Xəbər haqqında
25 İyul 2017 - Çərşənbə axşamı 10:23 183 nəfər oxuyub
 
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
GÜNEY AZƏRBAYCAN Xəbəri
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

 

Mərkəzin mətbuat xidmətindən Xeber365.com-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq.

 

İmtahanda 1725 abituriyentin (Bakı şəhərində 1293 nəfər, Naxçıvan şəhərində 432 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 148 nəfəri Hərbi Tibb Məktəbinə, 1577 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

 

İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 132 nəzarətçi-müəllim cəlb edilib.

 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.

 

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Mənbə: Müəllif: XƏBƏR365
Hərbi, liseylərə, qəbul, imtahanı, keçiriləcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort