Xəbər haqqında
17 Dekabr 2017 - Bazar 14:14 427 nəfər oxuyub
 
Heyran olduğu qadınların rəsmini çəkən aktrisa: Zerrin Tekindor
YARADICI Xəbəri
Heyran olduğu qadınların rəsmini çəkən aktrisa: Zerrin Tekindor

 
Zerrin Tekindor Türkiyənin ən güclü və məşhur aktrisalarından biridir. 30 illik teatr həyatına çox sayıda mükafat sığışdıran aktrisa, ən son oğlu Hira Tekindorun rejissoru olduğu “Kim qorxar xain qurddan” filmindəki rolu ilə 2014-cü ildə mükafata layiq görülüb.
 
Xeber365.com Zerrin Tekindorun özü və sənəti ilə bağlı Türkiyə mətbuatına verdiyi müsahibəsini təqdim edir. 
 
 
 
 
 
- Londonda qadınlarla bağlı konferansa qatıldınız...
 
 
- Bəli, qadınlar üçün təşkil olunan sosial layihələrə qoşulmaqdan çox xoşbəxtəm. Bilirsinizmi, İngiltərədə qadınların sosiallaşmasına kömək edirlər. Bir neçə müddət sonra Londonda qadınların özlərini daha azad hiss etmələri üçün rəsm kursu açılacaq. Mən də kursda rəsm dərsləri verəcəm.
 
 
- Sənətçilərin qadına şiddət mövzusundakı mövqeləri sizi qane edir?
 
 
- Bu işdə məsuliyyətli davranmamaq, həssas olmamaq qəbuledilməzdir. Bu mövzuda bizim boynumuza çox iş düşür. Cəmiyyətdə göz önündə olan və təqib edilən insanlarıq. Məsuliyyətimizin fərqində olmalıyıq.
 
 
 
-Rəsm sənəti ilə də maraqlanırsınız. Bir müsahibənizdə “olmaq istədiyim qadınları çəkirəm” demişdiniz. O qadınlar necə qadınlardır?
 
 
- Rəsmlərimdə yaratdığım qadınlara heyranam. İri gözlər, kürklər, boyunbağılar… Hər şey böyük və çoxdur. O “çoxluq” mənim xoşuma gəlir. Bununla qadının “mən belə məsləhət bildim” deyə bildiyini anlatmağa çalışıram. Bu, qadının təzyiqə, diqtələrə qarşı çıxdığının simvoludur. Qadın cəmiyyətdə bir təzyiq altındadır. Toplum içində ucadan gülməməli, onu etməməli, bunu geyinməməlidir. Rəsmdəki qadınlarım isə cəsurdur. İstədikləri kimidirlər. Özlərini ifadə edə bilirlər. Yəni mənim olmaq istədiyim qadınlardır..
 
 
 
 
- Özünü ifadə edə bilən bir qadın kimi həmcinslərinizə necə bir mesaj vermək istəyərdiniz?
 
 
- Həyatımda heç çönüb arxama baxmamışam. Mənim bir həyatım var, böyük bir səfər içindəyəm. Onlar da bu cür etsin..
 
 
 
- Həyat müştərəkdir deyirlər. Siz necə düşünürsünüz?
 
 
- Niyə bir almanın iki yarısı olmalıyam? Mən tək başıma bir almayam. Qarşımdakı da eləcə. Sadəcə bəzən yollarımız kəsişir və o yolda addımlayırıq. Bu bağlı olma halını anlamıram. Mənə çox yazıqca gəlir. Qadın olmağın qiymətini bilin, fərd olmağın qiymətini bilin. Öz ayaqlarınız üzərində durun.
 
 
 
 
- Qadınların yaşadıqları çətinlikləri necə dəyərləndirirsiniz?
 
 
- Hamımız çevrəyə görə bir rollar oynamaq məcburiyyətindəyik. İçimizdəki hissləri basdırırıq. Sonra da partlayışlar olur. Xüsusən də qadınlar hisslərini gizlədirlər. Ancaq gərək ki, danışaq. Danışaraq hər şeyin həll ola biləcəyinə inanıram. Amma təəssüf ki, biz danışmağı bacarmırıq. İçimizdə partlamağa hazır bir bomba ilə gəzirik.
 
 
 
 
 
- Sizin üçün teatr nə deməkdir?
 
 
- Teatr, içəri girdiyiniz andan etibarən möhtəşəm bir atmosferdir. Sehirli məkandır.
 
 
 
- Qazandığınız uğurlar sizə necə hiss etdirir? Bu uğurda sizə ən çox təsir edən şey nədir?
 
 
- Mənim üçün teatr və rəsm bir bütündür. Teatrda tablolardan, tablolarda teatrdan ilham alıram. İkisi də bir-birinə müdhiş ilham pərisi olur. Rəsm çəkərkən geniş bir məkan  və fonda sevdiyim mahnı olmalıdır. Ən sevdiyim rəssam Van Qoqdur. Çağdaş rəssamlardan Con Currin, Mehmet Güleryüz. Qısaca deyim, mənim bu cür olmağımın səbəbi rəsmdir…
Mənbə: Müəllif:
Heyran, olduğu, qadınların, rəsmini, çəkən, aktrisa:, Zerrin, Tekindor,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı