Xəbər haqqında
31 Dekabr 2017 - Bazar 18:13 120 nəfər oxuyub
 
Hindistanda terrorçular polis düşərgəsinə hücum edib
DÜNYA Xəbəri
Hindistanda terrorçular polis düşərgəsinə hücum edib

Bu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib.
 
Xeber365.com APA-ya istinadən bildirir ki, terrorçular düşərgədəki hospitalı hədəf seçiblər.
 
Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.
 
Polis düşərgəsinə hücuma görə məsuliyyəti Mövlan Məsud Əzharın rəhbərlik etdiyi "Ceyş-əl-Muhamməd” terrorçu təşkilatı öz üzərinə götürüb. 

Mənbə: Müəllif: XƏBƏR365
Hindistanda, terrorçular, polis, düşərgəsinə, hücum, edib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı