301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
29 Oktyabr 2014 - Çərşənbə 22:37 1327 nəfər oxuyub
 
Hamı yaşamaq istəyir+VIDEO
Bir az sərt ifadə olsa da, deformasiyalar var. Düşüncədə, mənəviyyatda çox ciddi deformasiyalar var. Biz nəyə görə son 10-15 ildir milli-mənəvi dəyərləri qorumağın vacibliyindən danışırıq?Ölkədə həqiqətən ümummilli gəlir artır, göz önündədir. Düzdür, bu, neftin hesabına baş verir, tədricən informasiya-kommunikasiya texnologiyaları artmağa başlayır.
MÜSAHİBƏ Xəbəri
Hamı yaşamaq istəyir+VIDEO

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edərək, gənclərlə, təhsillə, kadr çatışmazlığı ilə bağlı tənqidi fikirlər səsləndirdi.  PA rəhbərinin fikirləri cəmiyyətdə müzakirə mövzusuna çevrildi. Tanınmış jurnalist, şərhçi, BDU-nun professoru Qulu Məhərrəmli ilə söhbətimizdə həmin çıxışından, eləcə də cəmiyyətdə baş verən hadisələrdən doğan suallara cavab tapmağa çalışdıq.
-    Qulu müəllim, söhbətimizə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oktyabrın 25-də Prezident yanında İdarəçilik Akademiyasının yubileyindəki çıxışında ortalığa qoyduğu sonuncu sualdan başlamaq istərdim. Ramiz Mehdiyev “nə baş verir” sualını verir, əlbəttə ki, söhbət Azərbaycandan gedir...?
-    Azərbaycanda çox şey baş verir, amma həmin çıxış kontekstində çox həyacan doğuran sual səsləndi ki, bütün bunlar niyə baş verir. Yəni kadr çatışmazlığı, idarəçilik üçün kadr bazasının zəif olması və s. Bunlar ciddi məsələlər olduğundan nə vaxtsa deyilməlidir, hətta bir az tez deyilməliydi. Əvvəl-axır biz elə bir mərhələyə gəlib çatırıq ki, mövcud nöqsanları artıq öz praktik fəaliyyətimizdə hiss edirik.Dövlət idarəçiliyində kadrlarla məsələlərdə və sair... Bizim gündəlik həyatımızda bu məsələlərin hamısı qalxır. Ona görə Ramiz Mehdiyevin çıxşında bugün hər kəsi düşündürən bir sıra ciddi problemlər qaldırılıb. Bunlar təhsillə, kadr yetişdirməklə, təhsil texnologiyalarıyla, insanların davranış və düşüncəsiylə, sosial həyatın kasıblaşması, miskinləşməsiylə, insanların düşüncəsində gedən problemlərlə bağlıdır.
-    O cümlədən, dinə və əyləncəyə meyllilik, çox qəribə təzad yaranır: din və əyləncə...
-    Bunlar hardan qaynaqlanır? Hələ Ramiz Mehdiyevin bir qədər əvvəl keçirdiyi müşavirədə informasiya təhlükəsizliyiylə bağlı məsələlər müzakirə predmeti olmuşdu. Yəni bunlar hamısı bir-birilə bağlı məsələlərdir. Biz bugün faktiki olaraq nəticələri müzakirə edirik, nəticədən danışırıq. Bəs bunları doğuran səbəblər hansıdır?
-    Səbəblər nə idi, 21 ildir bunların qarşısını almaq mümkün deyildimi?
-    Səbəb çoxdur. Əsas səbəb ondan ibarətdir ki, biz həm təhsil sistemində, həm gənclərin tərbiyəsi, xüsusən televiziyaların fəaliyyətilə bağlı strategiyanı düzgün müəyyənləşdirə bilməmişik. Gənclər niyə əyləncəyə meyllidir? Çünki gənc gözünü açır televiziyada yalnız əyləncə görür. Evə gəlir, yalnız dini söhbətləri eşidir. Biz ekranda nə vaxt ciddi, ağıllı, cəmiyyəti düşündürən problemləri müzakirə etmişik ki, gənclər bu barədə düşünsünlər və öz sözlərini desinlər?Yalan nə qədər olar?Biz bu yalanları sovet dövründə yaşamışıq və bunların cəmiyyəti hara apardığını da görmüşük. Əgər bu yalanlar varsa və gənclərin beyni bu yalanlarla qidalanırsa, onlar da hər hansı məsələdən çıxış yolunu tapa bilməyib ümidsizliyə qapılırlarsa, bax, bu halda din onları düşündürən bir çox suallara cavab verə bilir. 
-    Ancaq cənab Mehdiyev bir neçə il əvvəl telekanalları da sərt tənqid etsə də, ciddi təsiri olmadı...
-    Bəli, Azərbaycan efirinin problemləri ilə bağlı kifayət qədər sanballı məqaləydi. Bilirsiniz, məqalə yazmaq işin bir tərəfidir. Biz televiziyaların yayım konsepsiyası haqqında ciddi düşünməliyik. Rəsmi sənədlərdə çox gözəl çağırışlar var, Ramiz Mehdiyevin də, başqa dövlət xadimlərinin də çox maraqlı yazıları olur. Lap yaxşı! Bəs bunları kim və necə icra etməlidir? İdarəçilik o zaman gerçək idarəçiliyə çevrilir ki,  müəyyən bir mexanizm əsasında deyilən və yazılan ideyaları həyata keçirmək mümkün olur. 
-    Amma Ramiz Mehdiyev məmurların əksəriyyətinin marksizm-leninizm təfəkküründən çıxa bilmədiyinə işarə vurur. Bəlkə bu məqam icraçılığa mane olur?
-    Mən çox böyük filosof deyiləm, amma fəlsəfədə olan bir çox ciddi məsələləri bilirəm. O cümlədən də, fəlsəfənin əsas məsələsi ki, şüurun materiyaya, materiyanın şüura münasibətini. Yəni materiya həmişə şüuru müəyyənləşdirir, obyektiv gerçəklik bizim ictimai düşüncəmizi müəyyənləşdirir. Biz gözümüzü açıb ətrafda nəyi görürüksə, bizim dünyagörüşümüz, qənaətlərimiz onun əsasında formalaşır. Ramiz Mehdiyev özü də marksizm-leninizm nəzəriyyəsini yaxşı bilən adamlardan biri kimi bu durumu gözəl dərk edir ki, əgər obyektiv reallıq insanların şüurunu dəyişdirə bilmirsə, deməli, obyektiv reallığa yenidən baxmaq lazımdır. Məsələn, biz deyirik ki, korrupsiya olmaz, bu, prezidentin də çıxışlarında var. Amma insanlar bu vəziyyəti görür və müşahidə edirlər. Yaxud rüşvət olmaz, amma gedin, görün dövlət idarələrinin hansına rüşvətsiz qəbul oluna bilərsiniz?! Düzdür, son vaxtlar bu sahədə tədbirlər görülür, məsələn, ASAN-Xidmət çox böyük nailiyyətimizdir, sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaxşı fəaliyyət göstərir. Amma bununla yanaşı ali məktəbi bitirmiş gənclər iş axtarır. Bu, necə olur? Yəqin ki, siz də çevrənizdən eşidirsiniz: filankəs övladına iş axtarır, ondan filan yerdə filan qədər istəyiblər və s. i. Bax, bu, reallıqdır.
-    Ramiz Mehdiyev çıxışına iqtisadi inkişafla və ÜDM artımıyla başladı. Bəlkə neft gəlirləri insanların vicdanını “abort” etdi?
-    Bir az sərt ifadə olsa da, deformasiyalar var. Düşüncədə, mənəviyyatda çox ciddi deformasiyalar var. Biz nəyə görə son 10-15 ildir milli-mənəvi dəyərləri qorumağın vacibliyindən danışırıq?Ölkədə həqiqətən ümummilli gəlir artır, göz önündədir. Düzdür, bu, neftin hesabına baş verir, tədricən informasiya-kommunikasiya texnologiyaları artmağa başlayır. Kənd təsərrüfatında müəyyən qımıldanma var, amma bununla yanaşı biz xammalı satırıq, bunun əvəzində büdcəmiz zənginləşir. Pul var, müəyyən işlər görülür, rahat yollar çəkilir, əhalinin müəyyən bir hissəsinin güzəranı yaxşılaşır, şəhər xarici avtomobillərlə doludur, bunlar yenə deyirəm, göz önündə olduğundan heç kim dana bilməz. Bəs nə çatmır? Yəni maşının da, pulun da, neftin də, bunların hamısı insan amilinə dayanır. Əgər biz o pulu və texnologiyanı insan amili ilə əlaqələndirə bilmiriksə, bu, itirilmiş puldur. Qazaxıstanın təcrübəsi belədir: onlar külli miqdarda xaricə tələbə göndərir və bu, dövlət siyasəti kimi gerçəkləşdirilir, həm də kadr bazası yaranır. Əgər biz kadr bazası yetişdirə bilmiriksə, bunu Türkiyədə, Amerikada, Avropada, İranda və başqa ölkələrdə yetişdirmək mümkündür. Elə idarələrimiz var ki, idarəçilik iflic vəziyyətindədir. Səbəblərə gəlincə, birinci, yeniləşmə yoxdur, maaşlar azdır, işin nəticəsi üçün maraq yoxdur, bütün bunlar hamısı insanı kütləşdirir.O, işində heç bir yenilik edə bilmir.
-    Bəlkə elə ona görə cənab Mehdiyevdə də şübhə yaranıb, özü deyir: “bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb?”. Və gənclər əyləncəyə bu dərəcədə meyllənir. Məgər, ali təhsilli gənclər həbs olunanda, indiki vəziyyətin yaranacağı bilinmirdimi?
-    Mən istəmirəm biz o qənaətə gələk. Düzdür, belə düşünən və arzusunda olanlar çoxdur, bunların  sayı da artır. Məsələn, saytlarda bu cür mübahisələr yaranır, tutalım, bir dəfə Hüseyn Cavidin heykəlinin yanındakı insanlardan “bu kimdir” deyə sual edirlər. Biri bəstəkar, başqa biri qəhrəman adlandırmışdı, amma Türkiyə vətəndaşının “Azərbaycanın böyük dramaturqu Hüseyn Caviddir” deyə cavabı mənə qəribə gəlmişdi. Biz nəyi təbliğ edirik, nələrə ümid edirik və onun da barını dəririk. Televiziyaların hansındasa “Milyonçu” verilişi yayımlanırdı, iştirakçılara məktəbli sualları verilirdi. Amma bugün gözəl balalarımız kitab oxumurlar, kitab oxumaq vərdişləri də yoxdur. Bunların İPOD və kompyuterdə proqram təminatı sıfırdır, çünki bunlardan oyun vasitəsi kimi istifadə edirlər. Yəni bilik qazana bilmirlər. Əgər dövr və çərçivə dəyişirsə, biz təhsil texnologiyasını da dəyişməliyik. Biz biliyi çatdırmağın texnologiyasını dəyişməliyik. Vaxtilə Rusiyaya Avropa dövlətlərindən mütəxəssislər dəvət edirdilər ki, gəlib rus kəndlilərini maarifləndirsinlər. Amma Yekatirina onlara deyirdi ki, bunlara mühazirə kimi bilik öyrətməyin, onlar onu çətin başa düşəcək. Bu insanlara əyləncənin içərisində bilikləri verin. Rusiya yenə ondan istifadə edir və bunlar həmin ideyanın reallaşması üçündür. Azərbaycan efirlərindəki əyləncənin heç bir düşündürücü tərəfi yoxdur. Bu prosesdə bilik də dağılır, sistem də pozulur, dil də zərər çəkir, nəticədə ortalığa qurumuş təfəkkür çıxır. O təfəkkürün daşıyıcısı olan nəsil Ramiz Mehdiyevi də qayğılandırır, sizi də, məni də. Yəni Azərbaycanın gələcəyini düşünən bu problem hamını narahat edir.
-    Cənab Mehdiyev də ziyalıların narahatçılığını vurğulayır. Ona görə mən söhbətimizi Ziyalılar Forumuna yönəltmək istərdim, hansı ki, bir zaman çox fəal idilər. Niyə Ziyalılar Forumu birdən-birə yox oldu?
-    Mən Ziyalılar Forumunun İdarə Heyətinin üzvüyəm, deməzdim ki, tarixə gömülüb. Sadəcə, biz bu cəmiyyətdə inkişaf və övladlarımızın yaxşı təhsilini istəyirik. Bir sözlə, sabaha dünənki dəyərləri daşıya bilsin. Əgər bunu deyən insanlar müəyyən dərəcədə qorxu altına düşürlərsə, təbii ki, burda problem ola bilir. Mənə elə gəlir ki, cəmiyyətdə dialoq yoxdur. Tənqidi deyən adama yumruq göstəririksə, o adam ikinci dəfə bu barədə danışmayacaq. Yaxud həbslə qorxuzuruqsa, bu taktikadan əl çəkmək lazımdır. Hamı yaşamaq istəyir.
-    Ona görə Ziyalılar Forumu geri çəkildi?
-    Yox, mən demirəm yalnız bununla bağlıdır. Bəlkə daxildə hansısa problemlər var, yəqin ki, bu barədə ayrıca danışmaq imkanımız olacaq. Ümumiyyətlə, biz təşkilat yaradanda da elə etməliyik ki, dövlət, hakimiyyət bundan qorxmasın, dialoq üçün şans qoymalıyıq. Hər kəs inanmalıdır ki, yeni qurum müstəqil olmalıdır və müstəqil adamların düşüncəsi cəmiyyətə fayda verir. Asılı adamlar isə həmişə nəyinsə xatirinə yalan danışırlar. Bəlkə də dediklərində dəyərli fikirlər var, amma yol göstərmək məsələsinə gələndə, gerçək yolu göstərmək mümkün olmur. 
-    Nə baş verib Ziyalılar Forumunda?
-    Mən Ziyalılar Forumuyla bağlı danışmaq istəmirəm. Çünki bu qurumda da müəyyın xətlər var. Amma o zamanda da dedim ki, bu bir müstəqil forum olmalıdır. Çünki müstəqil forum birinci növbədə hakimiyyətə, prezidentə və cəmiyyətə, xalqa lazımdır. Ki, biz forumda problemləri dəqiq deyək. Ola bilər, bu intonasiya kiməsə xoş gəlmir, amma tənqidi gülə-gülə deyəndə, nə dərəcədə effektli olur, bilmirəm. Yəni bizim Raykinimiz, Xazanovumuz yoxdur, ancaq “Şən və hazırcavablar klubu”muz, “Bu şəhərdə” var. İndi tənqid aktyorlar səviyyəsinə enib, yəni bu cür çatdırılsa da, bu da bir mesajdır, formasından asılı olmayaraq.
-    Yekuna gələk, dialoqdan söhbət saldığınız üçün bu sualı verirəm, şərhçi kimi cavabınızı bilmək istərdim:  Azərbaycanda 100 yaşı olan Müsavat Partiyası var, yeni başqanı seçildi, amma narazılıqlar bitmədi, olayları kənardan necə qiymətləndirirsiniz?
-    Sözün açığı, Müsavat Partiyasında baş verənləri ciddi izləməmişım, amma mənim üçün Müsavat Partiyasının Milli Şurayla bağlı taktikası qaranlıq qaldı. Yəni müsavatçıların davranışı mənə aydın olmadı. Səbəblərini düz tapa bilmədim. Çünki sıravi üzvlərə başqa cür izah olundu, mətbuatda fərqli yanaşmalar qoydular. Hər halda bu prosesləri Müsavat Partiyası üçün perspektiv baxımından çox fəlakətli bir hadisə hesab edirəm. Partiya daxilində anlaşma, dialoq yoxdursa, tənqid qəbul olunmursa, partiyanın perspektiviylə bağlı nikbin proqnozlar vermək çətin olur. Bütövlükdə götürdükdə proseslərin heç birisi Müsavat Partiyasının xeyrinə deyil. Partiyada mənim tanıdığım çoxlu fanatik insanlar var, orda hər hansı hadisələr olanda onlar barəsində düşünürəm. Çünki onlar ideya, məslək adamıdır, amma baş verənlərin çoxunun bunlarla əlaqəsi yoxdur. 
-    Qulu müəllim, söhbətimizi Ramiz Mehdiyevin “nə baş verir” sualıyla başladıq və hakimiyyətin mövqeyi şərh olundu, sonra Ziyalılar Forumuyla keçid edib 100 illik partiyadakı duruma gəldik. Və bütün bunların fonunda sual yaranır: biz hara gedirik? 
-    Tarixin bütün mərhələlərində bu sual həmişə aktualdır. Həm də Rusiya tarixinin suallarıdır, Çernışevskidən Leninə qədər “Nə etməli” sualı verilib. Amma indi, doğrudan, bu sual aktualdır: biz hara gedirik? Çox maraqlı sualdır, ona görə icazə verin, pritçayla cavab verim: Şeytan Allah-Təaladan soruşur ki, insanlar niyə bugündədir, hər şeyi bilsəm də, bunu bilmirəm. Allah-Təala da cavab verir ki, sən onu bilsəydin, elə Allah olardın. 

 

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Hamı, yaşamaq, istəyir+VIDEO,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
Divə qulluq edən cırtdanlar
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı