The document has moved here.
|
||
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir” | ||
Azərbaycan ordusu kifayət qədər güclüdür və torpaqlarını azad etməyə qadirdir. Az qala azad edirdi də. Ancaq Rusiya prosesə qarışdı, məsələni sülh yolu ilə çözəcək kimi göstərdi. Ancaq ortada heç bir şey olmadı, aranı sakitləşdirdi və erməniləri labüd məğlubiyyətdən xilas etdi. Belə baxanda Zahid Orucun fikrində həqiqət payı var, onunla razılaşmamaq mümkün deyil. Ancaq indiki siyasi proseslərdə, Rusiyanın regionda oynadığı oyunu nəzərə alsaq, biz ehtiyatlı hərəkət etməli və hər bir siyasi variantı nəzərə almalıyıq. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Millət vəkili Zahid Oruc ölkə.az saytına açıqlamasında Qarabağ müharibəsinin həllində Xarici İşlər Nazirliyinin ikinci plana keçdiyini, xalqın nazir Elmar Məmmədyarovdan yeni nəticələr gözləmədiyini deyib: “Biz Qarabağı Xarici İşlər Nazirliyindən daha çox Ali Baş Komandan və Müdafiə Nazirliyindən gözləyirik”.
Zahid Oruc
Müharibənin həlli yolunda daha çox kim lazımlıdır: Elmar Məmmədyarov, yoxsa Zakir Həsənov? Xalq Qarabağı müharibə, yoxsa danışıqlar yolu ilə qaytarmaq mövqeyini tutmalıdır?
Bu sullara cavab tapmağa çalışdıq.
Zakir Həsənov Elmar Məmmədyarov
“Həm sülh tərəfdarları, həm də müharibəni dəstləyən radikal qüvvələr olmalıdır”
Türkoloq-alim Firudin Cəlilov: “Həm atəşkəsi təbliğ edən, həm də atəşkəsi tənqid edən fikirlər gündəmdə olmalıdır. Bu siyasətin həm psixoloji, həm də tarixi əhəmiyyəti var. Yəni kənardan baxanlar hiss etsin ki, burda həm sülh tərəfdarları, həm də torpaqlarını azad etmək istəyən radikal qüvvələr var. Ermənilər özləri 20-30 ildir bu cür priyomlardan istifadə edirlər. Qarabağ məsələsində də düşünülmüş şəkildə hər iki variant gündəmdə olmalıdır. Konkret şəkildə demək olmaz ki, bu variant düzdür, yoxsa digər variant. Hər ikisini dəstəkləyən qüvvələr olmalıdır. Onsuz da bizim strateji mövqeyimiz aydındır: Torpaqlarımızı geri qaytarmalıyıq! Ancaq torpaqları qaytarmaq üçün taktiki addımlar lazımdır. Bu arada əsgərlərimiz fürsətdən istifadə edib Dağlıq Qarabağın içərisinə doğru 10 kilometr, 20 kilometr irəli getməlidir. Bunun üçün də “Ermənilər kəndlərimizi güllələyir”, “Ermənilər atır, biz də onlara cavab veririk” tipli dəlillər gətirilməlidir. Bu, niyə lazımdır? Dörd günlük müharibədə ermənilərin tərəfini tutan olmadı, əksər dünya dövlətləri bizə haqq qazandırdı. Ancaq biz bunu həmişə gözləyə bilmərik. Çünki ermənilərin çox güclü lobbiləri var, həmişə onların arxasında durublar. Rusiyanın belə danışmağına baxmayın, Rusiya onların arxasındadır. İranın da ikiüzlülüyünə aldanmaq olmaz, farslar altdan-altdan onlara işləyir. Hətta Allahın Fələstini də açıq şəkildə onları dəstəkləyir. Bu mənada məsələ o qədər ciddidir ki, konkret hansı şüarla irəli gedəcəyimizi bəyan etməməliyik. Hər iki varianta bütün mənalarda hazır olmalıyıq”.
“Yaxşı işləsələr, Zakir Həsənov da lazımdır, Elmar Məmmədyarov da”
Politoloq Hikmət Hacızadə: “Zahidin Orucun söylədiyi ancaq və ancaq emosional fikirdən ibarətdir. Yaxşı işləsələr, Zakir Həsənov da lazımdır, Elmar Məmmədyarov da. Biz iki təpə azad edərkən nə qədər şəhid verdik. Görün 5 rayonu azad etmək üçün nə qədər şəhid verməliyik. 5 rayonun boşaldılması artıq Məmmədyarovun işidir, onun danışıqlarından, diplomatiyasından, bacarığından asılıdır.
Doğrudur, xalq Zakir Həsənovdan nəticə gözləyir, ancaq məsələ bu qədər sadə deyil. 5 rayonu azad eləmək üçün erməniləri danışıq masasına gətirmək lazımdır. Ermənistan prezidentini bu masaya Zakir Həsənov gətirməlidir. Masada isə iş Məmmədyarova düşür. Xalqla işləmək dövlətin təbliğat qurumlarının üzərinə düşür. Televiziya kanalları, qəzetlər, saytlar, rəhbərliyin çıxışları olmalıdır. Müharibəni aparan rəhbərlər xalqa vəziyyəti izah etməlidir. Müharibəyə niyə başladıq, məqsədimiz nədir, nə qədər şəhid verdik, nə qədər erməni qırdıq, sizin vəzifəniz nədir? Bütün bu suallar rəhbərliyin təbliğat-təşviqat qurumları tərəfindən cavablandırılmalıdır. Onlar işə düşməlidir. Əslində, düşüb də. Hökumətin təbliğat mexanizmi var, o işləyir. Televiziya və xəbər portalları bar-bar bağırır. Sadəcə, təəssüf ki, bu barədə çıxışlar azdır. Prezident, müdafiə naziri, yaxud onların sözçüləri daim televiziya vasitəsilə xəbər verməli, vəzifələrimizi aşkar etməli, xalqı başa salmalıdır. Bilməliyik ki, bu münaqişədə xalqın vəzifəsi nədir, nazirin vəzifəsi nə”.
“Hər iki cinahdan nəticə gözləmək lazımdır”
Millət vəkili Fazil Mustafa: “Əslində, Qarabağ müharibəsinin həllində hər iki nazirdən nəticə gözləmək lazımdır. Sadəcə Elmar Məmmədyarovun danışıqlar barədə necə informasiya verəcəyini bilmirəm. Çünki indiyə qədər hər hansı bir şəkildə paylaşımı ilə tanış deyiləm. Ancaq Zakir Həsənov ordu quruculuğu işində nələrsə ortaya qoymağa çalışır. Bütün hallarda uğur qazanmaq üçün hər iki cinahdan işimiz davam etdirilməli, xalqda əhval-ruhiyyə həmişə yüksək olmalıdır. Ancaq məsələyə soyuqqanlı yanaşmaq həmişə vacibdir ki, kiçik qərarlar qəbul olunmasın, xalqın özü də problemlərə real baxa bilsin və gerçəkçi davransın. Əks halda, emosional vətənpərvərlik problem yaranmasına gətirib çıxarır. Qarşımıza real olmayan hədəflər qoya bilərik. Bu da bizim üçün psixoloji sarsıntı yarada bilər”
“Elmar Məmmədyarov həmkarlarını buna inandırmalıdır”
Siyasi şərhçi Elxan Şahinoğlu: “Zahid Orucun sözündə hardasa həqiqət var. Çünki bu dəqiqə xalq diqqətini cəbhə bölgəsinə yönəldib. Həmçinin, 22 ildir ki, bu istiqamətdə danışıqlar heç bir nəticə vermir. Nəticə vermirsə, işğalçıya təzyiq göstərmək lazımdır, təzyiq etməyin də yolu cəbhə bölgəsindən keçir. Necə ki cəbhə bölgəsindəki dörd günlük müharibədən sonra müəyyən uğurlar əldə etdik. Yüksəklikləri ələ keçirməyimiz Ermənistanda böyük qarışıqlıq yaratdı. Rusiyayla Ermənistanın münasibətində problemlər yaşandı. Bu, o deməkdir ki, biz təzyiqi daha da artırmalıyıq. Ancaq bununla bərabər, Elmar Məmmədyarovun da üzərinə böyük yük düşür. Xarici işlər nazirimiz daha ciddi iş apararaq beynəlxalq aləmi inandırmalıdır ki, Qarabağ ətrafı 5 rayon ilkin mərhələdə azad olunmadan münaqişənin həlli problematikdir. Bu mənada Elmar Məmmədyarov həmkarları ilə bu mövzuda dialoqları genişləndirməlidir.
Cəmiyyətdə əhval-ruhiyyənin yüksək, döyüşə hazır olması yaxşı haldır. Xalq istəyir ki, ordumuz uğurlarını davam etdirsin. Ancaq məsələ burasındadır ki, cəbhə bölgəsindən ən məlumatlı iki şəxs varsa, biri Ali Baş Komandandır, biri də müdafiə naziri. Onlar da bütün məsələləri ölçüb-biçəndən sonra qərar verirlər”.
“Azərbaycan ordusunun işi daha vacibdir”
Politoloq Qabil Hüseynli: “Azərbaycan işğala məruz qalan ölkədir. Torpaqlarından işğalçıları qovmaq məcburiyyətindədir. Bu mənada Azərbaycan ordusunun işi daha vacibdir. Ancaq biz bu dünyada tək yaşamırıq, bizdən başqa böyük güclər var. O güclər hökm edir, qərarlar verir və bəzən bu, kiçik dövlətlərin arzularına uyğun olmur.
Azərbaycan ordusu kifayət qədər güclüdür və torpaqlarını azad etməyə qadirdir. Az qala azad edirdi də. Ancaq Rusiya prosesə qarışdı, məsələni sülh yolu ilə çözəcək kimi göstərdi. Ancaq ortada heç bir şey olmadı, aranı sakitləşdirdi və erməniləri labüd məğlubiyyətdən xilas etdi. Belə baxanda Zahid Orucun fikrində həqiqət payı var, onunla razılaşmamaq mümkün deyil. Ancaq indiki siyasi proseslərdə, Rusiyanın regionda oynadığı oyunu nəzərə alsaq, biz ehtiyatlı hərəkət etməli və hər bir siyasi variantı nəzərə almalıyıq. Yaxın 15 gün ərzində ermənilər danışıqlar stoluna oturmasa, Azərbaycan hərb variantına üstünlük verməli olacaq. Torpaqların qaytarılması prosesinə başlayacaq. Rusiyanın bu məsələyə münasibəti necə olacaq, onu proqnozlaşdırmaq çətindir. Ancaq hər halda Azərbaycan öz ərazisində anti-terror əməliyyatları aparır. Biz BMT-nin məlum qətnaməsinə uyğun hərəkət edirik və ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Bu dəfə də sülh danışıqları nəticə verməsə, Azərbaycan müharibə variantını diqtə eləməyə başlayacaq”.
Sevinc Fədai |
||
|
||
“Həsənov, Sarkisyanı, danışıqlar, masasına, gətirməli,, Məmmədyarov, isə, masada, işi, həll, etməlidir”, |
|