Xəbər haqqında
12 Noyabr 2017 - Bazar 14:40 203 nəfər oxuyub
 
Hitlerin qalmaqallı heykəli yığışdırıldı - FOTO
DÜNYA Xəbəri
Hitlerin qalmaqallı heykəli yığışdırıldı - FOTO

İndoneziyada Hitlerin paytaxt muzeylərinin birində nümayiş olunan heykəli qalmaqala səbəb olub.

 

Xeber365.com “BBC”ə istinadlar bildirir ki, De Arca mum fiqurlar muzeyi hüquq müdafiəçilərinin çoxsaylı etirazlarından sonra ekspozisiyanın maraqla qarşılanan Hitler heykəlini yığışdırmalı olub. 2014-cü ildə Auşvits ölüm düşərgəsinin fonunda quraşdırılan heykəl “Əmək xilas edir” lövhəciyi ilə yerləşdirilib. Heykəl tezliklə ölkənin “selfi” üçün ən populyar art-obyektinə çevrilib.

 

“Simon Vizentalya mərkəzi” adlı yəhudi hüquq müdafiəçiləri icması heykəlin yığışdırılması üçün kampaniyaya start verib, bunu faciə qurbanlarının xatirəsinə hörmətsizlik adlandırıb.

 

Muzey rəhbəri Ceymi Misbax heç kimi incitmək istəmədiklərini, sadəcə tarixi hadisəyə yer ayırdıqlarını bildirib.

 

 

 

Mənbə: Müəllif:
Hitlerin, qalmaqallı, heykəli, yığışdırıldı, -, FOTO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı