301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
11 Dekabr 2017 - Bazar ertəsi 15:46 3508 nəfər oxuyub
 
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
"Hələ də "Sovet" sözü bizim beynimizdən silinib-getməyib"
MÜSAHİBƏ Xəbəri
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə

“Unudulmaz kəşfiyyatçı” kimi anılan, mərhum prezident Heydər Əliyevin ailəsində yetişən, xalq arasında böyük nüfuza sahib olan Rzaqulu Quliyev həyat yoldaşı Zərri xanımla birlikdə üç övlad böyütmüşdü: Hüseyn, Zərifə və Aidə. Azərbaycan üçün xidmət göstərən üç övlad...

 

Qəribədir, hər kəlməsinin başında “vətən” dayanan Hüseyn Quliyevin ömrünün yarıdan çoxu vətəndan uzaqda keçib. O, vətənə, vətəndən uzaqda xidmət edib. Hazırda isə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiridir. Fövqəladə və səlahiyyətli... İki məsuliyyətli ifadəni özündə birləşdirən vəzifə sahibi haqqında, demək olar ki, hər kəs eyni sözü deyirdi: çox sadə insandır.

 

Bu təqdimat bizə ona görə bu qədər xoş gəlirdi ki, adətən, belə yüksək postda yer alan şəxslər onun qədər əlçatan olmur, türk qardaşlarımız demiş, onunla muhattap olmaq belə asan olmur, qapıları daim açıq olmur. Özbəkistana səfərimiz zamanı ilk olaraq qürbətdə yaşayan həmvətənlərimiz kimi biz də o qapıdan içəri girib, səfirimizi daha yaxından tanımaq, tanıtmaq istədik. Bu sadəliyin arxasında dayanan ömür yolu maraqlıydı. Və biz səfirimizi şənbə günündə, kostyum-qalstuksuz, qeyri-rəsmi söhbətimizdə tanıdıq, bu ömür yolundan agah olduq... 

 

Hüseyn Quliyev Naxçıvanda hərbiçi ailəsində doğulub-böyüyüb:

 

– Ancaq atamın işiylə bağlı orta məktəbi Naxçıvanda başa vura bilmədim.  11-ci sinifi bitirib, Neft və Kimya İnstitutuna qəbul oldum. İnstitutu bitirəndən sonra  isə 2 il də Moskvada oxudum. Daha sonra Xarici İşlər Nazirliyinin xətti ilə başqa-başqa ölkələrdə çalışmağa başladım. Sovet İttifaqı dağılandan sonra da Moskvada qalmalı oldum. Ümumiyyətlə, mən 41 il Moskvada yaşamışam. Bir ara şəxsi bizneslə məşğul oldum. Orda neft şirkətində vitse-prezident vəzifəsində işlədim, Moskva-Bakı şirkətlərarası əlaqələr yaratdım. O vaxtlar Azərbaycanda  fabrik və zavodlar mazut yandırırdılar. Bu şirkət o vaxtlar Azərbaycana qaz verirdi. Bu da iqtisadi baxımdan Azərbaycan üçün faydalı idi. Onda Moskvada şərtlər çox ağır idi, bu şərtlər altında illərlə çalışdım. Nəhayət, 2008-ci ildə Azərbacana qayıtdım. 

 

Bir oğlum, bir qızım var. Qızım Bakıya bizdən tez qayıtdı və Azərbaycan Dillər Universitetində təhsil aldı. Oğlum isə Moskvada oxudu.

 

 

– Övladlarınız harda dünyaya gəlmişdi?

 

– Oğlum Moskvada, qızım isə Kiprdə anadan olmuşdu. İndi hər ikisi evildir, nəvələrim də var: Hüseyn, Mədinə, Əli.

 

– Bəs harda ailə qurmuşdunuz?

 

– Bakıda ailə qurmuşdum, yoldaşım da azərbaycanlıdır. O da Azərbaycan Dillər Universitetini bitirib, ingilis dili müəllimidir.

 

– Hüseyn müəllim, Moskvada ağır şərtlər altında çalışdığınızı dediniz. Bəs vətəndən uzaqda yaşamaq necə, çətiniydimi?

 

– Deyirlər, vətəni ondan uzaqda olanda daha çox sevirsən. Bu, həqiqətən belədir. Gərək doğulub-böyüdüyün, yetişdiyin vətəninlə əlaqələri qırmayasan. Biz 80-90-cı illərdə Bakıda olub-bitən hadisələri eşidirdik, təbii ki, çox narahat olurduq.

 

Qürbətdə olanda vətən daha şirin olur. Adam yaşa dolduqcada öz ölkənə gedib-gəlmək də çətinləşir. Həsrətin artır, daha çox darıxırsan.

 

Mən 2008-ci ildə vətənə qayıdanda artıq Bakı Avropa şəhəri kimi idi. Sonra dediyim kimi, Xarici İşlər Nazirliyinin xəttiylə xaricdəki səfirliklərimizin boşluqlarını, problemlərini öyrənmək üçün başqa ölkələrə gedib-gəlirdim: Avstiriya, Fransa, Almaniya... Baxıb görürəm ki, Bakıda olan gözəllik heç onlarda yoxdur.

 

Bakını gözəlləşdirən, doğmalaşdıran həm də insanlarının istiliyidir. Biz qonaqpərvərik. Bir istəyim var ki, bu qonaqpərvərlik həmişə var olsun. Söhbət tolerant siyasətdən gedir. Tolerantlıq dövlətçilik siyasətimizin tərkib hissəsidir. Bir də ölkədə baş verən müsbət dəyişikliklərə qiymət vermək lazımdır.

 

– Hüseyn müəllim, işinizlə bağlı çox ölkədə olmusunuz. Sizə də elə gəlirmi ki, bizdə vətənpərlik hissi arzuolunan dərəcədə deyil. Düzdür, “Aprel döyüşləri”ndə, cəbhədə gərginlik yaşananda bütün fərqli düşüncəli, partiyalı insanlar bir yumruq kimi birləşirlər. Ancaq bu, hər deyəndə belə olmur, bir sevinib, bir kədərlənə, vətən naminə birləşə bilmirik. Siz bunu nə ilə əlaqələndirərdiniz, dövlətçilik ənənələrinin yaşının azlığı, Sovet İttifaqının beynimizə, hisslərimizə siraəti ilə, yoxsa?..

 

 

Bilirsiniz, biz 70-80 il  Sovet əsarətində yaşamışıq. Buna görə də bizdə o dərəcədə vətənpərvərlik hissinin olması hələ çətindir. Bizdə  mentalitet hələ dəyişməyib. Hələ bizim beynimizdən “Sovet” sözü silinib-getməyib. Bir məqamı deyim ki, gənclərimiz xarici ölkələrdə təhsil alıb, qayıdırlar.  Başqa ölkələrdə gördükləri, hiss etdikləri birlik, vətənpərvliyi  öz ölkəmizdə işlərində göstərsinlər. Təbii ki, bu da ölkənin gələcəyi üçün çox yaxşıdır.

 

Sizə deyim ki, idarəçilik işi çox çətindir. Kimdən soruşursan ki, sən prezident ola bilərsən? Deyir ki, elə mən olmalı idim də...  Böyük kütləni idarə etmək müşkül məsələdir.

 

Sovet İttifaqı dövründə Azərbaycanın adı tanınmırdı, heç bizi Moskvada tanımırdlar. Ancaq İrəvan və Gürcüstanı qismən  tanıyırdılar. Amma indi Azərbaycan irəlidədir. İndi dünyanın hasına getsən, ölkəmizi tanıyırlar. Biz özümüz-özümüzü sevib-dəstəkləməsək, bizə heç kim dəstək olmaz. Bizim millət yaxşı millətdir. 

 

– Vətənə bu qədər bağlı bir insansınız, amma həmişə vətəndən uzaqda yaşamalı, çalışmalı olmusunuz. Siz buna qismət deyib keçirsiniz, yoxsa necə?

 

– Hə... Onu düz qeyd etdiniz. 40 il vətəndən uzaqda yaşadım, təzəcə artıq vətəndəyəm deyirdim ki, yenidən başqa-başqa yerlərdə işləməli oldum. Bir söz deyim, əgər məni harasa göndərirlərsə, demək ki, mənə inam var. Bir də mənə həvalə edilən işi yerinə yetirməyi özümə borc bilirəm. Gücüm çatan qədər mükəmməl etməyə çalışıram. Saxta işlər heç mənlik deyil.

 

 

– Hüseyn müəllim, səfir olmaq yorucudur?

 

– O, insandan asılıdır. Mən hərəkətsiz qala bilmirəm, daim hərəkətdəyəm. Məsələn, mən oyanan kimi yerimdən qalxıram, qalxdımsa, mütləqdir ki hərəkət edim. Bir də səhər üzümü təraş etməyəndə elə bilirəm ki, üzümü yumamışam. Səhər açılanda qəzet oxumaq, informasiya almaq isə illərdir ənənəyə çevrilib. İnsanlarla görüşmək, onlarla ünsiyyətdə olmaq isə məni sevindirir.

 

– Burda azərbaycanlılar sizə daha çox nəyə görə müraciət edirlər?

 

– Müraciətlər müxtəlifdir. Həmvətənlərimizin başqa millətlərlə münasibətləri yaxşıdır. Amma özümüzünkülərlər aralarında problem yaranır. Azərbaycandan gələn iş adamlarının pulunu alıb, vermirlər. Burdakı diasporamızda Azərbacançılıq məsələsi önəm daşımır, ancaq öz gəlirlərini güdürlər. Mədəni məsələlərlə məşğul olmurlar. Onlar bu işləri görsələr, səfirliyə böyük kömək etmiş olardılar.

 

 

 

–  Vətən üçün darıxırsınız, qayıdıb gəlmək istərdiniz?

 

–  Hə, istəyərəm. Adam darıxır, əlbəttə ki, darıxıram.

 

– Hüseyn müəllim, ümumiyyətlə, taleyə, alın yazısına, Allaha inanırsınız?

 

– Bizə Sovet dövründə elə aşılamışdılar ki, yoxdur. Bizi bu təfəkkürlə yetişdiriblər. Əlbəttə ki, Allah var. Bir böyük qüvvə var ki, dünyanı idarə edir. Və hər şeyin qüvvəyə aid olduğunu düşünürəm, əldə etdiyim uğurların da mənə Allah verib. Kimi əziyyət çəkir, tez uğur qazanır, kimi qazandığı uğurun qiymətini bilmir, itirir. Müşahidələrimə əsasən, uğurlarını öz əməyi ilə qazanan insanlar həmişə qalib olurlar. Mən inanıram ki, yaxşılıq edirsən, qarşına yaxşılıq çıxır. Pislik edirsənsə, pislik. Özünün qarşına çıxmasa da, övladlarının qarşısına çıxır. Mən buna  mütləq şəkildə inanıram.

 

– Sizcə, hansı üstünlüyünüzə görə sizə önəmli vəzifələr, nəhayət, səfirlik  həvalə edilib?

 

– Yəqin ki, bir  məshəbə, bir dinə qulluq etdiyimə görə... İnsanın gərək bir üzü olsun.  Böyüdüyüm sağlam mühit mənə çox böyük təsir göstərib. Vətəndən kənarda yaşmağımın da burda rolu var.

 

 

– Ümumiyyətlə, əldə etdiyiniz nailiyyətləri böyük zəhmət, çətinlik hesabına qazanmısınız, yoxsa  şans sizə də gülüb?

 

– Asan başa gəlməyib, amma şans da gülüb...  Əsas şansım budur ki, böyüklərimi mənim Moskvada oxumağı məsləhət bildilər. Orda hər şey vətəndəkindən çətin idi, mənə kömək edən yoxuydu. Ancaq özüm-özümə güvənirdim. Bir şey öyrəndim ki, insan hər şeyi özü etməlidir. Qohuma, dosta, tanışa, bir başqa adama arxayın olmaqla həyat sürmək olmaz. Kim yaxşıdırsa, güclüdürsə, layiq olduğu yerə  gəlib çıxır. İrəli getmək üçün bir addımı 100 dəfə atırdım, bir yazını 15 dəfə yazırdım.

 

– Hüseyn müəllim, bildiyimiz qədər, sizin Heydər Əliyevlə qohumluğunuz var. Yəqin ki, bir böyük kimi o da sizə yol göstərib. Onu necə xatırlayırsınız?

 

– Mənə Heydər Əliyevlə danışmaq çox çətin idi. İnsan danışanda o, adamın beynini oxuyurdu. Hiss edirdi ki, sən düz danışırsan, yoxsa yalan deyirsən. Çox güclü yaddaşı vardı. Söhbət etdiyin yerdə deyirdi ki, bəs 6 ay bundan qabaq sən mənə filan sözü demişdin axı, bəs niyə hələ də həyata keçirməmisən?.. O, heç vaxt heç kimin sözünü kəsməzdi. Bəzən çox danışırdım, amma  yenə də sözümü yarımçıq qoymazdı. Qeydlərini edirdi, deyirdi bunlar barədə daha dəqiq və ətraflı məlumat ver. Yorulmaq bizlməzdi. İşə səhər saat 9-da gəlir, gecə 12-2-yə qədər çalışardı. Hərdən qəbuluna gələndə gecə 2-yə qədər gözlədiyim vaxtlar olurdu. Çox zəhmli insan idi.

 

 

– Bəs ailə arasında necə insan idi?

 

– Çox mehriban və qayğıkeş insan idi.  

 

– Onun həyatınızda, bu yerə gəlib çıxmağınızda nə kimi rolu, məsləhətləri olub?

 

Həmişə deyirdi, elə etmə ki, səni kimsə tapşırsın, irəliyə kiminsə vasitəsiylə gedəsən. Elə Moskvaya da onun məsləhətiylə gedib oxudum. İnstitutu bitirəndən sonra mənimlə danışdı, yol göstərdi. Dedi, get, orda sənə heç kim kömək etməyəcək, özün öz ayağının üstündə durmağı öyrənəcəksən. Onun dediklərinin hamısı  yüzdə-yüz oldu. Mən məhz Moskvaya getdiyimə görə, o mühitdə oxuyub, yaşayıb, öz ayağım üstündə dayana bildiyimə görə həyat məni irəli apardı, mən bunun şahidi oldum. Bakıda qalsaydım, düşüncə tərzim dəyişməyəcəkdi. Necə ki mənimlə institutda bir oxuyan tanınmış insanların köhnə fikirdə qaldıqlarını görürəm...

 

 

 – Hüseyn müəllim, 72   yaşınız var, eləmi?

 

– 72 yaş may ayında olacaq. Siz də məni lap qocaldırsınız...  Özümü gənc hiss edirəm.  Həyat davam edir; yaşayırıq, toya gedirik, yasa gedirik, gəzirik, dostlarla görüşürük.

 

– Az yaş deyil. Yəqin ki, bu illər ərzində müşkülə düşdüyünüz, yıxıldığınız, qalxdığınız və ya qalxa bilmədiyiniz vaxtlar olub...

 

– Əlbəttə, olub. Ən çətin günlərim 90-ci illərə təsadüf edir. Sovet İttifaqı dağıldı, Moskvada işsiz qaldım. İstədim  Bakıya gəlim, amma məni qəbul etmədilər. Bunu da belə izah etdilər ki, burda sənin potensialına layiq iş yoxdur. Heydər Əliyevin tövsiyəsiylə yenidən Rusiyaya qayıtdım.

 

Hələ Moskvada yaxın olduğum tanışlarım, dostlarım vardı ki, üzümə baxıb salam vermirdilər. Halbuki, onların heç birinə pisliyim dəyməmişdi.

 

– Bütün bunlar dost zərbəsi idi, yoxsa sizin üçün elə bir əhəmiyyət kəsb etmirdi?

 

– Məni sarsıdırdı gördüklərim, yaşadıqlarım. Evimin içinə gəlib, çörəyimi yeyib, sonra məni “tanımayanlar” olub. Uğuruma paxıllıq edib, bunu üzümə deyənlər da az olmayıb. Onların arasında sağ olanlar da var. Bəziləriylə yenə də salam-sağ ol səviyyəsində münasibətimiz var. Neyləyim, onların səviyyəsinə enəsi deyiləm ki? Ümumiyyətlə, gərək adam bir az abrına sığına.

 

– Kinli insansınız?

 

– Yox, qətiyyən.

 

– Amma yəqin ki, sizin də dəyərləriniz, olar-olmazlarınız var? Məsələn, nəyi bağışlaya bilmirsiniz?

 

–  Gərək, bir dinə qulluq edəsən, çörək kəsdiyin adama qarşı satqınlıq etmək olmaz. Yəni mənim üçün satqınlıq bağışlanmazdır. Bir də bacardıqca yaxşılıq etmək lazımdır. Nə qədər yaxşılıq edirsənsə, o qədər yaxşılıq görürsən.  

 

– Hüseyn müəllim, övladlarınız və nəvələriniz Bakıda yaşayırlar?

 

– Hə, Bakıda.

 

– Ömrünüzün yarıdan çoxu vəzifədə keçib, daim başqa-başqa yerlərdə yaşamalı olmusunuz. Yəqin ki, ailənizə yetərincə vaxt, diqqət sərf edə bilməmisiniz. Bu, narazılığa səbəb olmayıb ki?

 

– Həyat yoldaşımla 41 ildir ki, evliyik. Mən də dediyiniz kimi, həmişə orda-burda olmuşam. O yerlərdə də bizim qohum-əqrəbamız olmayıb. Bizim sözümüz düşəndə, küsüşəndə getməyə başqa yerimiz olmayıb. Bilirdiksə, nə yaşayırıq-yaşayaq, bu evin içində olacaq, bizə qalan bir-birimiz olacağıq. Necə deyərlər, hərlənib-fırlanıb qayıdacağımız yer öz evimiz olacaq. Bizə qarışan da olmayıb. Harada olurdumsa, işləyirdimsə, ailəm də mənimlə birgə olurdula. Bizim ailədə ən əsası, qarşılıqlı anlayış məsələsi olub, uzun illəri birgə keçirməyimizə o kömək edib.

 

 – Xanımınızla evliliyiniz necə olub, ana-ata məsləhətiylə, yoxsa öz seçiminizlə?

 

– Valideynlərim elə hey məni Bakıya çağırırdılar ki, gəl evlən, sonra yenə gedərsən. Bizdə adətiydi də, evdəkilər oğlanı bir qızla tanış edir, evləndirirdilər. Ancaq mən xanımımla “İnturist”də tanış oldum, ora praktikaya gedirdi.  Atam da orda çalışırdı, yanına getmişdim.  Qızı gördüm və dedim ki, mən onunla evlənəcəm. Gedib onunla tanış olmaq istədiyimi dedim...

 

 

– İlk baxışda eşq... Bu, hardasa, zahiri görünüşə vurulmaq olub. Elə bir xüsusiyyət yox idimi ki, deyəsiniz mənim evlənəcəyim qız belə olmalıdır?

 

– Yox. İki insan bir yerdə yaşadıqca bir-birinə öyrəşir. Mən görüşdə onu bəyənib, razı olduğum üçün düşündüm ki, bizdə hər şey yaxşı olacaq.

 

– 41 ildir evlisiniz. Heç bu illər ərzində kiçik qarşıdurmalar olubmu, ailənizi necə qoruya bilmisiniz?

 

– Olub, söz-söhbətsiz, mübahisəsiz ailə olmur. Amma bir az əvvəl də dedim. Biz valideynlərimizdən uzaqda yaşamışıq, bizim işimizə qarışan olmayıb. Nə olubsa, öz aramızda həll edib, yoluna qoymuşuq. Gərək ailəyə bağlı olasan. Bir-birinə anlayış göstərmək və hörmət etmək isə mütləqdir.

 

 

– Rusiya xanımları qısqanclığa səbəb olmurdu ki?

 

– (gülür) Gərək qısqanclığa zəmin yaratmayasan.

 

– Hüseyn müəllim, adətən yaşlı nəsil adət-ənənələrə daha çox sadiq olur, bəs qəbul etmədiyiniz mental qaydalarımız nələrdir?

 

– Bizdə adamlar hamının yanında kimisə danlamağı xoşlayırlar. Elə şeyi heç sevmirəm. Kiminsə səhvini ona adamların içində demək, onu təhqir etmək heç xoşagələn deyil. Bir də böyüklər ailələrə çox müdaxiələr edir. Gərək, ailənin təməlin elə qurasan ki, ona toxunan, qarışan olmasın.  Mən ailəmi həmişə bu kimi müdaxilələrdən qorumuşam.

 

– Yemək və içki zövqünüz necədir, nələri xoşlayırsınız?

 

– İçki istəyi məclisə, əhvala uyğun olur: araq, konyak, viski... Yeməklərdən isə  anamın bişirdiyi yarpaq dolmasını, kiftə-bozbaşı xoşlayıram.

 

– İşinizlə bağlı, yəqin ki, çox insanla ünsiyyətdə olmusunuz və olursunuz.  Bəs özünüzü mənən rahat hiss etdiyiniz adamlar kimlərdir?

 

– Özümü rahat hiss etdiyim insanlar illərlə münasibətdə olduğum adamlardır. Belədir ki, kimdən xoşun gəlmir, ondan kənarda durursan. Amma Moskvada elə deyildi, gərək işlədiyin adamlarla əlaqəni kəsməyəsən. Yəni işə görə, xoşlamadığın biri olsa da, onunla ünsiyyətdə olmalısan. Çoxdu onlar.

 

– Bəs ürək dostlarınız var? Ümumiyyətlə, dostlarınız çoxdur?

 

– Həə, onlar heç də... Bu yaxınlarda Bakıya gələcəm, iki-üç dostum var ki,  onlarla görüşəcəyik. Dostum çox deyil, amma çevrəm genişdir.

 

– Bakıya gələndə əsasən nə yeməyi sifariş verirsiniz?

 

– Elə hər şey. Bakıya hər gələndə 2-3 kilo kökəlirəm. Amma idmanla məşğul oluram. Hər gün səhər idmanımı edirəm, itim var, onunla yürüyüş edirəm, kilomu qoruyuram.

 

– Çəkiniz nə qədərdir?

 

– 84 kilo. Özbəkistana gələndə 94 kiloydum, 10 kilo çəki atmışam.

 

– Geyinib-kecinməklə aranız necədir? Geyimləriniz özünüz seçirsiniz ?

 

– Aram yaxşı... Geyimlərimi özüm seçirəm. Yaşıma uyğun olaraq dəblə ayağlaşmağı sevirəm. Təbii ki, mənə yaraşanı və dəb olanı seçirəm. 1500-dən çox qalstukum var.

 

Bəs özünüzə məxsus ətriniz var?

 

– Hə, var: “Hermes”

 

– Maraqlıdır, mədəni istirahətinizi necə qurursunuz?

 

– Burda daim tədbirlər, konsertlər olur, iştirak edirəm.

 

Əvvələr italyan musiqilərinə qulaq asırdım. Yaşa dolduqca öz milli muğamızı və milli musiqiləri daha çox dinləyirəm.  Detektiv əsərləri xoşlayıram. 

 

– Rəqs etməklə aranız necədir, öz havanız varmı?

 

– Yaxşıdır. Həə, “Heyvagülü”... (gülür)

 

– Futbolla da aranız yaxşıdır, deyəsən. Dünən də, bu gün də televizorunuzda futbol oyununun səsini eşitdik...

 

– Əvvəllər daha yaxşıydı. “Neftçi” azarkeşi idim. Özüm də futbol oynayırdım. Qurban Qurbanovla o qədər futbol oynamışam ki... Əlbəttə, həvəskar şəkildə. İndi də “Qarabağ”ın oyunları, qələbəsi məni sevindirir, çox sevindirir.

 

– Hiss etdiyim qədər, azad insansınız. Amma bilmək istərdim, azadlıq anlayışınız nədir, bir çərçivəniz varmı?

 

– Müəyyən çərçivədə özümü azad hiss edən adamam. Məsələn, Bakıda bağımız Nardarandadır. Orda deyirlər ki, şortla gəzmək olmaz. A bala, istidir də, indi neyləyək? Amma burada belə deyil.

 

 

– Bir də “Azərbaycan qadını” ifadəsiylə qadına yanaşma var...

 

– Elədir, Azərbaycanda qadını qəfəsə salan adamlar var. Qəfəsdəki, hicabdakı qadını ideal qadın elan edirlər. Amma o qəfəsdən, çərçivədən çıxan qadını əxlaqsız, pis... Qadın azadlığının önəmini anlayan kəsim də var, bu, sevindiricidir. Bunun nəticəsidir ki, dünyada ölkəmizi təmsil edən diplomat və digər statuslu xanımlarımız var.

 

Bütün qadınlara demək-gülmək, əylənmək olar, amma Azərbaycan qadınına yox! Niyə?.. Səbəbi yoxdur, cavabı yoxdur. Başqalarını çərçivəyə salan insanlar, elə özü də qəfəsdə yaşayır.

 

– Harda, hansı ölkədə özünüzü rahat hiss edirsiniz?

 

– Vallah, harda dürüstlük, səmimiyyət, sərbəstlik,  gülər üz varsa, mən o ölkəni sevirəm.

 

– Gülər üz də Daşkənddə...

 

– Hə, burda hər kəsin üzü gülür. Burda birinin üzünə baxsan, sənin üzünə güləcək, salam verəcək. Bizi də çox sevirlər. Azərbaycanın sevinci onların da sevincidir, kədəri onların da kədəridir. Özbək xalqı bizə qardaş millətdir, onlar da bizdəndir. Biz də iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün biz də əlimizdən gələni edirik.

 

Sevinc Fədai, Daşkənd

Xeber365.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: Müəllif:
Heydər, Əliyev, o, vaxt, məni, Moskvaya, göndərməsəydi..., -, Azərbaycanın, səfiriylə, müsahibə,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
Divə qulluq edən cırtdanlar
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı