301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
19 Noyabr 2014 - Çərşənbə 22:45 1223 nəfər oxuyub
 
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
Çalışırıq. Partiya daxilində problemlər var, bunu hər kəs bilir və bunun bilinməsi də, partiyamızın şəffaf olmasından irəli gəlir, yəni içinə qapalı deyil. Seçkilərə 5-6 ay qalıb.
MÜSAHİBƏ Xəbəri

Xeber365.com saytının əməkdaşları 1996-98-ci illərdə Azərbaycanda, 2001-2006-cı illərdə ABŞ-da  Türkiyənin fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış, hazırda Cümhuriyyət Xalq Partiyasının parlament təmsilcisi olan millət vəkili Osman Faruk LOĞOĞLU-nun qonağı olub. Diplomatla söhbətimizdə dünyanın, bölgənin, Türkiyənin və Azərbaycanın hazırkı siyasi vəziyyətinin doğurduğu suallara cavab almağa çalışdıq.  

   
-    Faruk bəy, Ukrayna, Suriya müharibələri belə fikir yaradıb ki, artıq dünya “soyuq savaş” dövrünə qayıdır. Hətta Rusiya prezidenti Putinin sabiq müşaviri, tanınmış politoloq İllarionov da deyib ki, baş verənlər dördüncü dünya savaşıdır. Sizin bu məsələlərə münasibətiniz necədir?
-    Mən məsələlərə o qədər də mənfi tərəfdən baxmıram. Amma Ukraynada, Krımda cərəyan edən olaylar çox düşündürücüdür. Bütün bunlar Qərb dünyasının, xüsusən də ABŞ və Avropa Birliyinin Rusiya prezidenti Putinin çıxışlarına  vaxtında  və yetərincə reaksiya verməməsindən qaynaqlanır. Putin “mən edərəm” deyir, o biriləri “edə bilməzsən”  söyləyə bilmirlər. Ona görə də Putin hər dəfə qıcıqlandırıcı addımlar atmaqdan çəkinmir. Bir az geriyə, 2008-2009-cü ildə Gürcüstanda baş vermiş hadisələri xatırlasanız, o zaman da Qərbin reaksiyasiyasının çox zəif olduğunu görərsiniz. Buna görə Rusiya Gürcüstanı əzib keçdi. Odur ki, Qərb dünyasının reaksiyasızlığından və ya göstərilən reaksiyaların Rusiyanı durdura biləcək səviyyədə olmamasından cəsarətlənən Putində ölkəsinin tarixi coğrafiyasında yenidən güclənmək həvəsi yaranır. Bildiyimiz qədərilə ən son Rusiyaya aid silahlı dəstələr Ukraynaya daxil olublar. Bunlar çox ciddi addımlardır. Qayıdaq sualının məğzinə; bəs bu olaylara dördüncü dünya savaşı kimi baxmaq olarmı? Xeyr. Çünki bu gün ölkələr arasında savaş dönəmi bitmişdir. 
-    Bəs “soyuq savaş” demək olarmı?
-    Bəlkə XXI əsrin “soyuq savaş” variantı demək mümkündür. Amma “soyuq savaş”da bir-birinə tərs baxan iki blok vardı, bu gün elə bir bloklaşma yoxdur. Sadəcə elə bir bloklaşma varmış kimi hərəkət edən, davranan bir Rusiya və bir də onun qarşısında Qərb dünyası var. “Soyuq savaş” dönəmində Rusiya Ukraynanı, yaxud Krımı işğal edə bilməzdi, o zaman onsuz da Krım da, Ukrayna da onun idi. Eyni zamanda Krımın əvəzinə  yerinə  hər hansı başqa ölkəni də işğal edə bilməzdi. “Soyuq savaş”ın elə bir dəngəsi vardı. 
-    Əfqanıstana isə daxil oldular...
-    Bəli, Əfqanıstana sonra NATO-da, Qərb dünyası da daxil oldu. Nəticədə “soyuq savaş”, yaxud dördüncü dünya müharibəsindən bəhs etmək olarmı? Məncə, yox. Amma “soyuq savaş” dönəmini xatırladan elementlər, qarşıdurmalar var. O mənada ki, bu gün qarşıdurma ölkələr arasında deyil, ölkələrin içinə sirayət edib. Bunu Orta Şərqdə və Afrikada görürük. Bütün hallarda mənim üçün dünya savaşından  ciddi şəkildə bəhs etmək çətindir. 
-    Bəs neftin qiymətinin enməsi Qərbin Rusiyaya təzyiqi sayıla bilərmi? Xatırladaq ki, ötən əsrin 80-ci illərində də neftin qiyməti düşmüşdü...
-    Neftin qiymətinin bu qədər düşməsi təsadüfi deyil. Krımdan başlayaraq Avropa və ABŞ Ukrayna olayları ilə Rusiyaya təsir etməyə çalışır. Söhbət Rusiyada rublun düşməsindən gedir və ümumiyyətlə, bu, ölkənin maliyyə sistemini xeyli sarsıdır. Bəs Rusiya bunun  altından qalxa bilməzmi? Müəyyən vaxtdan sonra qalxar. Amma ardınca Qərbin təhrikiylə neftin qiymətinin enməsi düşündürücüdür. Yəni bunu Rusiya xaricindəki neft ölkələri bilərəkdən edirlər. Bilirsiniz ki, Rusiyanın gəlirinin çox önəmli hissəsi neft və təbii qazdan gəlir. O baxımdan neftin qiymətinin enməsi Rusiyanın kimyasını daha da poza biləcək bir gedişdir. 
-    Sizcə, Putin geri çəkiləcəkmi?
-    Yox, Putin geri çəkilməz. Yəni Putinin geri çəkilməsi üçün atılan strateji addımların uğurla başa çatması mümkün deyil. Putinə yalnız hərbi anlamda ciddi meydan oxunsa, bəlkə anlayar. 
-    Deməli, yeni bir savaş başlamalıdır? Xatırlayırsınızsa, ötən əsrin 30-cu illərində Almaniyada Hitlerin reytinqi yüksəlmişdi. Bu gün Rusiyada Putinin reytinqinin yüksəldiyi kimi. Ardınca Almaniya Çexiya və Polşanı işğal etdi. Indi dünyada oxşar vəziyyət yaranmayıbmı?
-    Əlbəttə, keçmiş olaylardan dərs çıxartmalıyıq. Ancaq bu gün Rusiya ilə NATO və Qərb dünyası arasındakı münasibətlər “soyuq savaş” dönəmindəki kimi deyil. Bu gün hər kəs bir-biriylə danışıqlar aparır. Ki, bu da önəmli bir gerçəklikdir. Yəni mən Putinin heç nəyə baxmayaraq     dünyaya meydan oxuyacağını düşünmürəm. Amma Krımdan və Ukrayna ilə bağlı iddiasından vaz keçməyəcək. Sual yaranır: Putin Ukraynanı bölmək istəyir? Bu artıq bir az Qərbin təzyiqlərindən asılıdır. NATO və Qərb qətiyyətli təpki göstərdiyi təqdirdə Putin Ukraynanın işğalı düşüncəsindən vaz keçəcək. Əgər belə bir düşüncəsi varsa.
-    Azərbaycandakı politoqlarin belə bir fikir var: Gürcüstan və Azərbaycanın taleyi Ukraynada həll olunur. Bu yanaşmanı bölüşürsünüzmü?    
-    Xeyr, bölüşmürəm. Bunları tarixi bilgiyə malik olduğum üçün söyləmirəm, amma Ukrayna mövzusu Rusiya və Qərb nöqteyi-nəzərindən anlam daşıyır. Bu isə Gürcüstan və Azərbaycanın  yaşadığı problemlərdən fərqlidir. Bənzərlik varmı? Bəli, var. Üçü də Rusiyanın qonşularıdır, eyni zamanda, Şimal ölkəylə problemləri olub. Ancaq Ukrayna problemi həll olunsa, Azərbaycan və Gürcüstanın da problemləri həll olunacaq deyə düşünmürəm. Dağlıq Qarabağ məsələsinin Ukraynaya nə aidiyyatı var?!
-    Amma belə düşünənlər var ki, Putin Ukrayna məsələsini həll edəndən sonra Cənubi Qafqaza nüfuz edəcək. Siz belə bir təhlükə görürsünüzmü?
-    O təhlükəni kənara qoya bilmərik, doğrudur. Bu təhlükə son hadisələrdə də özünü büruzə verir. Ermənistan helikopterinin vurulması və s.i. Bunlar göstərir ki, Dağlıq Qarabağ məsələsinin həlli çox uzaqdadır. Səbəbi isə Moskvanın tutduğu mövqe ilə bağlıdır. Yəni Rusiya problemin həllini istəmir. Problemin qalması Rusiyanın Ermənistan və Azərbaycan üzərində təsir imkanlarını saxlaması deməkdir. Çünki problem həll olunarsa, Ermənistan və Azərbaycanın hərəkət imkanları daha da genişlənəcək. 
-    Deməli, Dağlıq Qarabağın həlli “açarı” Kremlin cibindədir?
-    Bəli, elədir. Mən Bakıda və Vaşinqtonda səfir olarkən də belə düşünürdüm. Məhz, buna görə BMT və ATƏT-in Minsk Qrupunun qərarlarına baxmayaraq, problemin həllində tərpəniş olmur. Çünki “açar” Moskvadadır. 
-    Belə çıxır ki, Rusiya çökməyincə Qarabağı işğaldan azad edə bilməyəcəyik?
-    Yox, o qədər də deyil. Axı, Rusiya çökməyəcək. Niyə də çöksün? Rusiyanın problemləri var. Zaman-zaman sakitləşdiyinə baxmayın. Yeri gələndə səsini çıxarmağı bacarır. Bu məsələ Rusiyanın Qərblə münasibətlərinin və iqtisadi durumunun necə inkişaf edəcəyinə bağlıdır. Rusiya daxilindəki fərqli etnik qrupların şüuraltısına, onların gözləntilərinə bağlı olan bir ölkədir. Amma Rusiya Federasiyası dağılmaq üzrədirmi? Xeyr. Bəs hər zaman dağılma təhdidi altındadırmı? Bəli. Bu təhdid Çeçenistanda olduğu kimi ciddi savaşa çevriləcəkmi? Bu, tam bəlli deyil.
-    O zaman Qarabağ problemi çoxmu uzanacaq? ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays  belə demişdi: Qarabağ məsələsi çox uzandı...
-    Xatırlayıram. Bəlkə mənim yanaşmam bir az idealistdir, amma bu gün dünya tək Rusiyadan ibarət deyil. Məsələ ondadır ki, Rusiya aldığı və yediyi bir çox şeyləri neft və təbii qazını satdığı Avropadan alır. Dolayısıyla ortaq mənfəətlər var. Ona görə bir məqamda Ukrayna məsələsinin həlli razılaşdırılandan sonra Rusiya ilə Qərb arasındakı dialoq Dağlıq Qarabağ probleminin həllinə yönələ bilər. 
-    Söhbətimizi Türkiyədəki olaylara yönəldək. Ədalət və İnkişaf Partiyası iqtidarının yeni dünya düzənində göstərdiyi səylər barədə nə deyə bilərsiniz?
-    Bu iqtidarın dönəmində ölkə yalnız vəziyyətə salındı. Türkiyənin bölgədə dostu qalmayıb. “Ərəb baharı” ilə bağlı adı çəkilməyən bir ölkə halına gəlib. Qərblə münasibətlərimiz problemli, Avropa Birliyilə münasibətlərimiz dayanma həddindədir, irəliləyiş yoxdur. Ərəb, islam dünyasıyla münasibətlər o qədər pisləşib ki, bu gün Liviyada Türkiyə vətəndaşları arzuolunmaz durumdadır. Misirdə, Suriyada böyük elçiliyimiz yoxdur. Yəməndə türk vətəndaşları çətin vəziyyətdə yaşayır, Somalidə isə öldürülür. Yəni bu gün Türkiyə Cümhuriyyətinin vətəndaşı Orta Şərqin istənilməyən adamına çevrilib. Bu, türk insanından qaynaqlanan bir problem deyil. Problem sadəcə Ədalət və İnkişaf Partiyası hökumətinin yanlış siyasətinin nəticəsidir. 
-    Deməli, Ədalət və İnkişaf Partiyasının “qonşularla sıfır problem” siyasəti alınmadı?
-    Alınmadı və bu siyasət “sıfır qonşu” halına gəldi. 
-    Belə olduğu təqdirdə Türkiyə, dediyiniz  kimi yalnız halda 2015-ci il uydurma erməni soyqırımının 100 illiyinə necə hazırlaşır? Cənab prezident bizə bildirdi ki, çox güclüyük və Azərbaycanla birlikdə hazırlıqlar aparılır...
-    Bu məsələdə Türkiyə ilə Azərbaycan arasında heç vaxt kifayət qədər işbirliyi olmayıb. Sözdə var, amma görünmür. 
-    Suç kimdədir?
-    Hər iki tərəfdə. Nə biz Xocalı faciəsi ilə bağlı tədbirlər keçirib ona sahib çıxmırıq, nə  də Azərbaycan erməni diasporunun  Türkiyəyə qarşı etdiklərinə dünya səviyyəsində yetərincə sahib çıxmayıb. Bunu dediyimiz zaman isə “yox, bərabərik, birlikdəyik” deyə əsəbləşirlər. 
-    Bəs “bir millət, iki dövlət” məsələsi...
-    O doğrudur, amma haqqını verə bilmirik. Türkiyə daha böyük dövlət olduğu üçün prosesi o davam etdirməlidir. Mən “Türkiyə hər şey edir, Azərbaycan etmir” - deyə düşünmürəm. Azərbaycan da qüvvələr balansını eyni anda göstərmək və gözləmək durumundadır. Rusiya və İranla münasibətləri var, o cümlədən, Türkiyə ilə də. Bunlar Azərbaycan üçün xüsusi məsələlərdir. Bəli, “tək millət, iki dövlət” aydındır, keçərlidir, ancaq bunu tərəziyə qoyanda Rusiya, İran və Türkiyə strateji anlamda eyni önəmi daşıyır. Əvvəlki suala qayıdaq. Türkiyənin bölgədə yalnız qaldığını dedik, “ərəb baharı”ndan kənara atılıb. İsraillə münasibətlərimiz ucbatından Orta Şərqin barış prosesinə heç bir təsiri qalmadı. İsraillə münasibətlərimizin bu qədər pis olduğu şəraitdə biz hansı rolu oynayacağıq? İndiki anda bunları yaşayırıq. Bu gün Cənubi Kiprin İsraillə, Misirlə, Livanla işbirliyini quraraq Türkiyəni kənarlaşdırmağa çalışırlar. Artıq önəmli təbii qaz qaynaqları olduğu söylənilir. Baxın, Misir bölgənin ən önəmli ölkəsidir, ancaq Türkiyə ilə münasibətləri çox pisdir. Əgər Misir Cənubi Kiprlə işbirliyi qurursa, bunun səbəbi araşdırılmalıdır. Bu məsələnin altında Ədalət və İnkişaf Partiyası iqtidarının apardığı yanlış siyasət dayanır. Hansı anlamda yanlış? Bu partiya sanki Orta Şərqin hakimidir. Sanki Suriyada olub-bitənlərə sanki Ankara qərar verəcək, yaxud Davudoğluyla Ərdoğanın dediyi olmazsa, silib atacağıq. Belə münasibət qurmaq olmaz. Əgər münasibətləri belə qursan, nəticə indiki kimi olacaq.   
-    Bəs  bu iqtidarın İŞID, ümumiyyətlə, açılım siyasətini necə qiymətlındirirsiniz?
-    Bu məsələdə mənim şəxsi baxışlarım var, prosesin əvvəlindən çözüm sürəci olduğuna inanmırdım. Yəni söz var, əməl yox, adı var, özü yox. Nə üçün? Son bir-iki ildə PKK terror etmirdi, əsgərlər, məsum insanlar ölmürdü. Amma indi o da aradan qalxdı. Bunun xaricində açılım siyasətinin nədən yarandığı, hansı tarixdə hara getdiyi barədə indiki anda heç bir bilgi yoxdur. Son aylar Kobani hadisələrində vətəndaşlarımız öldü və hökumət açıqlama verdi ki, çözüm sürəci boşluğa girdi. Son iki gündə açıqlamalarda boşluq bitmiş, çözüm sürəci yerinə oturub, irəliləyir. Bəs hardadır bu həll müddəti? Bir tək şey bilirik: İmralıda Abdulla Öcalanın yaşam durumu dəyişib, katibliyi var. Elə-bil ayrıca dövlətdir. O katiblik nə üçündür və  hansı işlər görəcək, aydın deyil. Gördüyümüz bircə odur ki, hökumətin açılım siyasətinin məqsədi Öcalanın fəaliyyət planını genişləndirib sonda da azad etməkdir. 
-    Bu, reallaşa bilərmi?
-    Belə davam edərsə, ola bilər. Çünki hökumətin bu məsələdə nə etmək istədiyi bəlli deyil. Əsaslı anlamda kürd yurddaşlarımızın haqlı gözləntiləri və problemləri var, bunları həll etmək lazımdır. Onların dincəlmək, danışmaq kimi mədəni, iqtisadi hüquqlara sahib olması gərəkdi. Bunları həyata keçirmək mümkündür. Əlbəttə ki, demokratik və şəffaf yollarla. Amma bunu Davudoğlu ilə Öcalan arasında bazarlıq şəklində edərlərsə, dürüst olmaz. Problemin həllinin ünvanı Türkiyə Böyük Millət Məclisidir. 
-    Qayıdaq seçkilərə. Belə düşünürlər ki, prezident seçkisi zamanı Cumhuriyyət Xalq və Milliyətçi Hərəkat  Partiyaları birləşib öz içlərilərindən bir nəfəri namizəd kimi önə çıxarsaydılar, qalib gəlmək imkanları vardı. Bu barədə nə düşünürsünüz?
-    Bu məsələ çox müzakirə olundu. Mən müzakirələr zamanı Əkmələddin İhsanoğlunun  namizədliyini dəstəklədim. O, yaxşı namizəd idi. Amma seçimim ortaq namizəd deyildi. yəni Birinci turda hər partiyadan namizədlər olur, nəticələrə baxılır. Əgər ikinci turda birləşmə yaransa, Ərdoğanı məğlub etmək real hədəf olardı. Ancaq alınmadı. Bununla belə Əkmələddin İhsanoğlu bütün xüsusiyyətlərilə yetkin namizəd idi. Gələn il parlament seçkiləri var, iyun ayında keçiriləcək. Amerikada isə Obamanın son iki ili qalıb, artıq eniş dövrünə girir. Bilirsiniz ki, Obama namizədliyi zamanı uydurma soyqırımını qəbul edib. Konqres yenilənsə də, bu ölkənin respublikaçılarıyla demokratları arasında heç bir fərq yoxdur. Yəni bəziləri istisna olmaqla hamısı soyqırımın olduğunu qəbul edər. Dolayısı ilə 2015-ci il 24 apreldə Türkiyə erməni soyqırımı iddiaları əsasında həm prezident Obamadan, həm də Konqresdən zərbə ala bilər. Mən Konqresin soyqırımı dəstəkləyən qərar  verə biləcəyini nəzərdə tuturam. Prezident Obama da aprelin 24-də etdiyi çıxışında indiyə qədər istifadə olunan “böyük fəlakət” sözünü soyqırımla əvəz edə bilər. Bizim hökumət bu prosesi izlədiyinə görə parlament seçkilərinin 24 apreldən əvvələ keçirilməsi mümkündür. Çünki Konqresdən qərar və Obamadan açıqlama gələrsə, hökumətin halı dumanlı olar. 
-    Siz necə, Cumhuriyyət xalq Partiyası olaraq növbəti seçkilərə hazırlaşırsınızmı?
-    Çalışırıq. Partiya daxilində problemlər var, bunu hər kəs bilir və bunun bilinməsi də, partiyamızın şəffaf olmasından irəli gəlir, yəni içinə qapalı deyil. Seçkilərə 5-6 ay qalıb. Bu seçki Türkiyə üçün siyasi, iqtisadi, xarici və daxili məsələlər baxımından çox vacibdi. Ədalət və İnkişaf Partiyasının səs itirdiyini, CXP-nin az da olsa, gücləndiyini bilirik. Əgər CXP tutumlu bir seçki strategiyası hazırlayıb hissə-hissə həyata keçirə bilsə, iqtidar olmaq, yaxud iqtidara ortaq olmaq şansımız yaranacaq. 
-    Prezident seçkilərindən sonra Kılıçdaroğlunun istefası gündəmə gəlmişdi. Oxşar hal parlament seçkilərindən sonra da yaşana bilərmi? Belə olsa, Kılıçdaroğlu nə etməlidir?
-    Kılıçdaroğlunun özü söylədi ki, seçkilərdə məğlub olan partiyanın rəhbəri həmin vəzifədə olmamalıdır. Deməli, növbəti sekilərdə eyni şey yaşansa, Kılıçdaroğlu öz sözünə sadiq qalmalıdır.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
"Hökumətin, açılım, siyasətinin, məqsədi, Öcalanı, azad, etməkdir",
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı