Xəbər haqqında
29 Noyabr 2017 - Çərşənbə 15:30 212 nəfər oxuyub
 
Hökm oxunan general məhkəmədə zəhər içdi - VİDEO
DÜNYA Xəbəri
Hökm oxunan general məhkəmədə zəhər içdi - VİDEO

Haaqadakı keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda xorvatiyalı hərbçilərin apelyasiya şikayətinə baxılıb. Sabiq general Slobodan Pralyak apelyasiya hökmü oxunduqdan sonra zəhər içib.

 

Xeber365.com rus mətbuatına istinadla yazır ki, Haaqa tribunal hökmü elan etdikdən sonra xorvat general cibindən çıxardığı zəhəri içib. Pralyakın vəziyyəti barədə məlumat verilmir.

 

Noyabrın 29-da beynəlxalq tribunal Pralyak və daha beş xorvatiyalı hərbçinin apelyasiya şikayətinə baxıb. Hərbçilərə 2013-cü ildə hökm oxunub və onlar 20 il müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə Pralyakın hökmünü dəyişməz saxlayıb və bundan sonra o, belə bir addım atıb.

 

Qeyd edək ki, 1991-ci ildə qondarma Perseq Bosniya respublikasını yaradan Pralyak və digər hərbçilər bosniyalı müsəlmanlara qarşı hərbi cinayət törətməkdə ittiham olunurlar.

 

Mənbə: Müəllif:
Hökm, oxunan, general, məhkəmədə, zəhər, içdi, -, VİDEO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı