Xəbər haqqında
10 Yanvar 2018 - Çərşənbə 14:55 103 nəfər oxuyub
 
Hakimi vuran futbolçuya 2 illik cəza verildi
İDMAN Xəbəri
Hakimi vuran futbolçuya 2 illik cəza verildi

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik diskvalifikasiyaya məruz qalıb. Xeber365.com-un məlumatına görə, bu qərarı AFFA İntizam Komitəsi bugünkü iclasında verib.
 
Belə ki, ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif  Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Hadisəni araşdıran İK futzalçını 2 il müddətinə futboldan kənarlaşdırıb.
 
Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

 

Mənbə: Müəllif: XƏBƏR365
Hakimi, vuran, futbolçuya, 2, illik, cəza, verildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı