Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 19:20 100 nəfər oxuyub
 
Hakimlik imtahanının vaxtı məlum oldu
GÜNDƏM Xəbəri
Hakimlik imtahanının vaxtı məlum oldu

Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

 

Xeber365.com-un məlumatına görə, iclasda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 125 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün birillik ilkin hazırlıq kursu barədə məlumat dinlənilib. Kursun bu ayın sonunda başa çatacağı qeyd edilib.

 

Bildirilib ki, kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib, insan haqlarının müdafiəsi, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilib, məhkəmələrdə, o cümlədən bütün namizədlər üçün xaricdə stajkeçmələr təşkil olunub.

 

İclasda tədris kursunun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə yazılı imtahanın keçirilməsi məsələlərinə baxılıb. İmtahanın fevralın 3-də saat 10:00-da vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman zalında təşkili məqbul bilinib.

Mənbə: Müəllif: XƏBƏR365
Hakimlik, imtahanının, vaxtı, məlum, oldu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı