Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 15:26 313 nəfər oxuyub
 
Hökumətdən İlqar Məmmədov açıqlaması - Azadlığa çıxa bilər
GÜNDƏM Xəbəri
Hökumətdən İlqar Məmmədov açıqlaması - Azadlığa çıxa bilər

Qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

 

Xeber365.com bildirir ki, bu sözləri Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib.

 

N. Məmmədovun sözlərinə görə, İlqar Məmmədovla bağlı məsələ Avropa Şurasının baş katibi Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir. Nahaq yenə İttifaqı “xristian klubu” adlandırmırlar ki?!”
 

 

Mənbə: Müəllif:
Hökumətdən, İlqar, Məmmədov, açıqlaması, -, Azadlığa, çıxa, bilər,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı