Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 10:44 149 nəfər oxuyub
 
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
GÜNDƏM Xəbəri
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Prezident İlham Əliyev İran dövlət başçısı Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

 

Xeber365.com bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident!
 

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
 

Allah rəhmət eləsin!"
 

Qeyd edək ki, zəlzələ nəticəsində 200-dən artıq insan ölüb, 1700-dən çox insan yaralanıb.  
 
 

 

Mənbə: Müəllif:
İlham, Əliyev, Həsən, Ruhaniyə, başsağlığı, verib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı