301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
26 Sentyabr 2017 - Çərşənbə axşamı 18:45 10567 nəfər oxuyub
 
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
"Siz iki təbrizlini də farsca danışan görməzsiniz. O yazıqlar öz dillərində oxumayıblar. Amma iki təbrizli farsca danışsa, onlara lağ eləyərlər. Amma bizdə o yoxdur. Azərbaycanın bu tərəfində dilimizə ciddi hörmət olmayıb"
MÜSAHİBƏ Xəbəri
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı

Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəsini davam teririr. Layihə çərçivəsində növbəti müsahibimiz Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlıdır.

 

– Hamlet müəllim, türk dilinin regionda hakim dilə çevrilməsi üçün nə dərəcədə əsaslar görürsünüz? Necə düşünürsünüz, bu ideya real ola bilərmi?

 

– Ümumiyyətlə, ortaq dil anlayışı yeni ideya deyil, İsmayıl Qaspiralı bu fikri “Tərcüman”ında çoxdan ifadə etmişdi: “İşdə birlik, dildə birlik, fikirdə birlik”. Mən buna gerçəkləşməsi çox çətin olan ideya kimi baxıram. Məsələn, Özbəkistanın əhalisi 30 milyona yaxındır. Böyük dövlətdir və öz dili, cağatay ədəbiyyatı, mədəniyyətləri var. Orda hansısa dili hakim dilə çevirmək olmaz. Sadəcə, özbəklərlə belə layihələr eləmək olar ki, gəlin sizinlə öz aramızda öz dillərimizdə danışaq – özbək və Azərbaycan türkcəsində. Görüşlərdə özbəklərlə azərbaycanlılar rusca danışırlar. Türkiyədə oxumuşlar varsa, Türkiyə türkcəsində danışırlar. Halbuki, özbək dili ilə Azərbaycan türkcəsinin bir yaxınlığı var, qısa zamanda öyrənmək olar. Məsələn, siz gedib Daşkəndə düşsəniz, orda bir ay yaşasanız, o dildə danışacaqsınız və yaxud bir özbək ölkəmizə gəlsə, tezliklə Azərbaycan dilində danışacaq. Çünki dilin bir tezliyi, musiqisi var. Bir az tələffüz fərqləri, müəyyən kiçik qrammatik fərqlər ola bilər. Onlar ilk baxışdan qəribə görünür, amma bir az öyrəşəndən sonra qulaq öyrəşir, fikir başadüşülən olur.

 

– Hamlet müəllim, biz türk dili deyəndə Azərbaycan dilini yox, Türkiyə türkcəsini, ortaq türk dilində danışmağı nəzərdə tuturuq.

 

– Ortaq türk dilində danışmaq ideyaları da olub ki, gəlin bütün türk dillərindən hərəsindən bu sözləri işlətməklə bir ortaq dil yaradaq, hamımızın dilinə yaxın olsun. Bu da mənasızdır. Çünki ortaya süni bir dil qoyub, ordan-burdan kombinasiya eləməklə ortaq dil yaratmaq olmur. Ancaq Türkiyə türkcəsi müəyyən mənada ortaq dil ola bilər, yavaş-yavaş ortaq dil rolunu oynamağa başlayıb. Çünki bu ölkələrin içində iqtisadi və bir sıra başqa cəhətdən təsiri, Türkiyə daha çox inkişaf eləyib. Biz o sahələrdə hələ geridəyik. 1980-ci ildə Azərbaycanda çap olunan məqalələrin sayı Türkiyədəkindən çox idi. İndi türklər bizdən 30 dəfə çox məqalə çap edirlər. Sovet İttifaqı dağıldı, böhran yarandı. Türkiyə indi hər baxımdan irəlidədir. Ona görə də Türkiyə türkcəsinin Qafqazda və Orta Asiyada öz nüfuzunu artırma şansı var. Bu yöndə proses gedir, görürsünüz ki, Azərbaycanda türk seriallarına baxırlar və hamı başa düşür. Əvvəllər bir türklə azərbaycanlı rastlaşanda bir-birlərini başa düşməkdə çətinlik çəkirdilər. İndi heç bir çətinlik yoxdur, çünki qadınlar türk seriallarınaa baxırlar, uşaqlar da cizgi filmlərinə. Nəinki burada, İranda, güney azərbaycanlılarla danışanda görürsən ki, Türkiyə türkcəsindən xeyli sözlər işlədirlər. Nəyə görə? Çünki onların öz dillərində təhsili yoxdur, amma radiodan, televiziyadan, bəzən də təhsil almağa gedəndə elə türk dilini eşidirlər. Ona görə də Türkiyə türkcəsi müəyyən mənada ortaq dil ünsürü olmağa namizəddir.

 

– Bəs bu mənada Azərbaycan dilinin vəziyyətini necə dəyərləndirmək olar?

 

– Bu gün Azərbaycan dilinin durumu ağırdır. Azərbaycana gəlib yaşayan, işləyən xaricilərə Azərbaycan dilindən tanışmaq tələbi qoymaq lazımdır. Yoxsa biz Türkiyədən gələnlə Türkiyə türkcəsində danışırıq, İngiltərədən gələnlə ingiliscə, Rusiyadan gələnlə rusca. Niyə Türkiyəyə gələn hər hansı xarici türkcə öyrənir? Çünki məcburdur, başqa cür mümkün deyil. Bizdə isə azərbaycanlılar öz dillərini inkişaf etdirmək, sevdirmək əvəzinə, başqa dillərə adaptasiya olunurlar. Bir ara bir min il fars dilində danışdıq, yazdıq. Fars dilindən rus dilinə, rus dilindən də ingilis dilinə keçmişik.

 

Bir zaman Azərbaycan dili Qafqazın əsas dili olub. Qafqazda gürcülər, ermənilər Azərbaycan dilində danışıblar. Bu barədə əlimizdə külli miqdarda sənədlər, kağızlar var. Alman yazıçı Bodenşdedt yazırdı ki, Tiflisə gəlib düşəndə birinci işim tatar dili, yəni Azərbaycan dili müəllimi axtarmaq oldu, çünki bu dil olmadan burada mümkün deyil. Erməni də, gürcü də bu dildə danışır, ən çox yayılmış dildir, bu dillə hər yerə gedə bilirsən. Ancaq indi elə deyil. Təbii ki, ermənilərlə aramız pozuldu, gürcülər də dillərini inkişaf etdirdi, yəni Qafqazın özündə Azərbaycan dilinin yeri xeyli zəifləyib. Azərbaycanın özündə zəifləyib, çünki dilin inkişaf strategiyası yoxdur. Bu baxımdan, biz gərək dilimizi ən azı bu türkdilli xalqlar arasında qarşılıqlı şəkildə inkişaf etdirək. Qarşılıqlı əlaqələrin gücləndirilməsi sahəsində işlər görmək, ortaq dil və mədəniyyət baxımından Azərbaycan regionda mərkəz ola bilər. Nə mənada? Çünki o tərəfimizdə Orta Asiyadır, bu tərəfimizdə Türkiyə. Coğrafi olaraq mərkəzik və bir çox mənada güclü ölkəyik. Musiqi mədəniyyəti, digər mədəniyyət ünsürləri var və bunları əsas tutaraq mərkəz rolunu oynamağa çalışa bilər.

 

– Hamlet müəllim, bax deyirsiniz, ortaq dil yaratmaq böyük ideyadır. Amma özünüz də vurğuladınız ki, iki türk lideri, nümayəndəsi görüşəndə rus dilində danışır. Baxın, problem budur. Ən azından çalışıb-çabalayıb elə etmək olmazmı ki, iki türk bir araya gələndə rus dilində yox, türk dilində danışsınlar?

 

– Bəli, problem budur, onlar bir-bilərini başa düşmürlər. Sovet İttifaqı dağılandan 1-2 il sonra idi, Marmara Unuversitetində doktorantlara dərs deyirdim. Orda türk dili və mədəniyyətinə dair konfrans keçirilirdi və Orta Asiyadan, Azərbaycandan, Krımdan, Kazandan nümayəndələr gəlmişdi. Konfransın açılışında dedilər ki, gəlin hərəmiz öz türk dilimizdə danışaq, rus dilində yox. Hamı bu təklifi alqışladı. Türklər öz dilində danışdı, hamı başa düşdü. Azərbaycanlılar danışdı, başa düşdülər. Qırğız danışmağa başlayanda heç nə başa düşmədik. Növbət çıxışçı danışdı, yenə heç nə başa düşmədik, hay-küy qalxdı. Xahiş elədilər ki, rus dilinə keçin. Yəni bu dillər, ölkələr arasında elə böyük əlaqələr, öyrənmələr yoxdur ki, onlar yaxşı başa düşülsün.

 

Ona görə də düşünürəm ki, türkdilli ölkələrdə türk dilinin təsirini artırmaq lazımdır. Məsələn, Gürcüstanda türk dilinin təsiri artır. Niyə görə? Birincisi, Rusiya ilə araları yoxdur. Türkiyə böyük dövlətdir, yanlarındadır, böyük ticarət əlaqələri var. Gürcülərin xeyli hissəsi Türkiyəyə işləməyə gedir. Türkiyədə uşaqlara, qocalara baxan dayələrin, bəlkə, yarıdan çoxu gürcülərdir. Türkiyəyə gedirlər, qısa bir vaxtda türk dilini öyrənirlər və danışırlar. Ticarət əlaqələri var, gedib-gəlirlər, işlə bağlı məktublaşmaq lazım gəlir. Məktublaşanda da ya türkcə yazışırlar, ya türkcə. Gürcüstanda, həmçinin, Türkologiya ixtisası var.

 

 

“Biz özümüz öz dilimizə hörmət etməsək, gürcü bu dildə danışarmı?”

 

– Bəs Gürcüstanın Azərbaycan və Türkiyə arasında tranzit ölkə olması burda türkcəni ünsiyyət vasitəsinə çevirə bilərmi?

 

– Gürcülər çox millətçidir. Sovet İttifaqında ən qatı millətçilər gürcülər olub. 1930-cu illərdə Sovet İttifaqında konstitusiyada rus dilinin rəsmi dövlət dili olduğu yazılanda gürcülər üsyan elədi ki, biz istəmirik. Bunun üstündə qırğın düşdü, adamları həbs elədilər. Ondan sonra hər kəsin öz dili qeyd olundu. Yəni onlar dillərinə qarşı da çox həssasdırlar. İki gürcü, ikisi də rus dilində təhsil alır, ancaq bir-biri ilə gürcü dilində danışırlar. İki azərbaycanlı kimi rusca danışmırlar. Siz iki təbrizlini də farsca danışan görməzsiniz. O yazıqlar öz dillərində oxumayıblar. Amma iki təbrizli farsca danışsa, onlara lağ eləyərlər. Amma bizdə o yoxdur. Azərbaycanın bu tərəfində dilimizə ciddi hörmət olmayıb. Sovet dövründə Azərbaycan dilini pis keçiblər, məktəblərdə o dildə zəif danışmaq qəbahət sayılmayıb, rus dilində zəif danışmaq qəbahət sayılıb. Biz özümüz Azərbaycan dilinə, türk dilinə hörmət eləməsək, gürcü niyə bu dildə danışmağa məcbur olacaq? Orada elə şərait yaratmaq lazımdır ki, gürcü məcbur olsun. Ümumiyyətlə, boş səbəbə görə dil öyrənmək olmur. Bu gün niyə hamı ingilis dilini öyrənir? İngilis dilini sevdikləri üçün? Yox. İngilis dilini öyrənməyə məcburdurlar, çünki başqa cür işləri getmir. İş adamları iş üçün, tələbələr təhsil almaq üçün, ümumilikdə hər kəs internetdə axtarış aparmaq üçün öyrənməlidir. İngilis dilinin nə tələffüzü, nə qrammatikası mükəmməldir. Onlar özləri öz qrammatikalarına və tələffüz qaydalarına lağ edirlər. Bu dilin qrammatikası da orta əsrlərdən qalan qrammatikadır. Amma bütün dünya bu dili öyrənməyə məcburdur və öyrənir. Çünki lazımdır.

 

– Azərbaycan dilinə münasibətdən danışırsınız. Bu layihə çərçivəsində bir çox müsahiblərimizə sualı verdik ki, dilimiz  Azərbaycanda dominantdırmı? “Yox” deyənlər də oldu. Bəs siz necə düşünürsünüz?

 

– Mən düşünürəm ki, dominantdır, amma o dərəcədə də yox. Dominantdır nə mənada? Əhalinin əksər hissəsinin bildiyi dildir, dövlət sənədləri azərbaycancadır, dövlət danışıqları Azərbaycan dilində gedir. Təhsilin əsas hissəsi Azərbaycan dilindədir. Bu mənada Azərbaycan dili əsas dildir. Amma dilin gücü, dilə olan hörmət bir az başqa məsələdir.  “Dominant” sözünün özü birmənalı söz deyil. Yəni üstünlük təşkil edən  dominantdır. Bu, göstəricidir, əlbəttə. Dilin nüfuzu aşağıdır. Əhalinin danışıq dili Azərbaycan dilidir, hökumətin dili Azərbaycan dilidir, məktəblərin çoxunun tədris dili Azərbaycan dilidir, amma nə olsun, dilin nüfuzu aşağıdır.

 

“Azərbaycan dilinin nüfuzunun artırılması həm hökumətdən, həm vətəndaşlardan asılıdır”

 

– Siz bir ziyalı kimi dilimizin nüfuzunun yüksəlməsi, ona münasibətin dəyişməsi üçün hansı addımların atılması tövsiyə edirsiniz? Siz də vurğuladınız, özümüz də müşahidə edirik ki, məhz dilə münasibətdən irəli gələn məqamdır ki, valideynlər artıq uşaqlarını bağçaya belə qoyanda, rusdilli bölməyə yazdırırlar.  

 

– Çox çətin məsələdir. Sadəcə, mən fikirləşirəm ki, dilin güclü olması üçün ölkə çox güclü olmalıdır. Azərbaycan nə qədər güclü olsa, Azərbaycan dilinin nüfuzu da qalxacaq. İqtisadi cəhətdən çox güclü olmaq, demokratik cəhətdən çox güclü olmaq, təhsil və elm baxımından güclü olmaq, mədəniyyət baxımından güclü olmaq – hamısı səbəbdir. Yəni  ölkə güclənməlidir və onun vətəndaşı fikirləşməməlidir ki, mən sabah hara gedim, harada yaşayım, harada işləyim? Gərək, o, gələcəyi üçün təşviş keçirməsin. Güclənmək üçün də bir sıra şeylər vətəndaşın üzərinə düşür, bir sıra şeylər hökumətin üzərinə. Hər iki tərəf fikirləşməlidir, bu kimi məsələlər bir tərəf fikirləşməklə olmur. Çünki siyasətin hüquqi çərçivələrini hökumət müəyyən edir. Bu baxımdan dövlət, xalq güclü olsa, onun dili də güclü olur, zəif olanda dilinə hörmət də az olur.

 

Niyə ərəb dilini Azərbaycanda öyrənənlər çox deyil? Dünyada 30-40 ərəb ölkəsi var, körfəz ölkələridir, varlıdırlar; Səudiyyə Ərəbistanı, Dubay, Küveyt. Ancaq ərəb dilini biznes dili kimi öyrənən yoxdur. Çünki ərəb ölkələrində yüksək elm və mədəniyyət görmürlər. Avropada gördüklərini görmürlər, Fransada gördüklərini görmürlər. Dubaydır, bir dünya bazarıdır, get bazarlığını elə, gəl. Heç ərəb dilini bilmək lazım deyil, ingilis dili sənə bəsdir. Yəni cəlbedici deyil. Niyə fars dilinə böyük rəğbət yoxdur? Çünki cəlbedici deyil, insanlar gedib İranda yaşamaq istəmirlər. Bu gün alman dili ingilis dilindən sonra ən çox rəğbət görən dildir. Biz universitetdə sorğu aparmışıq: “Ən çox hansı dili istəyirsiniz?” Cavab alman dilidir. Çünki Almaniya böyük dövlətdir. Avropanın mərkəzində iqtisadi cəhətdən ən sağlam dövlətdir. Böyük Almaniya var, yanında Avstriya var, İsveçrə var. Burada tibb oxuyan iki tələbədən biri fikirləşir ki, mən universiteti bitirəndən sonra gedib Almaniyada təhsilimi davam etdirim. Çünki onların güclü proqramları var. Yəni alman dilinə rəğbət dilin gözəlliyinə görə deyil.

 

– Bəs xalqların dilimizə münasibəti sizi qane edirmi?

 

– Qərb xalqları, ümumiyyətlə, dünya xalqlarının belə bir siyasəti var:  məktəbdə onlara öyrədirlər ki, maraqlandığınız ölkənin dilini öyrənmək lazımdır. Azərbaycana gedirsinzsə, Azərbaycan dilini öyrənmək lazımdır. Ona görə də siz baxın, amerikanlar və ingilislər buraya gələndə Azərbaycan dilini öyrənirlər. Bəziləri öz ölkələrində öyrənib gəlirlər. Məsələn, səfirlər.

 

“Bu, Azərbaycan dilini öldürmək olar”

 

– Biz bayaq bu məsələyə toxunduq.  Artıq azərbaycanlılar türk seriallarını izlədiyində Türkiyə türkcəsini müəyyən qədər başa düşürlər. Amma bu, türk dilini bilmək deyil. Layihə çərçivəsində Sabir Rüstəmxanlı belə bir təklif irəli sürmüşdü ki, məktəblərdə müəyyən sinflərə qədər türk dili xarici dil kimi tədris olunsun. Amma belə bir fikir də yarandı ki, xarici dil demək artıq türk dilini bizdən uzaqlaşdırır.

 

– Mən o fikrin əleyhinəyəm. Bu, artıq Azərbaycan dilini öldürmək və onsuz da aşağı olan nüfuzunu məhv eləməkdir. Əksinə, mən fikirləşirəm ki, məhz Azərbaycan dilinin, Azərbaycan türkcəsinin tədrisinin gücünü artırmaq lazımdır. “Azərbaycan dili” dərsliyində Azərbaycan dilinin türk dili olduğuna, digər türk dillərinə dair bir neçə paraqraf ola bilər. Türk dillərinin müqayisəsi aparıla bilər. Ancaq Azərbaycanda xüsusi dərs kimi tədris eləmək Azərbaycan dilini sadəcə yox eləmək deməkdir.

 

– Hamlet müəllim, əgər regionda türk dilinin hakim dil olmasına nail olunsa, bu, onun beynəlxalq səviyyədə yayılmasına, BMT-də altıncı dilə çevrilməsinə gətirib çıxara bilərmi?

 

– Ola bilər, ancaq yenə deyirəm ki, bu, çox çətin məsələdir. Düşünmürəm ki, yaxın illərdə belə bir nəticə ola bilər. Amma türkdilli ölkələrdə və müəyyən mənada onların təsirində olan ölkələrdə türk dillərinin nüfuzunu artırmaq sahəsində işlər gedə bilər. Ona görə də türkdilli ölkələrin özündə öz dillərinə hörməti, nüfuzu artırmaq, ondan sonra qonşu ölkələrdə təlim-tədris vasitəsi ilə, biznesin inkişafı ilə, dili müəyyən dərəcədə yaymaq olar. Əslində, haqlısınız, elə o mərhələdən başlamaq lazımdır ki, iki türk vətəndaşı bir-birini başa düşsün.

 

Məsələn, bizim Özbəkistana bir tələbə göndərməyimiz, tələbə almağımız varmı, yox. O zaman hansı türk dilinin güclənməsindən söhbət gedə bilər? Yaxşı əlaqələr qurulmalıdır. İdeoloji nəzəriyyələr yaratmaqla heç nə olmur.

 

– Yeri gəlmişkən, layihə çərçivəsində Xəzər Universitetinin Təhsil dekanı Elza Səmədli ilə də müsahibə etmişdik.  Onun sözlərinə görə, artıq ortaq türk dilinin yaranması üzrə müəyyən irəliləyişlər var.  Türkdilli dövlətlərdən gələn məruzçilər konfranslarda məruzələrini qarışıq türk dilində söyləyirlər.

 

– Hə, oxumuşdum onun müsahibəsini.  Dediyi sözlərin xeyli hissəsi ilə razıyam. Ancaq qəribə bir fikir səsləndirmişdi  ki, Azərbaycanın hər hansı universitetində oxumaqdansa, Türkiyənin ən zəif universitetinə getmək daha yaxşıdır. Yəni onların ən zəif universiteti belə bizim ən yaxşı universitetimizdən güclüdür. Qətiyyən elə deyil. Türkiyənin xeyli universiteti orta məktəb səviyyəsindədir. Türkiyədə möhtəşəm universitetlər var; Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Koç Universiteti, Sabançı Universiteti, Bilkənt Universiteti, Hacəttəpə Universiteti, Van Universiteti... Amma Türkiyədəki universitetlərin əksəriyyəti zəifdir. Elə söz demək olarmı? Azərbaycandan, bilirsiniz, nə qədər tələbə oxuyur orda? On altı min. On altı min tələbənin böyük hissəsi Türkiyənin çox zəif universitetlərində oxuyurlar. Pulsuz oxuyurlar, asan oxuyurlar, azad oxuyurlar, imtahansız qəbul olurlar və sairə. Ona görə də, bu cür fikirlərlə insanlarda çaşqınlıq yaratmaq olmaz.  

 

 

Mənbə: Müəllif: Sevinc Fədai
İki, gürcünü, rusca, danışan, görməzsiniz,, azərbaycanlılar, isə..., –, Hamlet, İsaxanlı,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı