan məsələ deyil. Çünki artıq 26 ildir ki, biz müstəqilik. Yeni nəsil formalaşıb. Bizim yaşda olan insanlar müəyyən mənada nəyin nə olduğunu başa düşür. Lakin yeni nəsil belə deyil. Avropada, Amerikada təhsil alan gənclərimiz var, onlar üçün müstəqillik nəyə desən dəyər və onlar müstəqil Azərbaycanın yetirmələridir. Bundan əlavə, Azərbaycanın karbohidrogen ehtiyatlarına malik ölkə olduğunu və Qərbə boru kəmərlərinin çəkildiyini də unutmaq olmaz. Hazırda Bakı-Tiblisi-Qars dəmiryollarının çəkilməsi, əlbəttə, Rusiyanı qıcıqlandırır. Mənim yadıma gəlir, biz qazın ixracı ilə bağlı nə boyda çətinliklə üzləşdik. Rusiya istəyirdi ki, Azərbaycan qazı Rusiya ərazisindən nəql olunsun. Lakin cənab prezident burada öz mövqeyini ortaya qoydu və Bakı-Ərzurum qaz kəmərinin tikilməsinə nail oldu. Yəni məsələlələr mətbuatda göründüyü kimi deyil, arxa planda çox çətin və ciddi proseslər gedir.

 

– Bəzi analitiklər sentyabr ayında dolların məzənnəsinin dəyişəcəyini deyirlər. Həmçinin, banklarda ixtisarların davam etməsi müəyyən siqnallar verir.

– Mən proqnoz verəndə həmişə baxıram ki, dünya iqtisadiyyatında, valyuta birjalarında hansı proseslər gedir. Bundan əlavə, Azərbaycan və qonşu dövlətlərin iqtisadiyyatına da nəzər salmalı oluram. Əslində, manatın ucuzlaşması olmaya da bilər. Yəni dollar bahalaşmaya da bilər. Çünki son vaxtlar Mərkəzi Bankın həyata keçirdiyi siyasət bunu deməyə əsas verir. Mən hesab edirəm ki, bu siyasət xeyli gecikib, lap əvvəldən tətbiq olunmalı idi. Hətta devalvasiyadan əvvəl aparılsaydı, indi ehtiyac qalmazdı. Bilirsiniz, pulun hara getməsi və hara xərclənməsi çox ciddi məsələdir. Hazırda Mərkəzi Bank bu prosesə çox ciddi nəzarət edir. Hər yerə vəsait buraxılmır. Pul kütləsinə nəzarət mexanizmi gücləndirilib. İkincisi də, dolların bahalaşması idxal-ixrac əməliyyatlarından da çox asılıdır. İlk dəfə olaraq bu il biz idxalda müsbət nəticə əldə etmişik. İndiyə kimi fikir vermirdik, nə istəyirdiksə, Azərbaycana gətirirdik. Fikirləşmirdik ki, buna təlabat var, yoxsa yox?! Bu da manata çox ciddi təsir edirdi. Lakin indi bu proseslərin ikisi də nəzarətdə saxlanıldığı üçün ola bilsin ki, sentyabr ayında dolların kursu dəyişməsin. Amma Birləşmiş Ştatların özünün də gözlənilməz siyasi gedişləri olur. Fikir verirsirsinizsə, böyük dövlətlərin hamısı öz valyutasını yuxarı qaldırmağa çalışırlar. Əgər ABŞ Mərkəzi Bankı faiz dərəcələrini yüksəltsə, manat bir qədər də ucuzlaşa bilər.

 

– Bu ilin sonuna kimi Azərbaycanın iqtisadi görüntüsü əsasən nələrlə yadda qala bilər?

 

– Hesab edirəm ki, son 6-7 ay ərzində aparılan siyasət çox düzgün siyasətdir. Əsas problem bank sistemində qalır. Hazırda bank sistemimizdə mövcud olan problemlər müəyyən qədər ciddidir. Bu sahəyə ciddi nəzarət lazımdır. Biz ümid edirdik ki, Maliyyə Bazarına Nəzarət Palatası bu işin öhdəsindən gələcək, problemləri aradan qaldıracaq. Ancaq baxıram ki, bu gün yenə də banklar 28-30 faizlə kreditlər verməyə davam edirlər. Vaxtı keçmiş kreditlərin miqdarı isə 1.7 milyardı keçib. Bu sahəni də ciddi nəzarətdə saxlamaq, diqqəti bir qədər də artırmaq lazımdır. Çünki milli valyutamıza təsr edən amillərdən biri də məhz bu sahədir.

 

 

Mənbə: Müəllif:
Hər, şey, göründüyü, kimi, deyil,, arxada, ciddi, proseslər, gedir, -, Vahid, Əhmədov,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı