Xəbər haqqında
05 Fevral 2018 - Bazar ertəsi 17:22 373 nəfər oxuyub
 
İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi
GÜNDƏM Xəbəri
İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

Bir müddət öncə məlumat verdiyimiz kimi, Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub. Lakin bu təyinatlar rəsmi olaraq təsdiqlənməmişdi.

 

Xeber365.com-un məlumatına görə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin I müavini və müavini vəzifələrinə təyinat olub. 

 

Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

 

Sərəncamlara əsasən Əli İzzət oğlu Abdullayev nazirin I müavini, Elmir Tofiq oğlu Vəlizadə isə nazir müavini təyin ediliblər. 

 

İndiyə qədər nazir müavini olan İltimas Məmmədov isə tutduğu vəzifədən azad edilib. Onun yerinə təyinat olmayıb. 

 

Xatırladaq ki, dövlət başçısının 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Mənbə: Müəllif: XƏBƏR365
İltimas, Məmmədovun, vəzifədən, azad, edilməsi, təsdiqləndi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı