The document has moved here.
|
||
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Korrupsiya ilə Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiya əyalətlərində martın 26-da başlayan aksiyalar paytaxt Moskvaya və Sankt-Peterburqa çatdı və Aleksandr Navalnının təşəbbüsü ilə korrupsiya əleyhinə etiraz aksiyaları dünya mediasının gündəminə gəldi. Navalnı bəyan edirdi ki, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan müxalifətçi Aleksey Navalnı barəsində Tver Məhkəməsi 15 sutkalıq inzibati həbs qərarı çıxarıb. Rusiyanın 24 şəhərində hökumət əleyhinə etiraz aksiyaları barədə müxtəlif versiyalar irəli sürülür. Bu aksiyaları Qərbin Rusiyada inqilab hazırlığı, anti-Medvedyev planı kimi xarakterizə edənlər çoxluq təşkil edir.
Politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə isə bu versiyaları qəbul etmir. O, Xəbər365.com-a açıqlamasında bildirib ki, Rusiyadakı aksiyalar birbaşa xalqın hökumət əleyhinə etirazı ilə bağlıdır: “Xalq hakimiyyətin siyasətindən, ölkədəki korrupsiyadan, bahalaşmadan narazıdır. Yığıldı-yığıldı, axırda partladı, camaat küçələrə axışdı. Mən bu aksiyaları çox müsbət qaşılayıram. Ümumilli inqilab haqqında düşünməsəm də, bu aksiyaların siyasətə, ictimai rəyə, gələcək seçkilərə böyük təsiri olacaq. Biri deyir Medvedyev, başqası deyir Medvedyevin arvadı hədəfdədir, biri söyləyir Qərb, bir başqası “masonlar ciddi işləyir” deyir. Qərbin və ya masonların bu aksiyaların təşkilində əli olduğu barədə deyilənlər boş söhbətdir. Camaatın ağzını yummaq mümkün deyil, hərə bir söz deyir. Əslində isə xalq narazıdır və kiminsə başını istəyir. Bu məqamda Medvedyev ələ düşdü”.
|
||
|
||
Hikmət, Hacızadə:, “Xalq, narazıdır,, kiminsə, başını, istəyir”, |
|