The document has moved here.
|
||
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin test üsulunun ləğvi ilə bağlı açıqlaması böyük etiraza səbəb olub. Belə ki, Məleykə Abbaszadənin sözlərinə görə, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək: "Gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər”.
Xeber365.com məsələ ilə bağlı Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ilə əlaqə saxlayıb. H. İsaxanlı bildirib ki, test üsulu tamamilə ləğv edilə bilməz:
“Mən bu açıqlamanın tam mətni ilə tanış deyiləm. Ona görə də düşünürəm ki, Məleykə xanım, yəqin, test üsuluyla bağlı yeni qaydaların tətbiq olunacağını deyib. Düşünmürəm ki, 2 il sonra test üsulu tamamilə ləğv olunacaq. Sadəcə, qaydalar xeyli fərqli olacaq. Bu qaydalarla iki dəfə, həm orta məktəbi bitirəndə, həm də ali məktəbə qəbul üçün imtahan vermək olmayacaq. Yəqin ki, bir dəfə imtahan veriləcək və mən elə hesab edirəm ki, test üsulu bu imtahanlarda metodlardan biri olacaq. Yəni müsahibə və digər üsullar da olacaq. Mən belə başa düşürəm. Yoxsa test üsulu tamamilə ləğv edilə bilməz”.
Hamlet İsaxanlı hesab edir ki, ali məktəbə yalnız test üsuluyla qəbul orta məktəblərdə bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur:
“Ancaq test yolu ilə universitetə qəbul özlüyündə orta məktəblərin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Çünki orta məktəbdə uşaq oturub ciddi elmi biliklər əldə etmək əvəzinə, test suallarına hazırlaşır. Buna görə məktəblərdə doğru-düzgün dərs keçilmir və müəllimlər də repetitor şəklində uşaqları test imtahanına hazırlaşdırırlar. Bu, elm öyrənmək deyil. Bu, özü müəyyən mənada fundamental elm öyrənməsinə ziyan vuran bir şeydir. Ona görə də qəbul imtahanı təkcə testdən ibarət olmasın, esse yazılsın, onlarla ciddi bir müsahibə aparılsın ki, şəxsi kefiyyətləri də müəyyən etmək olsun. Bu, daha geniş yanaşma olardı”. |
||
|
||
Hamlet, İsaxanlı:, “Test, üsulu, ləğv, oluna, bilməz”, |