Xəbər haqqında
29 Dekabr 2017 - Cümə 11:01 296 nəfər oxuyub
 
İndi hansı bank bağlanacaq?
BAXIŞ Xəbəri
İndi hansı bank bağlanacaq?

Ötən il 2 il ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir. Ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub.

 

Xeber365.com bildirir ki, bu sözlərlə iqtisadçı-ekspert Qubad İbadoğlu Dəmirbankın bağlanmasını şərh edib:

 

 

"Beləliklə də son 1 il 9 ayda ən çox ziyan Accessbankda (127,5 milyon manat), Bank of Bakuda (69,6 milyon manat), Unibankda (39,2 milyon manat), Bank Respublikada (37 milyon manat), AGbankda (24,2 milyon manat) və Dəmirbankda (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan Dəmirbankın lisenziyası geri alınıb.

 

Cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri Amrahbankda 10,3 faiz, Muğanbankda 12,5 faiz, Unibankda 16,9 faiz, Accessbankda 19,2 faiz, Bank of Bakuda 21,1 faiz, Bank Respublikada 22,1 faiz, Nikoil Bankda 23,5 faiz, Azər Türk Bankda 63,4 faiz azalıb. Hesabat dövründə bank kapitalının dəyərini AccessBank 6,8 faiz, Azər Türk Bank 7,5 faiz, Amrahbank 15,3 faiz, Bank of Baku 19,9 faiz, AFB Bank 21,4 faiz, AGBank 21,9 faiz, Unibank 37,8 faiz itirib. Məlumat üçün qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankı, Günay Bank və Naxçıvanbank dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır.

 

Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlmayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar. Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar.
 
 

 

Mənbə: Müəllif:
İndi, hansı, bank, bağlanacaq?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı