Xəbər haqqında
12 Noyabr 2017 - Bazar 18:11 124 nəfər oxuyub
 
"Həzi Aslanov" stansiyasının eskalatoru təmirə dayandırılır
İŞ DÜNYASI Xəbəri

Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq.

 

Bakı Metropoliteni" QSC-dən Xeber365.com-a verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.
Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.
"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Mənbə: Müəllif:
"Həzi, Aslanov", stansiyasının, eskalatoru, təmirə, dayandırılır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa