Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 18:08 62 nəfər oxuyub
 
İlham Əliyev:Fələstin xalqına sülh və tərəqqi arzulayıram
GÜNDƏM Xəbəri
İlham Əliyev:Fələstin xalqına sülh və tərəqqi arzulayıram

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa məktub göndərib.
 
Xeber365.com bildirir ki, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram”.

Mənbə: Müəllif: XƏBƏR365
İlham, Əliyev:Fələstin, xalqına, sülh, və, tərəqqi, arzulayıram,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı