301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
24 Avqust 2016 - Çərşənbə 12:48 4183 nəfər oxuyub
 
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
MÜSAHİBƏ Xəbəri
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”

Həmsöhbətimiz filosof Müşfiq Ötgündür. O, indiyə kimi Müşfiq Şükürov kimi tanınırdı. “Ötgün” adını isə ona müəllimi, filosof Asif Ata verib. “Adamı ötməsən, İnsana çatmazsan. Yalanı ötməsən, Həqiqətə çatmazsan. Siyasəti ötməsən, Ruhaniyyata çatmazsan. Bu günü ötməsən, Sabaha çatmazsan. Ötgünlük gərəkir insana” deyərək…


– O öz ocağının övladlarına ad qoyurdu. Bu bir Şərq ənənəsidir - tələbəyə ad qoymaq. Adı da sevmişdim o zaman. İndi “Şükürov” soyadını nəyə dəyişmək sualı qalxanda “Ötgün”ə qayıtmaq fikrinə düşdüm.

 

Gördüyüm artist deyildi, düşüncə adamı idi

 

– Müşfiq bəy, Asif Ataya Azərbaycanın “sonuncu filosofu” deyirlər. Gənclik illərinizdə siz də onun ocağında olmusunuz. İstərdik Asif Atayla, bu ocaqla tanışlığınızdan və burdan ayrılmağınızdan danışasınız...

– Əslində Asif Ata elə Azərbaycanın birinci filosofudur. Çünki biz ona qədər Axundovu filosof sayırıq, onda fəlsəfi fikirlər axtarırıq. Zərdabidə, Cəlil Məmmədquluzadədə, Füzulidə fikir axtarırıq. Bizim ilk peşəkar filosofumuz isə Asif Əfəndiyev olub. Onun kimi adamlar dünyaya min ildə bir dəfə gəlir.

Mən ona 1993-cü ildə – çox qarışıq bir dövrdə rast gəldim. İnstitutu təzə bitirmişəm, evlənmişəm, nə üçün yaşadığımı belə bilmirəm. Bir tərəfdən də Qarabağ müharibəsinin qızğın vaxtı idi. Yaşıdlarım həyatdan bir şey anlamamış tabutda qayıdırdılar evlərinə. Acgözlüklə fəlsəfi ədəbiyyat oxuyurdum. Hər şey xaos – bir mənalandıran lazım idi.

Asif Ata Sumqayıta gəlmişdi, bir çıxışı olmuşdu, orda iştirak edə bilməmişdim. İkinci gəlişində getdim. Görüş ucqar bir zalda keçirilirdi, reklamı da yaxşı qurmamışdılar deyə çox az adam gəlmişdi. Bir-iki sıra məktəbli uşaqları zala toplamışdılar. Mən də oturmuşdum. Gördüm, balacaboy bir kişi ağır-ağır səhnəyə çıxdı. Gözlərini açıb zala baxdı ki, demək olar, heç kim yoxdu. Dedi: “Uşaqları çıxarın, üçcə nəfər olsa da, mən danışacam”. Bu sözü çox xoşuma gəldi. Gördüm, artist deyil, düşüncə adamıdır. Danışmağa başladı və mən başa düşdüm ki, indiyə qədər belə adama rast gəlməmişəm.

İnsanlar ordan-burdan götürdükləri fikirləri söyləyir. Amma onun fikrinin energetikası var idi. Fikrinə həyatını qoymuşdu, bu, onun nitqində hiss olunurdu. Mən həyatımda ilk dəfə filosofa rast gəldiyimi dərhal başa düşdüm. Ona qədər filosofa rast gəlməmişdim, ancaq kitablardan oxumuşdum.

Başladım onu oxumağa, xeyli oxuyandan sonra özüylə görüşmək istədim. Məni Asif Atanın evinə ilk dəfə Natiq Cavadlı apardı, onun tələbəsiydi. Yavaş-yavaş başa düşdüm ki, gərək bu məktəbi tam keçəm.

Fəlsəfə öyrənən adamlarda bir az dikbaşlıq, özündənrazılıq olur. O vaxt başa düşdüm ki, bu adamdan öyrənməyim üçün dukbaşlığım mənə mane olacaq. Amma xoşbəxtlikdən öyrənmək hissi güc gəldi. Dörd il, Asif Ata rəhmətə gedənə kimi onun yanında oldum. O, rəhmətə gedəndən sonra ocaqdaxili parçalanmalar baş verdi. Din tarixində nələr baş veribsə, az qala, hamısı ocaqda da baş verdi. Belə olduqda qərara gəldim ki, ordan uzaqlaşım. Ya gərək mən də qalıb hansısa qolu ifadə edəydim, bu da nəyə lazım idi? Məktəb gözəl şeydir, ancaq filosof sağdırsa. Filosof öldüsə, məktəb dağılır. Onun kitablarının yeri kitabxanadır, onları qorumaq üçün məbəd yaratmaq, rituallar düşünməyə ehtiyac yoxdur.

 

Asif Atanı buna görə tənqid etmək olar, amma...

 

– Ancaq sağlığında tələbələrinin əlini öpməsinə etiraz etməyən bir filosofun öləndən sonra məbədləşdirilməməsi az qala mümkünsüzdür. Bu fikirlə razısınız?

– Razıyam. Bilirsiniz, Asif Atanı bu məsələlərdə qınamaq olar. Amma bu adam təkbaşına ruhani bir fəlsəfəyə gəlib çıxdı. Yəni sufi deyildi ki, islama arxalanaydı, xristian deyildi, yoq, konfutsiçi, daosist deyildi, heç bir yolun davamçısı deyildi. Asif Atanın fəlsəfəsi kommunist rejimin içində birdən-birə havalandı, uçdu göylərə. Onun fəlsəfəsi ruhaniyyat rəngində idi. Ona olan səcdə spontan yarandı. O da icazə verdi bu şeylərə. Rituallar yarandı, o rituallarda köntöylük var idi. Uşaq da olsam, onu hiss edirdim. Yazılan şüarlar (carlar)  danqıltı kimi gəlirdi. Onlar fəlsəfədən kənar əlavə səslər yaradırdı. Asif Ata rəhmətə gedəndən sonra bütün bunlar daha da absurdluq qazandı. Çıraq olmayandan sonra onun ətrafındakı naxışlar, bəzəklər artıqlıqdan başqa bir şey deyil.

Tarixdə dinləşən filosoflar az olmayıb. Pifaqoru da elə ilahişləşdirmişdilər, Plotini də, Konfutsini də. Asif Atanı buna görə tənqid etmək olar, amma onun Sovet dövründə necə bir şəraitdə ortaya çıxdığını nəzərə alsaq, mən bunu etmərəm.

 

– Bəs siz Asif Atayla qarşılaşmasaydınız, nə olardı, yolunuz dəyişərdimi?

– Asif Ata olmalıydı. O vaxt ekzistensializmlə maraqlanırdım, Kamyünü, Sartrı oxuyurdum. Asif Atayla qarşılaşmasaydım, çox pis olardı, yolum çox uzun çəkərdi. Bilirsiniz, müasirlərimizdə həmişə axmaq bir psixologiya olur: onlar xoşlayırlar ki, Van Qoq haqqında saatlarla danışsınlar, çünki onun adı brenddir. Ancaq müasirlərimiz içərisindəki Van Qoqu tanıya bilmirlər.

 

İnsanlar tarixi yaramazları tanımağa meyillidir, ancaq tarixi gözəlləri yox

 

– İsa peyğəmbərin də belə bir fikri var ki, heç kim öz yurdunda peyğəmbər ola bilmir...

– Eynilə o, bu gün də var. Məndə isə o əminlik yaranıb ki, tarixdə hansı unikal adamlar olubsa, onlar həmişə var. Hansısa Herostrat kimi yaramazlar olubsa, onlar da həmişə var. Sadəcə olaraq, onları tanımaq lazımdır. Bu gün insanlar tarixi yaramazları tanımağa meyillidir, ancaq tarixi gözəlləri yox. Əgər gözlərini öz əlinlə qapamısansa, o adamları görə bilməyəcəksən.

Hərdən deyirlər ki, indi filosof yoxdur. Onda deyirəm ki, əlini gözündən götür, bəlkə ətrafında görə bildin. Önyarğı var adamlarda. Asif  Atanı görəndə mənim önyarğım əridi, başa düşdüm ki, Sokrat kimi, Platon kimi bir adamla qarşılaşmışam. Şadlığımdan bilmirdim nə edəm. Amma indi ölkədə təkcə mənim gördüyüm unikal idrak səviyyəsində adamlar var, ancaq onları görmürlər.

 

– Kimdir onlar? Tapaq oxuyaq...

– Onlar heç əsər yazmayıblar, amma filosofdular. Bizdə belə bir fikir formalaşıb ki, filosofun əsəri olar. Bu klişedi. Ən böyük filosofların heç əsərləri olmayıb. Konfutsinin, Oşonun əsəri olmayıb, tələbələri söhbətlərini yığıb yazıblar. Plotin 55 yaşında ilk əsərini yazıb. Sokratın heç bir əsəri olmayıb. Belə filosoflar bu gün də var. Onlar klassik fəlsəfi savad görməyiblər, eləsi var ki, ali savadı belə yoxdur, amma çox müdrik adamlardır.

 

– Müşfiq bəy, belə başa düşürəm ki, fəlsəfi fikirləri olduğu kimi qələmə almaq çətindir.

– Yazıçılıq da, natiqlik də ayrıca istedaddır. Bu filosofda ola da bilər, olmaya da bilər. Oşo deyir ki, müdriklərin heç də hamısı natiq olmur. Mən lağ-lağıçı müdrikəm, çox söhbət etməyi xoşlayıram, amma mənim kimiləri az olur. Müdrikləri çətin də olsa, tapıb tanımalıyıq.

Elm onun daşıyıcısından öyrənilir. Mən fəlsəfəni öyrənə bilərdim. Amma bilavasitə daşıyıcısından görməyincə onu rekonstruksiya etmək mənim üçün çətin olardı. Həmin elmin daşıyıcısıyla canlı ünsiyyət çox bahalı lüksdur. Bütün informasiyaları nəzəriləşdirimək alınmır.

Bir də var, mən filosofların əsərlərini oxuyardım, amma canlı olaraq filosof görməzdim. Mənim elmim onda uzun zaman sonra tamamlanacaqdı.

 

Azərbaycan dilində filosofluq etməyiblər

 

– Sanki Azərbaycan dili özü də fəlsəfi fikirləri çatdırmaqda acizdir. Siz necə düşünürsünüz?

– Elədir, çünki bu dildə filosofluq etməyiblər. Bu dil, sözlərində bu dildə danışan insanların rəngini daşıyır. O rənglər də fəlsəfi hisslərin və mənaların bütün palitrasını ifadə etməyə imkan vermir. Məsələn, çox adam seks barədə söhbətə giriş üçün rus və ya ingilis dilindən istifadə edir,  düşünür ki, Azərbaycan dilində desə çox kobud səslənəcək. Çünki əvvəllər danışılmayıb. Bir sıra ekzistensial mövzular var ki, azərbaycanlıların müzakirə obyekti deyil. Ona görə də həmin mövzuda danışanda çətinlik çəkirik. Bu mövzuları cəsarətli adamlarımız işləyəcək, sözlərimizi “ağıllandıracaq”, rəngini dəyişəcəklər. Həmçinin, dilimiz zənginləşməlidir. Türkiyə türkcəsindən söz götürməyə qısqanc yanaşırlar. Amma siz bir dilimizə baxın, ərəb və fars sözlərindən ibarətdir. O vaxt niyə üsyan eləmirdiniz? Türkiyə türkcəsindən söz götürəndə niyə qiyyə çəkirsiniz? Bir də ki, balaca xalqın başqa çarəsi yoxdur.

Dilin yaradıcısı var. Hərdən akademik məqalələrimdə hansısa sözü düzəldirlər ki, dilimizdı belə söz yoxdur. Deyirəm, niyə başa düşmürsünüz, mənim 50 yaşım var, mən artıq dil yaradıram. Bunu 20 yaşlı gəncə irad tuta bilərsiniz.

Nə bizi, nə özlərini insan yerinə qoymurlar. Artıq belə bir “ənənə” yaranıb: yaradıcı adam olmalı deyil. Keçmişdə olub, vəssalam. İndikilər ancaq arxivçiliklə məşğul ola bilərlər. Sən dünyaya gəlmisən, sənin mövcudluq haqqını belə yeyiblər. Sən özünə yer eləməlisən. Mən varam! İcazə verin, mən düşünüm, yaşayım. Mədəniyyətimizdə yer olmalıdır ki, yaradıcı insanlar o yeri tuta bilsinlər. Amma o yerə qıfıl vurublar, zəbt ediblər ki, ola bilməz. Biz ancaq Sabirə, Cəlil Məmmədquluzadəyə heykəl qoya bilərik. Sabirlər, cəlillər haqqında dissertasiyalar yazanların sabir, cəlil olmaq ağlına gəlmir!

 

Sokratın çiyninə heç arvadı da yük qoya bilmədi

 

– Müşfiq bəy, bu gün mənəvi deqradasiya yaşadığımız, insanların dini axına düşdüyü bir dövrdə filosofların çiyninə cəmiyyətə işıqlı yolu göstərmək yükünü qoymaq olarmı? Yaxud filosoflar özləri bu məsuliyyəti üzərlərinə götürmək istəmirlərmi?

– Filosof o kəsdir ki, sən onun çiyninə heç bir yük qoya bilməzsən. Sokratın çiyninə heç arvadı da yük qoya bilmədi. Filosof azadlıqdan doğulur. Ancaq biz düşüncə üçün şərait yarada bilərik, cəmiyyətdə düşünən adamlarının sayı arta bilər. Hələlik bu şərait yoxdur. Yazı adamı, yaradıcı adamlar yarıac-yarıtox yaşamağa tərk edilmiş vəziyyətdədirlər. Çünki bizdə kitab nəşriylə pul qazanmaq mümkün deyil. Əgər bu istiqamətdə inkişaf olarsa, fikir adamları da çoxalacaq.

Bu gün filosof çox azdır, filosof olmaq istəyən isə, demək olar ki, çoxdur. Hamı deyir, mən fəlsəfəçiyəm.

 

– Bu sözün məsuliyyəti daha azdır hər halda...

– Bəli. Həqiqətin yükü çox ağırdır. Filosof olsan, gərək ya həqiqəti deyəsən, ya da susasan. Amma bizim insanlar bəzən susa bilmirlər, boş-boş danışmağa davam edirlər. Susmaq hüququndan istifadə edə bilmirlər. Bir tərəfdən də, həqiqəti demək imkanları yoxdur. O dəqiqə sıxıntılarla üzləşəcəklər. Ona görə filosofluq çox ağır peşədir.

Konfutsi deyir ki, mən var-dövlət üstündə ölən çox adam görmüşəm, amma həqiqətə görə ölən adam görmədim. Adamlar var-dövlətdən ötrü fəda edirlər özlərini, amma həqiqətə görə əziyyət çəkən yoxdur.

 

Ana üçün balası nədirsə, filosof üçün də həqiqət odur

 

– Ancaq yəqin ki, bu, bir qədər də emosiyayla deyilmiş sözdür. Hər dövrdə həqiqətə görə ölən adamlar olub: İsa peyğəmbər, Sokrat, Nəimi...

– Həqiqət onu dərk eləyən adam üçün çox şirin bir şeydir. Filosof həqiqətdə öz əbədiyyətini, sonsuzluğunu, əsl həyatını görür. Ona görə ana öz balasını necə qoruyursa, onun üçün ölməyə belə hazır olursa, fiolosof üçün də həqiqət elədir, hər şeydən üstündür. Ailədən də, canından da... Filosofun belə bir həqiqət ehtirası, “manyaklığı” olur. Bir də fəlsəfə ilə  məşğuliyyət nəticəsində çox  böyük daxili azadlıq istehsal olunur ki, onun fonunda adamın şəxsiyyəti formalaşır. Ona görə də filosofluq çox ləzzətli bir şeydir.

 

– Bəs siz filosof kimi ətrafınızdakı daxili azadlığını tapa bilməyən, kölə olmaqdan çıxa bilməyən insanlara həqiqəti necə göstərirsiniz?

– Təbii ki, sənin hər bir hərəkətin informasiyadır. Sosial şəbəkələrdəki paylaşımlar, məqalələr, kitablar - hər biriylə cəmiyyətə mesaj verirsən. Sənin dilin var və dilinlə fikirlərini ifadə edirsən. Mən istəyirəm ki, daha azad, insanın özünü ifadə edə biləcəyi bir cəmiyyətdə yaşayaq. Daha tolerant olaq. Deyirlər, azərbaycanlılar tolerantdır, ancaq biz hələ tolerant deyilik. Bizim tolerantlığımız kosmetikdir, istənilən zaman yox ola bilər. Mən isə istəyirəm ki, əsl tolerantlıq, dözümlülük olsun. Çünki bu, fikir və həqiqətin çiçəklənə bildiyi yeganə şəraitdir. Təbii ki, fəaliyyətimlə çalışıram ki, bu amala xidmət edim.

 

Azərbaycan insanında, ziyalısında daxili azadlıq çatışmır

 

– Bir az da konkretləşdirək, sizi bugünkü cəmiyyətdə ən çox narahat edən nədir, nəyin çatışmazlığıdır? Məsələn, mücərrəd səslənsə də, deyirlər, cəmiyyətimizdə sevgi çatışmır...

– Bizim cəmiyyətimizdə daxili azadlıq çatışmır. Ziyalılarımızın demək olar ki, daxili azadlığı yoxdur. Təsəvvür edin, nə qədər tanış müəllimlər, alimlər var, sosial şəbəkədə şeir paylaşırlar, sevgidən yazırlar. Mən də sevgidən yazıram, yaxşı mövzudur. Ancaq həmişə yox da... Cəmiyyətin əsas problemləri qalır kənarda, sevgidən yazırlar. Başa düşürlər ki, bu, təhlükəsiz mövzudur, burda gəzişmələr etmək olar. Cəmiyyətin əsas problemlərindən danışmayaq. Ziyalı çoxluğun bəyənməyəcəyi sözü deyəndir. Bizdə isə çox vaxt çoxluğun xoşuna gələcək söz deməyə çalışırlar. Ona görə də sözsüz qalırlar.

Daxili azadlıq savadsız təbəqədə olmaya bilər, amma savadlı təbəqədə mütləq olmalıdır. Axı onlar Sokratı oxuyublar, hətta dissertasiyalar yazıblar. Azad, mübariz adamlardan kitablar yazıblar. Amma özlərində mübarizlikdən və azadlıqdan heç nə yoxdur.

 

– Yəqin ki, ona görə o kitablarda da heç nə yoxdur...

– Heç kəs özündən böyük adamı təsvir edə bilməz. Hər kəs təsvir etdiyini özü boyda təsvir edir. Hətta tərcümədə belə hər kəs öz səviyyəsində tərcümə edir. Tərcüməçi bir növ süzgəc olur. Özündən nə qədər Tolstoy, Cübran keçirə bilirsə, o qədər keçirir, tərcümə edir. Bizim ziyalılarda ümumən daxili azadlıq çatışmır. Bunun kultivasiyası olmalıdır. Hər bir ölkə insanıyla zəngindir, binalarıyla, var-dövlətiylə yox. Onlar gəldi-gedərdir. Hər ölkənin ən böyük xəzinəsi insandır; özünə bənzəyən, maraqlı şəxsiyyətlər. Bu, çatışmır.

 

37-ci illərin xofu hələ də adamların canından çıxmayıb

 

– Yaxşı, sizcə, niyə çatışmır?

– Sovet hökuməti bizi çox pis qorxutdu. 37-ci illərin xofu hələ də adamların canından çıxmayıb. SSRİ qorxunc ideoloji cəmiyyət idi və o cəmiyyət hamını bir kolpak altında saxlayırdı. Stalin öldü, amma onun kabusu ölmədi. SSRİ-də yaşamış xalqların dövlət idealı hələ də Stalin sosializmidir. O idealdan çıxa bilmirlər. Putin belə onu oynamağa çalışır, çünki camaat onu tələb edir. Belə bir daxili kasıblıq var. Bu baxımdan içəridə çox iş getməli, o xof dağılmalıdır. Qorxanda insan düşünə bilmir, əzələlər belə qıc olur. İnsanlar daxilən relaks ola bilmirlər ki, ortaya yaradıcılıq qoya bilsinlər. Yaradıcı adamlar ona görə azdır ki, daxilən azad adam azdır, hər kəs gərgindir.

Sizə bir şey deyim: Bəşəriyyət hətta bu gün İsa peyğəmbərin çarmıxa çəkilməsinin belə xofundan çıxa bilməyib. Həqiqət üçün cəzalandırılır insan! Bu mesaj da öz işini görür. İndi bəşəriyyət də İsanın işığına sadiqdir guya ki. Ancaq necə kortəbii, eybəcər şəkildə sadiqdir. Bütün dinlər özünün əksinə çevrildilər. İnsanilik elanıyla yaranan dinlərin hamısı, tədricən, zülm aparatına döndü və adamlar bunun fərqində olmadılar. Xristianlığı, İslamı, hətta Buddizmi belə zülmə çevirdilər.

Maariflənmiş cəmiyyət şəxsiyyətlə şah kimi davranmalıdır. Sovet dövründə o yox idi. Plakatlardan bizə bir fəhlə-kəndli obrazı baxırdı. İdeal o idi – bəsit, xüsusi bir mənəvi ehtiyacı olmayan, əsas ehtiyacı yemək və istirahət etmək olan adamlar. Ancaq azad adamların azadlıq ehtiyacı olur, kölələrin yox.

O sistem ruha qarşı etdiyi cinayətlərə görə yıxıldı. İnsan ruhunu nəzərə almayan bütün sistemlər mütləq yıxılır. O sistemlər çiçəklənir ki, insan ruhunun inkişafına azdan-çoxdan xidmət edib.

Əslində, biz tarix boyu insana, onun daxili imperiyasına hörmət etməyi öyrənmişik. Bu proses hələ də bitməyib, hələ də onun mübarizəsi gedir. Hələ də “Qadın da insandırmı?” fikri müzakirə olunur və böyük problemdir. Quldarlıq dövrünü keçmişik, amma bizim həyatımızda quldarlıq elementləri qalıb. Ziyalılar çalışmasa, bu min illər belə davam edəcək. Ancaq sürətlə iş getsə, 100-200 ilə vəziyyət dəyişə bilər.

 

Bakıdakı çadrasını atmış azad qadın heykəlinə yenidən çadra geyindirmək istəyən adamlar yetişdi

 

– Ümidli danışırsınız...

– Bir vaxtlar insanları qul edirdilər, satırdılar. Düzdür, quldarlıq şəklini dəyişib, amma indiki insan o dövrdəkindən çox azaddır. Bunu görməzdən gələ bilmərik.

İndi Azərbaycanın məktəblərində qızlarla oğlanlar bir yerdə oxuyurlar. Vaxtilə hacı Zeynalabdin Tağıyev qız məktəbi açanda Bakıda qan düşmüşdü. Necə bir qaranlıq mentalitetdən yol gəlmişik. Bunun fərqinə varmalıyıq, müsbət işlər çoxdur. Müsbətə doğru gedən inkişafın qarşısını almaq mümkün deyil, amma ləngitmək olar.

 

– Ancaq sanki əvvəlki dövrə qayıdırıq. Məsələn, dindar ailələrin qızları sinifdə oğlan uşaqlarıyla oturmaq, danışmaq istəmir ki, olmaz, atam-anam icazə vermir.

– Tarix elə inkişaf etdi ki, bizim həqiqi maarifçilərimizin işini guya Sovet ideologiyası öz əlinə alıb yaşatmış oldu. Amma əslində sovetin sekulyarizmi saxta idi. İçində insan azadlığının kökünü kəsən sekulyarizmin heç bir real gücü yox idi. Sovet hökuməti dağıldı, adamlar ideoloji boşluğa düşdü. Sovetin yetişdirdiyi bayağı professorlar müdafiə edəcəkdi sekulyarizmi? Onlar maarifçilər haqda “kitablar” yaza bilərdilər, maarifçi ola bilməzdilər. Ona görə dini şüur sürətlə dirçəlməyə başladı. Ən müxtəlif dini istiqamətlər oyandı və təəssüf ki, indi meydan əsas etibarilə onlardadır. Və Bakıdakı çadrasını atmış azad qadın heykəlinə yenidən çadra geyindirmək istəyən çoxlu adamlar yetişdi son dövrlərdə. İndi-indi sekulyar düşüncəli ziyalılarımız yaranmaqdadır.

 

Kamyunu oxuyanda intihar həddinə çatmışdım

 

– Müşfiq bəy, sizin ədəbi zövqünüzü, hansı musiqiləri dinlədiyinizi, hansı filmlərə baxdığınızı bilmək istərdik. 

– Əslində, bütün bunların qurmanlarından sayılmıram. Ancaq hər biriylə maraqlanıram. Musiqidə ən çox Çaykovskini xoşlayıram. Bir də Şərq musiqisini, hind musiqisini, muğamları. Çaykovskini səmimiyyətinə görə sevirəm. Mənə elə gəlir ki, bəstəkarlar arasında ondan səmimisi olmayıb. Səmimiyyət dahisidir, ondan səmimiyyət öyrənmişəm.

Ədəbiyyatda iki adamı uzun müddət oxudum, onlardan hərfi mənada dərs aldım. Biri Rabindraqat Taqordur, digəri Lev Tolstoydur. Yəni başqalarını oxusam da, bu iki müəllif mənim üçün məktəbə çevrildi. Onları illərlə təqib elədim, illərlə təkrar qayıtdım. Onlar məni formalaşdırdılar. Cəlaləddin Rumini də çox bəyənirəm, Ömər Xəyyamı da, Cübranı, Kamyunu da.

Filmlərdən isə klassik-intellektual sayılanları sevmişəm. İnqmar Berqman, Luis Bnüel, Mikelancelo Antonioni, Lukino Viskontinin filmləri, köhnə filmlər xoşuma gəlir. Amma indi bəzən ayda bir filmə belə baxmıram, o qədər də kinopərəst deyiləm.

Fəlsəfədə isə sevdiyim Hind, Çin fəlsəfəsi, sufizm, Oşo, Krişnamurtidir.

 

– Maraqlıdır, Kamyunun oxuyan adi oxucuyla filosofun qənaətində nə fərq var? Kamyunun qəhrəmanlarını bizim üçün bir qədər də aydınlaşdırardınız...

– Mən 22 yaşında Kamyunu oxuyanda intihar həddinə çatmışdım, bundan özümü güclə saxladım.

Kamyu eksiztenziyanın elə yerlərinə gedib çıxır ki, adi cəmiyyət adamı o yerlərə getmir, boylanmır da, o küçələrə, dalanlara girmir. Kamyu oxucusunu aparır o naməlum yerlərə, böyük cəsarət yiyəsidir. Mənanın qurtardığı yerdə başlayır gəzməyə. Bizim mənalandırdığımız dünya var, onun sərhədlərinə gəlir və ordan da kənara çıxır. İnsan onu oxuyanda özünü itirir, çünki ayaq basdığı yerlər tamamilə tanış olmayan yerlərdir, intihar qoxur o yerlər. Çünki biz mənalardan sallaşa-sallaşa gedirik, onun getdiyi yerlərdə tutacaq yoxdur. Özünsən və uçurumun kənarıyla gedirsən. Amma o cəsarət də ziyalı qəlbinin möhkəmləndirilməsi üçün çox zəruridir. Bilirsiniz, bizdə cəsarətli oğlan, qız obrazı var - vurub-yıxan, sərt. Ziyalı cəsarəti başqa bir şeydir. Ziyalı cəsarəti heç kimin fəth etmədiyi, tədqiq etmədiyi eksiztensial ərazilərə ayaq basmaqdır. Bununla da cəmiyyətin mental sərhədlərini genişləndirməkdir. Kamyu kimi adamlar təfəkkürün sərhədlərini genişləndiriblər. İnsanlar bunu istəməsələr belə... Onlar xristian Avropasını tamam başqa bir yerə daşıdılar. Və o yeni ərazilərdən Avropanın böyüklüyü yarandı.

 

Hökumət-kütlə dairəsini həmişə ziyalılar qırır

 

– Müşfiq bəy, bu gün əksəriyyəti Kamyunun qəhrəmanlarını narahat edən, düşündürən məsələlər düşündürmür. Bu, dövrlə bağlıdır, məişət problemlərinin çoxluğuyla, yoxsa milli genlə?

– Bu - kütlədir. Bu, Fransada da belədir, meşşan kütlə orda da var. Sadəcə olaraq, bizim fransızlardan fərqimiz nədir? Onlarda orijinal fikir sahibi, özünəməxsus adamların cəmiyyətdə ucalmaq imkanı bizimkindən çoxdur. Cəmiyyət o adamları rahat tutur, nəinki bizdə. Bizdə adamın özünü sübut etməsi çox çətindir. Səttar Bəhlulzadənin, Asif Atanın özünün həyatına baxın. Zəmanənin ən böyük filosofu idi, acınacaqlı həyat yaşayırdı. Uzun müddət çap olunmasını qadağan etmişdilər və ölümünün üstündən, az qala, 20 il keçir, onun haqqında danışmırlar belə. Bu normaldır, Sebastian Bax haqqında 50 il sonra danışmağa başladılar. Yəni biz insanlarımızı dəyərləndirə bilmirik. Bizim cəmiyyətdə hələ də inkişaf etmək üçün kiminsə adamı olmalısan, arxanda kimsə olmalıdır. İstənilən cəmiyyət öz-özlüyündə inkişaf etmək istəmir, əslində. Onu, ziyalıları inkişaf etdirir. Ona görə də ziyalı öz missiyasından həzz almalıdır. O (ziyalı), qapalı dairəni qıran elementdir. Kütlə hakimiyyəti qoruyur, hakimiyyət kütləni qoruyur. Dairə qırılmır, dairəni həmişə ziyalılar qırır. Bunu Napoleon kimi adam belə başa düşürdü. Belə götürəndə Avropada indi də xristian teologiyası hökm sürəcəkdi, əgər nitsşelərin, volterlərin, didroların fədakarlığı olmasaydı... Onlara heç kim “sağ ol” deməyib, təqib olunublar, yandırılıblar, çarmıxa çəkiliblər. Yaxşı ziyalı qurban kimi bir şeydir. Maksim Qorkinin Dankosu kimi, o öz ürəyini parçalayır və cəmiyyəti işıqlandırır.

Mənbə: Müəllif: Sevinc Fədai
“İnsanilik, elanıyla, yaranan, dinlərin, hamısı, tədricən, zülm, aparatına, döndü”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı