301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
13 İyul 2015 - Bazar ertəsi 12:56 1265 nəfər oxuyub
 
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
Elə adamlar var ki, özəl sektorda vəsait tapa bilirləe. Bir neçə belə eksperiment olub. Mən onları alqışlayıram. Məzmunundan və keyfiyyətindən asılı olmayaraq, əgər onlar həqiqətən tamaşaçını cəlb eləyirsə, ona qoyulan pulu qaytarırsa, bunu ancaq alqışlamaq lazımdır. Çünki kinematoqrafiyanın kütləvi inkişafı yalnız bu yolla mümkündü.
MÜSAHİBƏ Xəbəri
 “İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”

Azərbaycan Professional Kinorejissorlar Gildiyası Aktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə “Qızıl Pəri” adlı peşə mükafatı təsis edib. Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyevlə söhbətimiz də “Qızıl Pəri” və bu gün Azərbaycan kinematoqrafiyasında gedən proseslər haqqındadır.     


-    Hüseyn müəllim, “Qızıl Pəri” mükafatı sırf kino mükafatıdı, yoxsa başqa sahələri də əhatə eləyir?
-    Yox, kino, tv,  video və digərləri də daxil olmaqla bütün audiovizual sahələri əhatə eləyir. Audiovizual sahələrə belə bütöv baxış çox vacibdir, çünki onlar bir-biri ilə sıx bağlıdır və bir-birinin inkişafına təkan verir. Və əlbəttə ki, bütün audiovizual mədəniyyətin, sahələrin fundamenti kinematoqrafdır. Kinematorqafiya axsayanda, ona bir şey olanda o biri sahələr də inkişaf etməyəcək. O ki qaldı “Qızıl Pəri”yə.. Bu, peşə mükafatıdır. İştirakçılar özləri müraciət eləyəcəklər.   Amma biz də kimisə  mükafata təqdim edə bilərik. Münsiflər heyətindən asılı olacaq. Bunların hamısı reqlamentdə öz əksini tapıb. Dünyada bütün gildiyalar tərəfindən belə mükafatlar təsis olunur. Ümumiyyətlə, bu tip tədbirlər nə qədər çox olsa, o qədər yaxşıdı.  Onların azlığı ziyan vura bilər, çoxluğu yox. Çünki birincisi, bu, rəqabət deməkdi. İkincisi, mükafatı təsis edən təşkilatların hər birinin öz məqsədi olur. Biri cavanlara kömək etmək istəyir, biri peşəkarları stimullaşdırmaq. Min cür məqsəd ola bilər. Amma hamısının  kökündə bir niyyət dayanır: sahənin inkişafı.
-    Kinorejissorlar Gildiyasının bir neçə il əvvəl gözəl bir festivalı vardı- Audiovizual  Festival. Yeni bir şey yaratmaqdansa, yaxşı tanınan köhnəni bərpa etmək məqsədəuyğun olmazdımı?
-    Festivalı bərpa eləmək böyük maliyyə vəsaiti tələb eləyir. Həmin vəsaitsə bizdə yoxdu. Onu kimdənsə almaq, ya da başqa nəsə eləmək də müşkül məsələdi. Ancaq bu mükafatın təsisi o qədər də böyük xərc tələb eləmir. Həm daxilidi, həm də bizim istəyimizdən və Gildiyanın idarə heyəti üzvlərinin aktivliyindən asılıdı. Yəni bu işin baş tutmasına yalnız onlar kömək eləyə bilərlər. Burda maliyyədən asılı deyilik. Amma fikir verdinizsə, festivalın xatirəsini mükafatın adında saxlamışıq. Ümid  eləyirik ki, gələcəkdə onu da bərpa eləmək mümkün olacaq.
-    Bu yaxınlarda misirli bir kinoşünas Azərbaycandakı kinofestivallar haqqında məlumat istəyirdi. Misir televiziyası üçün süjet hazırlayacaqdılar. Mən nə cavab yazacağımı bilmədim. Sizcə, bir ölkədə kinofestivalların, mükafatların yoxluğu kinonun inkişafına ziyan vururmu, yoxsa olub-olmamağının heç bir əhəmiyyəti yoxdu, əsas filmlərin istehsalıdı? 
-    Çox ziyan vurur,  həddindən çox. Çünki kinematoqrafiya bütün sahələri- təbliğatı, prokatı, satışı, istehsalı, hazırlığı və s- ilə birlikdə nəhəng bir sənayedir və festival da onun bir elementidir. Onların hamısının özəyində əsər dayanır və bu əsərin ətrafında- ajiotajmı deyim, təbliğatmı deyim, müsabiqəmi deyim-bir yarış gedir. Yarış yoxdusa, yaxşı mənada, onda həmin sahənin aparıcı, əsas insanları stimuldan məhrum olurlar. Mühit, demək olar ki, çürüyür, yox dərəcəsinə endirilir. Bütün yaradıcı mübahisələr əsərlər ətrafında getməlidi. Bu da festivallar, müsabiqələr  vasitəsilə həyata keçirilir. Bunlar hamısı olmayanda hansı inkişafdan danışmaq olar? O zaman təkanverici mühit olmur. Ona görə də festivalların keçirilməyinə mane olanlar Azərbaycan kinosunun inkişafında maraqlı olmayan adamlardı. 
-    Bir vaxtlar Gildiya daim gündəmdə idi. İndi niyə səsiniz az-az gəlir?
-    Bizim fəaliyyətimiz azalmayıb. Sadəcə əvvəllər mətbuatla, televiziya ilə daha çox işləyirdik, daha çox informasiya verirdik, onlar özləri də həmişə maraqlanırdılar, məlumat istəyirdilər. İndi həm maraq azdı, həm də biz piara çox maraq göstərmirik. Hərdən müəyyən informasiyalar gedir, amma əvvəlki qədər yox.
-    Niyə belə? Reklama ehtiyacınız yoxdu?
-    Ehtiyac görmürük, çünki əvvəllər müəllif hüquqlarını necə qoruyurduqsa, müəllif hüquqlarına nəzarəti necə həyata keçirirdiksə, müəlliflərə necə kömək eləyirdiksə, indi də elə davam eləyirik. Bizim iş mexanizmimizdə dəyişiklik yoxdu. Yenə hüquq pozuntuları olur. Əvvəllər olduğu kimi indi də müəllif hüququnun pozulduğu faktını görəndə ilk növbədə  həmin şəxslərə, istifadəçilərə müraciət eləyib əməkdaşlıq təklif edirik və çox vaxt müsbət nəticə alırıq, proses dərinləşmir, problem də aradan qalxır. Son vaxtlar iki problemimiz olub. Biri kabel televiziyaları ilə bağlı idi, o da tez bir zamanda müsbət həll olundu. İkinci və bizi ciddi narahat eləyən problemsə Rusiyadan yayımlanan “İnteraz” telekanalı ilə əlaqəlidi. Bu kanal neçə illərdi ki, efirini Azərbaycan filmləri ilə doldurub və həyasızcasına, icazəsiz yayımlayır. Özlərini çox laqeyd aparırlar- həm müəlliflərə, həm də istehsalçılara qarşı. Hüquq sahiblərinə tam hörmətsizlik göstərirlər. Neçə dəfə müraciət eləmişik, hələ bir səs-səmir yoxdu. Belə davam eləsə, qanunda nəzərə alınmış tədbirlər görməli olacağıq. Bizim Rusiyada distrubyutorlarımız var. Bundan başqa Rusiyanın rəsmi orqanlarına müraciət edə bilərik. 
-    Bəs rejissor Hüseny Mehdiyev nə ilə məşğuldur? 
-    Rejissor Hüseyn Mehdiyev bir ssenari yazıb və bir ildir, üzərində proses gedir. Nə üçünsə kimsə belə bir fikir ortalığa atıb ki, bizə kommersiya filmləri, kinoteatra tamaşaçı toplayan filmlər lazımdı.
-    Yox, sadəcə kommersiya kinosunun yaranması həm də müstəqil kinonun inkişafına kömək eləyə bilər. Özəl sektor kino ilə maraqlanmağa başlayar.
-    Tamamilə haqlısız. Mən dövlətin ayırdığı vəsaiti nəzərdə tuturam. Hətta müstəqil kino yüksək inkişaf eləsə belə, dövlət tərəfindən dəstək olmalıdı. Çünki sənət kommersiyadan uzaqdı. Əlbəttə ki,  hər bir sənət əsəri tamaşaçı tərəfindən qəbul olunub baxılsa, əla olar. Amma dünya praktikasında belə hallar çox az olur. Dövlətin ayırdığı vəsait sənətin inkişafına yönəlməlidi- eksperimental kinoya, müəllif filmlərinə, art-hausa. Bu gün bizim rejissorların yaratdıqları əsərlər dünyanı gəzir. Demək istədiyim odur ki, kinematoqrafa qoyulan pullar yetərincə və sanballı şəkildə öz funksiyasını yerinə yetirir. Həm Azərbaycan mədəniyyətinin təbliği baxımından, həm də ümumiyyətlə, Azərbaycanın  təbliği baxımından. Mən yüz faiz əminəm ki, idmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, idmandan aldığımız nailiyyətlərin yüz qat artığını kinodan qazanarıq.
-    Hüseyn müəllim, Azərbaycan kinosunun problemi sadəcə maliyyədi?
-    Yox, təkcə maliyyə deyil, ancaq bu birinci amildi. Sovet dövründə qışqırırdıq ki, ruslar neftimizi aparırlar, pulları da paylayırlar başqalarına. Və o vaxt ildə ən azı 8-10 film istehsal eləyirdik. İndi isə  neft özümüzünküdü, ildə iki-üç film istehsal eləmirik. Bu nə deməkdi? Maliyyə Nazirliyinin, ümumiyyətlə, kino proseslərindən xəbəri var ki, kinoya bu qədər az vəsait ayırır? Bu il isə lap dəhşət olub. Çəkilişlərin ən cır vaxtında “Azərbaycanfilm”də istehsalata cəmi bir film buraxıblar, onu da indi bağlayıblar. Səbəb də maliyyə çatışmamazlığı!!! Buna nə ad vermək olar? “Azərbaycanfilm” kinostudiyasının binasının  vəziyyətinə baxın. Qonaq qəbul edəndə xəcalət çəkirik. Gözəl şəhərə baxırlar, inkişaf haqqında söhbətlərə  qulaq asırlar və uyğunsuzluğu görüb çaşıb qalırlar. Biz də bilmirik nə deyək... 
-    Amma kənardan baxanda sanki burda iş tam sürətlə gedir. Festivallarda pavilyonlar, çəkilən, ya da çəkiləcək filmlərin siyahısı.
-    Heç bir şey yoxdu. Mən bayaq öyündüm ki, bizim rejissorların çəkdikləri filmlər festivalları gəzir, uğur qazanır. Qeyd eləmək istəyirəm ki, bu nailiyyətlərin nə məmurlara, nə də digərlərinə aidiyyatı yoxdu. Bu, sırf yaradıcı nailiyyətdi, rejissorların uğurudu. Amma təbii ki, problem təkcə pul deyil. Təsəvvür eləyin ki, kinematoqrafiya kimi böyük bir sahənin  məsuliyyəti qoyulub Mədəniyyət və Turizm nazirliyinin balaca bir şöbəsinin üzərinə. Beş-altı nəfərdən ibarət bir şöbənin resursları ilə ilə kinomuzu idarə edib inkişaf etdirmək mümkün deyil. Bu çox gülüncdü. Kinematoqrafiyanın  statusu, strukturu təcili dəyişməlidi. Mədəniyyət nazirliyinin tərkibində kinoya avtonom status verilməlidi, ştatı genişlənməlidi və o, bütün kinonun fəaliyyətini əhatə eləyib, tənzimləyib, inkişafı ilə bilavasitə məşğul olmalıdı. Hələ gec deyil, kinoda nə qalıbsa, bir mərkəzdə cəmləşdirmək lazımdır.  Qonşularımızda  və bir çox ölkələrdə olduğu kimi “Milli Kino Mərkəzi” yaradılmalıdır.
-    Kino ayrıca idarə olsa, vəziyyət dəyişəcək, daha yaxşı filmlər çəkiləcək, məhdudiyyətlər olmayacaq?
-    Niyə dəyişməsin ki? Yəqin bilirsiz ki, Azərbaycanda Kino Evi yoxdu, Kinematoqrafçılar İttifaqının binası yoxdu, hər yerdə Kino Evi var, bizdə yox. Belə ola-ola bizim keçmiş binamızda -“Nizami” kinoteatrında Neft Fondu yerləşirdi. İndi fond təzə bina tikib, ordan köçüb. Kiminsə ağlına gəldimi ki, o binanı kinonun hansısa ehtiyacı üçün istifadə eləmək olar? Görəsən, Əmlak Komitəsi bu qərarı verəndə Mədəniyyət Nazirliyi ilə məsləhətləşib? Statistikaya görə son 5 ildə 71 kinoteatr özəlləşdirilib. Bu kinoteatrların heç biri kinoteatr kimi fəaliyyətini davam etdirməyib. Bundan ötəri şəxsi sektor lazım deyil. Bütün dünyada olduğu kimi hər rayonda o özəlləşdirilən kinoteatrları satmaq yox, İcra Hakimiyyəti və Bələdiyyə yolu ilə bərpa eləmək lazım idi! Niyə? Qanunlar niyə pozulur? Nə üçün Əmlak Komitəsi özəlləşdirilən kinoteatrların  profilinin dəyişdirilməyinə imkan verir?  Kino işçiləri rayona gedəndə öz filmlərini göstərməyə yer tapmırlar! Bu ki biabırçılıqdı!! Dünyada ən kütləvi sənət Azərbaycanda çevrilib olub elitar sənət – rayondan camaat axışıb Bakıya “28 sinema”ya gəlməlidi ki, kinoya normal vəziyyətdə baxsın. Buna bəraət qazandıracaq heç bir səbəb tapa bilmirəm.
-    Rejissorlar Gildiyası belə hallara etiraz eləyə bilir? Ümumiyyətlə, kino sahəsində gedən proseslərə təsir eləmək imkanınız varmı?
-    Biz bu yaxınlarda bir analiz aparmışıq: Yaradıcı işçilərin-müəlliflərin və ümumiyyətlə, Azərbaycan kinosunun bugünkü real vəziyyətini araşdırmışıq. Əlbəttə ki, bu sahədə dünyada gedən proseslərlə müqayisədə. Nəticələr çox acınacaqlıdı. Bizim kino işçilərimizin çoxu işsiz və maaşsızdı, fəaliyyətsiz qalıblar. Hələ yaradıcılıqla məşğul olmaqdan məhrum qalmış insanları demirəm. Bizim yetərincə rejissorlarımız, operatorlarımız var ki, proseslərə qaynayıb qarışmalıdılar. Sabah yox, bu gün! Bu gün olmayanda bəs nə vaxt olacaq? Bu insanların taleyinə görə kimsə məsuliyyət daşımalıdı, ya yox? Bu analizin nəticələrini müzakirə edib, təkliflərlə çıxış etmək niyyətindəyik.
-    Hüseyn müəllim, sizə elə gəlmir ki, bu gün Azərbaycanda baş verən hadisələrin, əhvalatların hər biri bir film süjetidi? Dramdan komediyaya, absurda qədər ən müxtəlif janrlı hadisələr baş verir və biz ideya, yaradıcılıq baxımından daha zəngin bir dövrdə yaşayırıq?
-    Yaradıcılıq nədi? Yaradıcılıq odu ki, öz potensialını, axtarışlarını sənin narahat edən mövzu ətrafında səfərbər edirsən. Bu gün məni narahat eləyən əsas mövzu mənəviyyat və əxlaq problemidi. Hamı bundan danışır. Bu mövzu ilə bağlı bədii səviyyədə nəsə yaratmaq, onu problem kimi araşdırmaq sənətkar üçün çox vacibdi. Mən də öz ssenarimdə  bu problemi qaldırmışam. Necə alınacağı ikinci məsələdi. Amma mən  hesab eləyirəm ki, əxlaq olmasa, mənəviyyat olmasa, Qarabağı da almaq mümkün deyil, heç dövlət qurmaq da.
-    Əxlaq və mənəviyyatın çökməsi nə ilə bağlıdı?
Cəmiyyətdə formalaşmış mühütlə. Bu gün hamı televiziyanı günahlandırır. Əslində isə televiziya cəmiyyətin güzgüsüdü. Cəmiyyətimizin aparıcı qüvvələri (bu gün isə cəmiyyətimizin aparıcı qüvvələri məmurlardı və bütün guc, səlahiyyət də onlardadı) necə mühüt yaradıblarsa, televiziya da elədi. Necə deyərlər “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Odur ki,  birinci növbədə mühiti sağlamlaşdırmaq lazımdı. Burda isə sənətin gücü əvəz olunmazdır. 
– Axı, bu gün nəyisə dəyişmək, fərqli söz demək istəyən sənətkarı kütləyə yaxın qoymurlar.  Televiziyada bir şou olanda bir də ədəbiyyat, kino haqqında verilişlər olmalıdı. Tamaşaçı şoudan aldığı informasiya ilə ziddiyyət təşkil edən nələrsə öyrənməlidi.
-    Deməli, kimlərsə mədəniyyət, incəsənət haqqında verilişlərin olmağında maraqlı deyillər. Kimlərsə bunu istəmir. Kimlər? Yuxarıda dediyim kimi, cəmiyyətdə o mühütü formalaşdıranlar... 
-    Siz filminizdə bunları göstərəcəksiz?
-    Yox, sənət əsərini kiməsə, nəyəsə uyğunlaşdıranda o, artıq sənət olmur. Olur satira, mozalan. Sənət əsərində əxlaq, mənəviyyat məsələləri bəşəri səviyyədə həll olunmalıdı. Onların necə yarandığını, necə məhv olduğunu və çıxış yollarını göstərirsən, konkret kiməsə ünvanlamırsan. Əgər kimisə ittiham eləyəsi, ya da ünvan göstərəsi olsam, gedib sənədli film çəkərəm, ya da mozalan. Sənət əsəri başqadı, onun gücü çox böyükdü. Mən “dövlət büdcəsindən kommersiya filmlərinə vəsait ayırmaq lazımdı” deyiləndə niyə əsəbləşirəm? Götürək  Qarabağ mövzusunu. Məsələn, “Nabat” filmi. Getdi, festivalları gəzdi. Görün, Qarabağ haqqında nə qədər fikir yaratdı bizim xeyrimizə?! Vaxtilə “Sarı gəlin” filmi bütün dünyada bizim barəmizdə düşüncələri dəyişmişdi. Ermənilər bizi vəhşi kimi təqdim eləyirdilər. “Sarı gəlin”i izləyəndən sonra dünya bildi ki, ermənilər yox, azərbaycanlılar pasifist münasibət göstərir, sülh dilində danışan bizik, vəhşi bu dildə danışa bilməz. Amma erməni hələ də bu addımı ata bilməyib. Sənət böyük təbliğat  vasitəsidi. Onu gərək cəmiyyət üçün, cəmiyyətin formalaşması üçün istifadə eləyəsən.  Sənət əsəri kütləyə də təsir eləyə bilər. Mən ziyalı və sənətkarlar deyəndə televiziyanın imkanlarından yox, əsərlərdən danışırdım. O tamamilə yanlış fikirdi ki, tamaşaçılar sənətlə maraqlanmırlar. Onu yayanlar   sənətin təbliğini istəməyən adamlardı. Nə olub bizim xalqımıza? Sənin xalqın Üzeyir Hacıbəyov, Seyidbəyli kimi dahi sənətkarlar yaradıb və yenə də yaradacaq. Heç narahat olmayın. Həmin xalqdı, dəyişib eləməyib. Xalq neynəsin? Nə yedizdirirsən, onu yeyir.. 
-    Yedikləri orqanizmini korlayıb.
-    Deməli, ona başqa şeylər yedizdirməlisən, münasibət başqa olmalıdı. Və bütün bunlar o demək deyil ki, biz sənətlə məşğul olmamalıyıq, lazımsız, axmaq ideyalarla razılaşmalıyıq. Bütün dünyada, sivil xalqlarda vəziyyət necədisə, bizdə də elədi. Dünyada nə dəyərlər varsa, hamısı bizim xalqımıza da şamil  olunmalıdı, xalqımız da ondan bəhrələnməlidi.
-    Hüseyn müəllim, filmin çəkilişlərini müstəqil şəkildə həyata keçirmək mümkün deyilmi? Yoxsa hesab eləyirsiz ki, dövlətin borcudu və lazım olan vəsaiti ayırmalıdı?
-    Bizdə şəxsi sektor inkişaf eləməyib. Yoxdu. Müstəqil kinematoqrafiyanın olması, inkişaf üçün ən birinci və vacib amillərdən biridi şəxsi sektor. Bunu bütün sahələrə aid eləmək olar. Hər hansı bir rejissorun film çəkmək üçün vəsait tapması mümkün deyil.  Ona görə də kinonun inkişafına dövlət vəsait ayırır. Amma bunu elə eləmək lazımdı ki, yetərincə olsun. Camaat ac-yalavac oturmasın, işləsin, yaradıcılıqla məşğul olmaq imkanından məhrum edilməsin.  Elə adamlar var ki, özəl sektorda vəsait tapa bilirləe. Bir neçə belə eksperiment olub. Mən onları alqışlayıram. Məzmunundan və  keyfiyyətindən asılı olmayaraq, əgər onlar həqiqətən tamaşaçını cəlb eləyirsə, ona qoyulan pulu qaytarırsa, bunu ancaq alqışlamaq lazımdır. Çünki kinematoqrafiyanın kütləvi inkişafı  yalnız bu  yolla mümkündü. Ancaq hazırda sənət əsərlərinə kiminsə pul qoyması imkansızdı. hərçənd mən hesab eləyirəm ki, filmə qoyulan pul heç vaxt itmir. 90-cı illərin əvvəllərində, sponsor hesabına çəkilmiş filmlər var ki, bu günə kimi gəlir gətirir, hələ bundan sonra da gətirəcək. Məsələn, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Yuxu”, “Təhminə və Zaur”, “Şirbalanın məhəbbəti”. Kim deyir ki, filmə qoyulan pul özünü doğrultmur, batır? Batıb eləmir. Sən o filmi qoyursan seyfə - yəni pulu verən adam. O da ömürlük balansına oturur və sənə ömürlük gəlir gətirir. Hollivudda da belədi. Orda çəkilən filmlərin bəlkə də yalnız beş-on faizi yaxşı gəlir gətirir, beş-on faizi isə ancaq qoyulan pulu çıxarır, qalan 80 faizi ziyana gedir. İllüziya qurmaq lazım deyil. Bu, təkcə kinoda yox, bütün iqtisadiyyatda belədi. Pulunu beş, on yerə qoyursan. Ondan üçü, ikisi yaxşı gəlir, o biriləri gəlirsizdi. Həmişə belə olur. Ona görə də məsələnin birtərəfli təbliği düzgün deyil. Bizdə rayonlarda kinoteatrlar olsa, şəhərlərdə kinoteatrların sayı artsa, filmlər gəlir gətirə bilər. Dəfələrlə dediklərimi bir daha təkrar eləyirəm: dövlət məmurlarının  kinematoqrafiyaya münasibəti tamamilə dəyişməlidi. Tamamilə. Bütün kinematoqrafiyanın axsamasının səbəbi onların münasibətidir, vəssalam.

 

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: Aygün Aslanlı
, “İdmana, sərf, olunan, vəsaitin, yüzdə, biri, kinoya, ayrılsa,, yüz, qat, artıq, uğur, qazanarıq”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı