The document has moved here.
|
||
İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.
"Xəbər365" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm". |
||
|
||
İlham, Əliyev, portuqaliyalı, həmkarını, təbrik, edib, |
|