301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
09 Noyabr 2016 - Çərşənbə 11:46 3157 nəfər oxuyub
 
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
MÜSAHİBƏ Xəbəri
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar

Bu gün söz meydanında hər kəsin at oynatdığı bir dövrdə sözünün dəyəri, kəsəri olan adamları bu meydanda görə bilmirik. O aydınları görmək samanlıqda iynə axtarmağa bənzəyir. Amma onlar var. Biz də cəmiyyətin bugünkü qarışıq və durğun dövründə yazıçı-publisist Mehriban Vəziri dinləmək istədik. Siyasi və publisistik məqalələri, məsələlərə münasibəti ilə mətbuatda əvvəlki qədər görünməyən Mehriban xanımın, yəqin ki, bizə söyləyəcək sözü çox idi…

 

“O vaxt cəmiyyət bu qədər ağır zərbələr almamışdı”

 

– Mehriban xanım, Əbülfəz bəyin sağlığında Aydınlar Birliyi qurulmuşdu. İndiki heç bir ziyalı təşkilatı ilə müqayisə olunmayacaq qədər nüfuzlu, mütəşəkkil və güclü təşkilat idi. Sizcə, bu, Elçibəyin mənəvi gücündən irəli gəlirdi, ya necə?

 

–  Doğrudan da, təşkilatın nüfuzu və gücü Elçibəyin gücündən irəli gəlirdi. Onun fövqəladə bir təşkilatçılıq gücü var idi. Müxtəlif düşüncəli insanları bir araya gətirməyi bacarırdı. Bu, ilk və çox mühüm səbəbdir. İkincisi isə cəmiyyət bu qədər ağır zərbələr almamışdı. Əbülfəz bəydən sonra cəmiyyət ağır zərbələr aldı. Bir sınağa düşdü və o sınaqdan da keçən keçdi, keçməyən keçmədi. O vaxt Aydınlar Birliyində çox maraqlı düşüncəli, müxtəlif peşəli insanlar bir araya gəlmişdilər. Bu gün onlardan çox azı meydandadır. Bəziləri ölkədən getdilər, bəziləri suspayı aldılar, bəzilərini də qorxutdular...

 

– Birlik hansı şəraitdə, necə yaradılmışdı, kimləri bir araya gətirmişdi?

 

– Birlik Elçibəyin təşəbbüsü ilə yaradılmışdı, ziyalılar burada bir araya gəlmişdilər. Birliyin tək yox, beş həmsədri var idi: Vaqif Bayatlı, Aydın Kərimov, Cavanşir Quliyev, Əhməd Qəşəmoğlu və mən. Bu həmsədrlərin içində fəalları da var idi, göstəri üçün olanları da. Təşkilat üçün göstəri də vacib amildir. Onlar təşkilatın işlərində fəallıq göstərmirdilər, amma adamların bir araya gətirilməsində böyük rolları var idi. Mən təşkilat işlərində daha çox çalışırdım. O vaxt ciddi qurum hesab olunurdu.

 

“Davamiyyətin, kökün olmaması işğalçılıq sindromundan irəli gəlir”

 

– Amma bildiyim qədər, digər ziyalılar təşkilatı kimi Aydınlar Birliyinin də taleyi yaxşı olmadı.

 

– Təşkilat elə aydınların əliylə də dağıdıldı. Bir araya yığışıb Birliyi məhv elədik. Mən uzun illər televiziyada, universitetdə, digər yerlərdə işləmişəm. Həmişə rəhbərlər bir adamı işdən çıxarmaq istəyib bəhanə tapmayanda, o bəhanə struktur dəyişikliyi olur. Mən AzTV-də belə şeylərə çox rast gəlmişəm. Məsələn, məni vəzifədən ata bilmirlər, mənə görə bütün şöbəni ləğv edirlər, digər müdirlər də şöbəsiz qalır. Burda da bir maraqlı məqam var ki, o vaxt insanların üzündə abır vardı. Birbaşa işdən çıxara bilmirdilər, bəhanə axtarırdılar. İndi bəzən o bəhanəni də axtarmırlar, birbaşa baltalayırlar.

 

Aydınlar Birliyində də belə elədilər. Əvvəlcə struktur dəyişikliyi oldu, təksədrli elədilər, Vaqif Bayatlını sədr gətirdilər. O da yaradıcı adamdır, təşkilati işlərdən çox uzaq idi. Mənə də maraqlı gəlmişdi ki, o, buna niyə razılaşdı? Axı, bu işi çəkə bilməzdi, təbii ki, çəkə bilmədi də. Sonra təşkilat belə əldən-ələ düşə-düşə məhv oldu. Bəzi adamlar qürur duyurlar ki, o təşkilatı biz dağıtdıq. Bizim ölkəmizdə heç nəyin davamiyyəti olmadığından bu təşkilat da vəlvələdən, ya zəlzələdən dağıldı. Bizdə nə ticarətdə, nə siyasətdə, nə ədəbiyyatda davamlılıq yoxdur. Deyə bilməzsiniz ki, bu balaca baqqal dükanı 20 ildir burdadır. Ənənəvilik yoxdur. Bu da bizim xislətimizdən gələn bir xüsusiyyət deyil. Biz iki yüz illik işğal altında qalan bir ölkəyik, toplumuq. Bu, işğalçılıq sindromudur, yəni davamiyyətiniz olmayacaq, kökünüzü baltalayacağıq, keçmişiniz olmayacaq, hər şey bizdən başlayır, biz varıq, bizdən əvvəl heç nə olmayıb. Təəssüf ki, biz hələ də belə bir faciənin içindəyik.

 

“Azərbaycan qadını necə Napoleonla yazışa bilər?”

 

– Bəlkə buna görədir ki, biz ümummilli məsələlərdə bir araya gələ, necə deyərlər, yumruq kimi birləşə bilmirik. Bunu həm də gənc dövlət olmağımız, dövlətçilik ənənələrimizin olmamağı ilə əlaqələndirirlər. Amma hər nə səbəbdəndirsə, bütün məsələlərdə, cəbhədə gərgin vəziyyət olanda, şəhid verəndə belə iki cəbhəyə bölünməyə bir səbəb tapırıq.

 

– Bilirsiniz, iki yüz ildir Azərbaycan Rusiyanın işğalı altındadır. Baxın, biz Nizami Gəncəvinin “İskəndərnamə”sində oxuyurduq ki, İskəndər Bərdəyə gəlib Nüşabəylə görüşdü. Ardınca tələsik yazırdılar ki, bu, Nizami Gəncəvinin uydurmasıdır, birdən inanarsınız... Və bu gün Azərbaycan insanı düşünür ki, yox, belə şey olmayıb, İskəndər bura gəlməyib. Həmədandan keçib Hindistana gedib. Bunu rus işğalının yaratdığı təhsil sistemi bizim beynimizə yeridirdi ki, birdən düşünərsiniz, sizin elə bir dövlətiniz olub və onun başında elə bir qadın olub ki, İskəndər onun görüşünə gəlib. Haşa, belə düşünməyin, siz kimsiniz ki? Sizə dövləti biz vermişik. Baxın, bir cümlənin içində millət olaraq güvənimiz itib. Bu gün Azərbaycan vətəndaşı ilə istənilən adam dava çəkə bilər ki, İskəndər sizin ölkənizə gəlməyib. İskəndərin bu balaca Azərbaycanda nə işi var, ola bilməz. Bu, bizim beynimizə oturdulub. Məsələn, Ağabəyim ağa Napoleonla məktublaşıb, bunu Azərbaycan insanı bilmir. Ağabəyim ağaya rus çariçası məktub yazıb, bunu da bizə söyləməyiblər. Bu, nə İranın marağında olub, nə Rusiyanın. Biz də ikisinin arasında parçalanmış vəziyyətdə olmuşuq. Deyiblər, siz kimsiniz, Azərbaycan qadını necə Napoleonla yazışa bilər? Sizin qadınınızı biz adam elədik, hüquq verdik. Bu, özgüvənin, milli-tarixi kimliyin öldürülməsidir. İşğal budur. İşğal gəlib nefti aparmaqla bitmir. Hər şeyi bitirir, ən əsası, o davamiyyəti. Ruhu işğal edir. Bir ingilis, fransız və ya alman 3-4 dildə danışa bilər. Amma o öz övladı ilə, vətəndaşı ilə ana dilində danışır. Amma bizdə xarici dili bilmək o deməkdir ki, sən ana öz balanla işğalçının dilində danışacaqsan. İşğal dili xalqların ruhunu sökür, insanların qanına girir. Dil ciddi məsələdir. Dildə min illik informasiya var. Siz əgər uşağınıza “can” deyirsinizsə, o sözün yükündə nə kodlar, nə məlumatlar var. Deməli, sən uşağı min illik informasiyadan məhrum elədin. Azərbaycan dilinin tətbiqiylə bağlı bu ölkədə qanunvericilik yoxdur. Dilimizlə bağlı nə qədər komissiya yaradılıb, amma qanunla tənzimlənmirsə, heç bir işə yaramır. Dilimiz hakim deyil.

 

 

 

 

"Nazim Hikmət aldanmış bir şair, Nərimanov taleyi yaşamış bir insandır"

 

– Bu kimi milli məsələləri qanundan əvvəl sevgi həll etməli deyilmi? Məsələn, dilinə, vətəninə, vətəndaşına sevgi, kimliyinə, keçmişinə sayğı...

 

– Bilirsiniz, sevgi həmişə məsələlərdə mühüm rol oynayır, o heç. Amma bir xalq dövlətin əlində əsir-yesir olursa, bu vəziyyətdən çətin baş çıxarır. Bütün resurslar, bütün sərvət mənim əlimdədir və mən bu xalqa düşmənəm. Mən nələr edə bilərəm? Sənin ruhunu da, düşüncəni də, tarixini də, ənənələrini də, mentalitetini də məhv edə bilərəm, kimliyini yox eləyərəm. İmperiya bizim kimliyimizi yox elədi və bircə Elçibəy hakimiyyətində ciddi şəkildə düşünüldü ki, bəzi şeyləri bərpa eləmək lazımdır.

 

“Tarix şəxsiyyətlərin, liderlərin üzərində dayanır”

 

– Mehriban xanım, Aydınlar Birliyi də Elçibəy dalğasında yaranmışdı. Əslində  necə olmalıdır, ziyalılar siyasi liderləri yetişdirir, yoxsa siyasi liderlər ziyalıları?

 

– Bizim təcrübədə bir siyasi lider – Elçibəy ziyalıları yetişdirdi. Yazıçı, alim, rəssam olmaq hələ ziyalı olmaq demək deyil. “Kimə ziyalı demək olar?” mübahisəsi iki min ildir gedir. Sartr deyir ki, iki alim bir yerə gəlib atom bombası kəşf edirlərsə, onlar sadəcə alimdir. Amma onlardan biri bəyanat verirsə ki, bu, bəşəriyyətə ziyandır, mən bunu etmirəm və puldan da imtina edirəm, o, artıq həmin anda ziyalı olur. Alim ziyalı deyil, bizdə qarışıq salıblar. Yazıçılar Birliyində o boyda ünlü insanlar var, amma onlar ziyalı deyillər. Onlar sadəcə yazıçıdırlar. Çünki onların nəbzi vətənlə, insanlarla vurmur. Adi bir söz var: qoy mən salim olum, özgələr ilə nədir işim? Onlar bu düşüncədə olan insanlardır. Bu da onların hüquqlarıdır. Biz onlara deyə bilmərik ki, hökmən sənin nəbzin mənimlə vursun, vurmur.

 

Ziyalını bir az da dövr, situasiya yetişdirir. Müəyyən bir məqam çatır ki, o, imtahan verməli olur: ya o tərəfdə olmalıdır, ya bu tərəfdə. Ziyalı onda peyda olur, onda ortaya çıxır ki, sən zatında ziyalısan, yoxsa sadəcə yazıçısan, şairsən, alimsən... Yaltaq bir alim. Sən də beləsən, ziyalı adına iddialı olma.

 

Böyük liderləri toplum doğur, ana millət doğur. O ana millət Rəsulzadəni, Elçibəyi doğdu. Onlar da böyük bir mühit yaratdılar. Tarix şəxsiyyətlərin, liderlərin üzərində dayanır.

 

“Azadlıq” qəzeti bizə sual vermir, o, ancaq öz dostlarına sual verir”

 

– İndiki şəraitdə, məhz, arxasınca gediləcək o lider, o şəxsiyyətlər yoxdur, necə düşünürsünüz?

 

– Bəlkə də tarixi məqam yoxdur. Gözünüzün qabağına Azərbaycanın iki şanlı tarixi səhifəsini gətirin: 1918-ci il Cumhuriyyətin elan edilməsini və 1991-ci il Cumhuriyyətin bərpasını. Rəsulzadənin onda neçə yaşı vardı? 30-u keçmişdi və bu yaşa kimi onu ancaq öz çevrəsi tanıyırdı. Amma bir məqam yetişdi və o dalğa onu atdı ortaya. Eynilə Elçibəy hakimiyyətə gələndə 50 yaşı vardı, onu da bu yaşa kimi tələbələri, alim dostları, bir də həbsdə olduğuna görə həbs yoldaşları tanıya bilərdi. Yenə də şərait yarandı və meydan onu üzə çıxardı. Meydan çox adamları üzə çıxartdı, 88-ci il şərəfli tariximizdir. O tarixdə xidməti olan insanlar. Bu gün onların adına ləkə gəlsə belə, o gün üçün o xidməti qiymətləndirmək lazımdır. Düşünürəm ki, xalqın içində hər zaman millətin bəhrəsi var, onlar gizlin olaraq həmişə mövcuddur. O siyasi situasiya yetişəndə istər-istəməz dəniz onu atacaq bayıra, dalğalar onu gətirəcək. İstər-istəməz kiminsə boynuna o missiya düşəcək. 88-dəki kimi çox adamlar çıxacaq meydana... Ona görə də düşünməyək ki, lider yoxdur, sadəcə tarixi şərait yoxdur. Bir də ki lider tək olmur, onun çevrəsi olmalıdır. Lider bir simvoldur.

 

– Müəyyən situasiyalarda ictimaiyyət arasında belə bir sual ortaya çıxır ki, hanı bizim ziyalılarımız, niyə hadisələrə münasibətlərini bildirmirlər, müdaxilə etmirlər? Məsələn, siz. Hardasınız, Mehriban xanım?..

 

– Vallah mən elə burdayam, öz yerimdəyəm. Aydınlar Birliyindən üzü bu tərəfə mövqe olaraq hardayamsa, elə indi də ordayam.

 

Bir dövr var idi, hadisələrlə bağlı bizim fikrimizi soruşurdular. 10 il bundan qabaq bizim telefonlarımız susmurdu, biz də sözümüzü deyirdik. İnsanlar da bizim harda olduğumuzu görürdülər. Məsələn, bir həbs olardısa, mənə və mənim kimi ziyalı dediyiniz insanlara bir gündə 5-10 qəzetdən zəng edərdilər. Biz də sözümüzü deyirdik, etirazımızı bildirirdik. Onda harda olduğumuzu görürdünüz. Amma indi hadisələr baş verir, ancaq siz bizi görmürsünüz. Çünki bizə o sualı verən yoxdur, mətbuat bizim fikrimizi soruşmur. Mətbuat bizim görünməyimiz üçün yeganə vasitədir. Mətbuatı elə susdurublar ki, bizdən heç nə soruşmur.

 

Məsələn, “Yeni Müsavat” qəzeti siyasi proseslərlə bağlı bizə çox ciddi suallar verirdisə, artıq o sualları vermir. Başqa sual verir, Axundovla Rəsulzadənin qarşıdurmasıyla bağlı soruşur. Biz də onu cavablandırırıq. “Azadlıq” qəzeti bizə sual vermir, o, ancaq öz dostlarına sual verir. Biz artıq onun dostu deyilik. Ona görə bizim mövqeyimiz bilinmir. Mən hələ sona qədər mübarizə aparmaq istəyən mətbuat orqanlarının adını çəkdim. Digərləri də müəyyən mərhələlərdə susub gediblər. Sevinc xanım, əgər bir ayna sizi sizə göstərmirsə, siz özünüzü harda görə bilərsiniz? Əgər bu mətbuat bizi göstərmirsə, siz bizi harda görə bilərsiniz? Aynanı sındırdılar, mətbuat yoxdur. Mən burdayam, sadəcə mənim mövqeyimi ifadə eləyən mətbuat ölüb.

 

“Demokratik düşərgədə insanlar bir araya gələndə də bir-birlərinə badalaq vururlar”

 

– Deməli, demokratik düşərgənin özü də sağlam deyil. Problem həm də burdadır.

– Bəli, bizim bir bəlamız da budur: demokratik düşərgə qətiyyən sağlam deyil. Çox ağır xəstədir. Düşünürəm ki, belə şəraitdə sağlam qalmaq çətin işdir. Bunun üçün sənin zatında dərin bir müqavimət gücü olmalıdır. Əgər o yoxdursa, yolları da dolanbac-dolanbac keçməyə çalışırsansa... Əlbəttə, mən bunu anlayışla qarşılayıram, insanlar yaşamaq, qalib gəlmək uğrunda mübarizə aparmalıdır. Amma belə çirkin şərtləri qəbul edib mübarizə aparırsansa, onda artıq nüfuzunu itirirsən. Doğrudan da, demokratik düşərgədə insanlar bir araya gələ bilmirlər, gələndə də bir-birlərinə badalaq vururlar. Xüsusilə nəsillər arasında gedir bu. Milli Azadlıq Hərəkatından çıxmış nəsil, ondan sonrakı və ondan da sonrakı nəsil– bu üç nəsil bir-birini qəbul edə bilirmi? Məsələn, REAL dediyimiz ortada dayanan nəsil Milli Azadlıq Hərəkatının üzvlərini anlaya, dəyərləndirə bilirlərmi? Xeyr! O qədər yekəxanadırlar ki, ordakı fəaliyyəti görmürlər. Gənclik ondan da yekəxana olub. Bu da normaldır, çünki təcrübə azdır. Özlərindən əvvəli qiymətləndirmirlər. Qınayırlar onlar. Yəni dəyər vermək gücümüz zəifdir. Yəni anlamaq istəmirlər ki, onlar olmasa, mən bu gün danışa bilməzdim.

 

– Kökümüzə söykənmək istəmirik, ona görə də yıxılırıq...

 

– Bəli! Hər gələn nəsil özündən əvvəlki nəsli qiymətləndirə bilsə, belə olmaz. Biz belə stimullaşdırılmışıq. Bunun da kökündə yenə ruhları və şüurları işğal etmək, köləlik durur.  Məndən əvvəl yoxdur, kök yoxdur, mənəm, yalnız mənəm.

 

“Yazıçıların ağzından artıq söz çıxsa, övladlarını işdən çıxararlar, çörəksiz qoyarlar”

 

– Mehriban xanım, biz yaradıcı, istedadlı adamlardan da cəsarət, mühüm məsələlərdə millətinin yanında olmağı umuruq. Məsələn, qardaş dediyimiz Türkiyədəki kimi... Amma heç vaxt umduğumuz kimi olmur, sizcə, niyə?

 

– Türkiyə böyük ölkədir, demokratik ənənələri var. Çox böyük ictimai fikrin qarşıdurmalarının mərhələlərini yaşamış bir ölkədir. Türkiyəylə bizim müqayisəmiz mürəkkəbdir, biz kiçik ölkəyik. Biz üzərində ağır təcrübələr aparılmış bir toplumuq. Orda insanlar belə düşünür və belə danışır, bundan ötrü onu cəzalandırmırlar. Bizdə elə deyil. Məsələn, yazıçılar div kimi oturub tərpənmirlər, ağzından artıq bir söz çıxsa, övladlarını işdən çıxararlar, çörəksiz qoyarlar. Düzdü, artıq Türkiyədə də vəziyyət dəyişir, amma müqayisə ediləcək toplum deyilik. Onların bizdən, bizim də onlardan üstün cəhətlərimiz var. Türkiyədə solçu, kommunist ziyalılar Türkiyəyə düşmən mövqedədirlər. İndəyədək də çox geridə qalıblar. Akademiklər, professorlar var ki, Qorkinin bığı kimi bığ saxlayıb kommunizm qurmaq istəyirlər. SSRİ-yə, Rusiyaya biət edirlər. Yəni o baxımdan biz daha sağlamıq. Biz o yolu keçmişik, kommunizmin iç üzünü gördük, Lenini tanıdıq. Amma Türkiyədə indiyə qədər də Lenin, Marks, Engels deyən çevrələr var və onlar çox güclüdür.

 

– Solçu ədəbiyyat adamları daha çox sevilir, ad çıxarırlar. Məsələn, üç türk ədəbiyyatçısının adını soruşanda Əziz Nesin, Nazim Hikmət, Yaşar Kamalı düşünürlər. Amma tutaq ki, Nihal Atsız gec ağla gəlir, bəzən heç gəlmir. Bunun səbəbini nədə görürsünüz?

 

– O baxır kimin üçün, bizim təhsil sistemimizin quruluşu belədir.  Bizə Nazim Hikməti Sovet təhslil sistemi tanıtdırmışdı. Elə öz ölkəmizdə götürək, siz Mirzə Cəlili daha çox tanıyırsınız, yoxsa Əhməd Ağaoğlunu? Sovet hökuməti Mirzə Cəlili təbliğ eləyirdi, çünki Mirzə Cəlil millətini, dövlətini tənqid eləyirdi. Onun tənqidi işğalçının işinə yarayırdı. Bizə demək istəyirdilər ki, siz Novruzəlisiniz. Biz Nəcip Fazil kimi şairi dəmir pərdələr götürüləndən sonra tanıdıq. Nazim Hikmət mənim gəncliyimin şairidir. Onu da çox sevirəm. Amma o, aldanmış bir şairdir. Nəriman Nərimanov taleyi yaşamış bir insandır. Şeirlərinin birində deyir, gəldim gördüm, qaldım. öldüm... Məhv eləyiblər bu adamı. Aldadıblar. Sonra onun şeiri var, deyir, məni cənuba aparmayın, ölmək istəmirəm, şərqə aparmayın, qərbə aparmayın, ölmək istəmirəm, məni burda qoymayın, bir yerlərə aparın...

 

Almanlarda çox məşhur, xalqın sevimlisi olan bir aktrisa olub. Berlin tutulanda bu adam ABŞ tankları üzərində Berlinə girmişdi. Xalq onu bağışlamadı, sildi atdı. Xalq dedi ki, biz bilirik Hitler faşistdi, amma sən işğalçının tankı üzərində gəldin ölkəyə.

 

Bizə nəyi öyrədiblərsə, onu bilmişik. Hər ölkə öz siyasətinə, öz strategiyasına uyğun təhsil sistemi yaradır. Biz deyirik, ABŞ-lı vətəndaş bilmir ki, Azərbaycan adlı bir ölkə var. Bəli. ABŞ yekəxana ölkədir, çünki güclüdür. Onun təhsil sistemi də yekəxanadır. Onun nəyinə lazımdır ki, şagirdi Azərbaycanın adını öyrənsin. O, lazımlı adamlara Azərbaycanı öyrədir ki, neftini rahat sümürüb apara bilsin. Ona lazımdır ki, ölkəsinin övladları öz peşəsini lazımınca öyrənsin. Uzman olub vətənə xidmət eləsin.

 

Yoxsa bizim insanlar, öz peşəsini bilmir, amma milyon il əvvəl Yer üzündə mövcud olmuş heyvanları əzbərə sayır. Baxırsan ki, dünyagörüşü var, amma ixtisasını bilmir. Götürək Türkiyəni, görürsən ali təhsilli adam ciddi savad yiyəsidir. Əsl elm sahibidir. Bizdə isə yox, bizdə ali təhsilli adam hər şeydən danışır, amma mütəxəssis ola bilmir. Çünki Sovet təhsil sistemi bizə belə öyrədib. Deyib qoy dünyagörüşü olsun, o dünya görüşünün içində də Nazim Hikmət olsun.

 

“Moskva rüşvət almırdı, amma Bakıda rüşvəti yayırdı”

 

– Atatürk də deyirdi ki, vətənini sevən o şəxsdir ki, öz vəzifəsini layiqincə yerinə yetirir. Bizdə amma ara elə qarışıb ki, nə müəllim öz peşəsini bilib vicdanla iş görür, nə həkim, nə də başqaları...

 

 Təhsilimiz üzqarasıdır. Bir də onu deyim ki, təhsil tək bu günün sorunu deyil. Həm də dediyim kimi, Sovet sindromudur.  Bəzən deyirlər Sovet dövründə elə idi, belə idi. Məəttəl qalıram. Utanın, bu sözü dilinizə gətirməyin, Sovet dövründə mən yaşamışam, mənim kimi milyon insan kimi yaşayıb.  Hüquqda rüşvət, tibdə rüşvət... Müəllimlər Universitetində rüşvət. Bügünkü mənzərə o dövrün metastazıdır. Bu, rusun tətbiq elədiyi sistem idi. Moskva rüşvət almırdı, amma Bakıda rüşvəti yayırdı. Sən bunu öyrənəcəksən. Azərbaycanın tarixi haqda ildə 5-10 saat keçdin, bəsindi. Onun nəticəsidir ki, Azərbaycan insanı Nadir Əfşarı tanımır. Bilmir İbrahim xanın beş yaşlı uşağını rus necə qılıncdan keçirib. Amma Pyotru, Nikolayı, Qroznını yaxşı tanıyır. Çünki təhsil sistemi belə qurulub. O təhsil sistemi bu gün Azərbaycanın müstəqilliyinə uyğunlaşdırılmalıdır. Bunun üstünə də tədrisin səviyyəsini gəlsək, faciənin miqyasını anlamış olarıq.

 

– Ümumiyyətlə, siz deyəndə ki, şəxsiyyəti mühit, təhsil formalaşdırır, deyirik heç olmasa, indi ortalıqda kimlərsə var, indiki dərslikləri görəndə adam vahiməyə düşür ki, gələcəyimiz necə olacaq?

 

– Heç ümidsiz olmayın. Bilirsiniz niyə? Məsələn, bu gün biz dərsliklərə baxırıq, üzqarasıdır. Amma 30-cu illərin dərsliklərinə baxın, daha dəhşətlidir. Amma hətta o sistem belə bu ölkədə Milli Azadlıq Hərəkatını yarada biləcək şəxsiyyətlərin yetişməsinin qarşısını ala bilmədi. Yəni insanların böyük kəsimi sistemə tabe oldu, amma istisnalar oldu, yarandı. Həmişə belə müqavimət gücü olan insanlar yetişib və yetişəcək.

 

XX əsrdə iki dəfə elə istisnalar meydana çıxıb. Cümhuriyyəti quranlar da işğal dövründə yetişmişdilər, sadəcə, dünyanın mütərəqqi ölkələrində elm öyrənmişdilər. Və XX əsrin sonlarındakı hərəkatı başlayanlar. Onlar da işğalçı sistemdə yetişmişdilər. O sistem ki, bizim varlığımızı, mövcudluğumuzu, inkar etmişdi. Bu adamlar həmin dövrdə yetişdilər, yetişməyi bacardılar.

 

Bizim kimi xalqların faciəsi odur ki,  Avropa xalqları kimi Milli Azadlıq Hərəkatından digər mərhələlərə – demokratik quruculuq, sosial rifah mərhələsinə keçə bilmirik. O xalqların hökumətləri, liderləri irəli apara-apara gedirlər.

 

Biz neyləyirik, biz sadəcə hər 70 ildən bir mövcudluğumuz uğrunda savaşa çıxırıq. Məsələn 1918-ci il mövcudluq uğrunda savaş idi. Yusif Vəzir deyirdi ki, biz 19-cu ildə biz Paris Konfransında dünyadan öz müstəqilliyimizi istəyəcəyik, verməsələr, zorla alacağıq. Hökmə baxın, görün necə şəxsiyyətlər yetişmişdi. Doğrudan da müstəqilliyi zorla, güclə aldılar. 88-ci ildə də belə oldu. Hələ davam edir bu mövcudluq savaşı... Bu qədər dərdləri olan ölkədə yaşamaq, savaş vermək, susmamaq çox çətindir.

 

– Bəzən deyirlər, susub özünü qorumaq da çox çətindir. Söhbət adını, şəxsiyyətini qorumaqdan gedir. Amma susanları qınayanlar da var...

 

– Amma sən susursansa, artıq qələm adamı sayılmırsan. Qələm adamı yazmalıdır, axı. Yazmaq da elə danışmaqdır. Bu saat Azərbaycan ziyalısının mövcudluğunu sıradan çıxarıblar. Sevinc də gəlib soruşur ki, Mehriban xanım, hardasınız? O, mənim yerimi bilmir. Çünki mənim yerimi göstərmirlər. Ona görə də susmaq işi bir az mürəkkəbdir. Susursansa, deməli, yazı adamı deyilsən.

 

“Ölkədən gedib bizi qınayanlara mənim də sözüm var”

 

– Axır vaxtlar ölkəni tərk edənlərin sayı gündən-günə artır. Bu barədə çox yazırlar. Siz necə yanaşırsınız gedənlərə, qınayırsınız, ya anlayışla qarşılayırsınız?

 

– Bura elə bir yerdir ki, getmək insanların alnına yazılıb. Çox az nəsil taparsınız ki, burda 200-300 il yaşayır. Burdan daim axın olub, Anadoluya gediblər, Avropaya gediblər. Təsəvvür eləyin, rusların təkcə 1800-1883-cu illər işğalı dövründə Azərbaycandan, təxminən, 500-600 civarında nəsil köçdü. Gedənlər İrana, əsasən də Anadoluya  üz tuturdu. Həmişə burda belə şərait olub. Elə gözümüzün qabağında bir milyon adam didərgin düşmədimi? Hələ Rusiyaya üz tutanlar, Avropaya üz tutanlar...

 

Mən təhsil üçün gedənlərə çox rəğbətlə yanaşıram. Bir də bir şey var, biz deyirik, ölkəni tərk etdi, dayanmadı, çıxıb getdi, qaçdı. Yəni insanlar yaşaya bilməyib, gedirsə, buna da anlayışla yanaşmaq lazımdır. Bir də gedən adama birdəfəlik gedən kimi baxmamalıyıq. İnsandı, gedir, beş il yaşayır, işləyir, sonra da qayıdır vətəninə. Əsas odur qayıtmağa bir yer olsun. Yox əgər o orda oturub burda məni qınayırsa, onda mənim də ona deməyə sözüm olar.

 

“Bizdə cibində pulu olan adamdır, olmayan yox”

 

– Mehriban xanım, bu gün daha çox bizi nəyin gücü xilas edə bilər, şəxsiyyət yetişdirə bilər: tarixmi, ədəbiyyatmı, fəlsəfəmi, elmmi?

 

– Tarix. Bu gün bizdə tarixsiz həyat yaradılıb. İnsanlar öz tarixlərini bilmirlər, öz kimlikləri bilmirlər. Avropada mədəni insanlar öz nəsillərini öyrənmək üçün uzun bir yol qət edirlər. Baxırsan bir insandır, müəyyən bir yaşa çatıb, nələrsə əldə edib bu həyatda. Birdən düşünür ki, mən kiməm, mən hardan gəlirəm, mənim dördüncü, nə bilim, yeddinci babam kimdir. İnsan öz kimliyi ilə maraqlanır. Bizdə bu yoxdu, bizdə insan öz şəcərəsini bilmir. Hardan gəldiyini öyrənmir. Ona görə də daha çox milli tarix – türk tarixi öz gizlinləri, sirləri ilə neçə ildir öz tədiqatçılarını gözləyir.

 

Bu gün təbliğat aparırlar ki, Bakı çoxmillətli şəhər olub, xeyr! Bakı bir türk şəhəridir. “Bakı” ifadəsi də türkcədir, baxmaq sözündəndir. Əgər sənin tarixini və kimliyini sənin təhsil sistemin inkar edirsə, vətəndaş olaraq gücdən düşürsən. Türkiyədə cibində bir lirəsı olmayan adam da tarixi ilə fəxr edir, özünü böyük bir adam hesab edir. Bizdə isə əksinədir. Cibində pulu olan adamdır, olmayan yox.

 

Qadın hüquqlarından danışırıq. Azərbaycan qadını bilməlidir ki, onun dövlət başçısı olan nənələri olub. Onun tarixindəki qadınlar dünya imperatorları ilə yazışan qadınlar olub. Bizim qadınlarda, bax, bu gün bu güvənc yeri yoxdur.

 

Qadının mülkiyyət hüququ yoxdur. Bu, çox ciddi məsələdir. Halbuki XIX əsrdə var idi. Bu gün yalandan gender bərabərliyindən danışırlar. Bizim dostlar bir dəfə rayonların birin icra başçısı ilə görüşə gediblər. Onun müavini də ordaymış. Söhbət eləyiblər, birdən başçı, qadın müavininə qayıdıb ki, az, noldu, çay? Vəziyyət budur.

 

 

 

“Bizdən təcrübə dovşanı kimi istifadə edirlər”

 

– Bu gün bizim qadına öyrədirlər ki, başında hicab, əlində də “Çərəkə duası” olsun, metroda, avtobusda, hər yerdə onu oxu...

 

– Bunun bir nömrəli səbəbi Qərbdir. Qərb müsəlman ölkələrini cahil görmək üçün paralar xərcləyir. Baxın FETÖ-nün arxasından belə Qərb çıxdı. Hətta ərəb dilini bilən o qədər dini ideoloq ingilis var ki... Onlar hamısı öz fikirlərini bu üsullarla yayırlar. Mirzə Cəlil yazsaydı ki, Şeyx Nəsrullah ingilisdir, tam həqiqətə uyğun olardı. Bu xalqlar öz mövhumatları ilə zəlil olublar. Nurçuluq nə deyir? Başınızı bağlayın, sizə hər şey verəcəyik. Özü də üç mərtəbəlidirlər. Alt qatda səmimi dindarlar gəlir. “Maşallah”, “inşallah”la vaxtlarını keçirirlər. Bir orta təbəqə var, ticarətdə söz sahibi olanlar. Bir də üst qatdır ki, hakimiyyət davası aparır. Bu şəkildə bir sistem qurublar. Milyardlar axıdıb ideologiyalarını yeridirlər. Bizdən təcrübə dovşanı kimi istifadə edirlər. İnsanların səmimi dindar duyğularından istifadə edib, anasına düşmən eləyirlər, ata qatilinə çevirirlər.

 

– Bu mövzularda düşündüklərimizi yazan kimi də hədə-qorxular, söyüşlər, təhqirlər yağdırmağa başlayırlar. Bəs bu təhlükəylə necə mübarizə aparmaq olar?

 

– Heç cavabını bilmədiyim bir sual verirsiniz. Nə deyəcəyimi bilmirəm. Fransa Xomeynini bəslədi-bəslədi, axırda Xomeyni gəlib İranı qara çadraya bürüdü. İndi ABŞ Güləni bəsləyir... Görün, son 15 ildə Türkiyə nə günə qaldı? Demokratiya, Atatürkçülük nə hallara düşdü... O boyda Türkiyəni az qala parçalayırlar.  Azərbaycan neyləyə bilər? Nə elmi gücümüz var, nə siyasi, nə də fiziki gücümüz.

 

“Rusla savaşacaq gücümüz yoxdur, vəziyyəti belə də saxlamalıyıq”

 

– Bəs Türkiyədə son baş verənləri necə dəyərləndirirsiniz? Prezidentli respublikaya keçidi bir tərəfdən PKK ilə mübarizə kimi qiymətləndirir, bir tərəfdən anti-demokratik bir addım hesab edirlər...

 

– Bütün hallarda mən parlamentli respublikanın tərəfdarıyam. Azərbaycanı da belə görmək istəyirəm. Bilirsiniz, hər işin yaxşı və pis tərəfləri var. Demokratik sistem olanda görürsən, PKK-çı gəldi düşdü məclisə. Nurçu gəldi, oldu deputat. Dövlətin gücü maarifçiliyə çata bilər, onun da qarşısına Qərb milyardlarla dollarla çıxır. Bütün hallarda cümhuriyyət ideallarına sadiqlik ən münasib variantdır.

 

– Mehriban xanım, aprel döyüşlərində insanlar torpaqlarımızın işğaldan azad olunmasına sevinirdi, bir tərəfdən də qəlbimiz şəhid xəbərlərinə acıyırdı. Necə olmalıdır münasibət, nəyin bahasına olursa-olsun Qarabağı alaq, yoxsa heç nə insan həyatından önəmli deyil?..

 

– Rusiya Qafqazda olduğu müddətcə müharibəyə getmək olmaz. Rus 200 ildir Qarabağı ermənilərin əliylə alıb, İrana qapı açmaq istəyir. Onu da eləyir hələ ki. 200 ildir bu torpaqlara sahib olmaq üçün rus xəzinələrlə pul xərcləyib. Burdan çıxmaz. Bircə yolu var, rus dövləti çöksün. Məhz, bu anı, bu məqamı gözləmək lazımdır. Ay beş rayon, ay nə bilim status... Rusa aldanmaq olmaz. Mümkün qədər vəziyyəti belə saxlamaq lazımdır. Ta rus burdan rədd olub gedənə qədər. Gedəcək də... Əbədi imperiya yoxdur.

 

Aprel ayı bizim xalqın ruhunun ölmədiyini bir daha sübut elədi. Bizim torpaqlarımızın uğrunda ölə biləcək gücdə olduğumuzu göstərdi. Biz bu milli sınaqdan çıxdıq. Orada ölən insanların dəyəri çox yüksəkdir. Onlar bizə ruh aşıladı. Amma ağıllı olmaq lazımdır. Rusla savaşacaq gücümüz yoxdur. Çalışıb vəziyyəti heç olmasa, belə saxlamalıyıq.

 

“Harda nüfuz varsa, oranı dağıdır, ziyalıya “satqın” damğası vururlar”

 

– Ağabəyim ağa haqqında kitab yazdığınızı eşitdik. Deyəsən, onun haqqında çoxdan yazmağa başlamısınız...

 

– Bu mövzuda mən 20 ildir yazıram. Bir neçə hekayə yazmışam, publisistik yazılarım olub. İndi yazdığım Ağabəyim ağanın dövrü və Qarabağ tarixidir. Kitab bədii-publisistik üslubda yazılıb. Bir az bədii tərəf üstün gəlib. Bütün hallarda bu Azərbaycan romanlarının bir tacı var – “İki od arasında”. Yusif Vəzirin qələmi o qədər güclüdür ki, mənim publisistika ilə verdiyim məqamları o bədii dildə verib. Mənim buna gücüm çatmadı, publisistikanı köməyə çağırdım.

 

– 20 ilinizi bir insana həsr etmisiniz... Hardandır bu qədər sevgi, o xanımla bağlı daha çox nəyi çatdırmaq istəyirsiniz?

 

– İlk növbədə adını qaranıqdan çıxarmaq istəyirəm. Mənə elə gəlir ki, o qadına qarşı böyük bir haqsızlıq olub. 17 yaşında İran şahının xanımı olub. Şahbanu olub. Bu adamın həyatını heç kim araşdırmır. Sovet dövründə buna  imkan vermirdilər. Çünki rus Qarabağı erməniləşdirmək istəyirdi. İran tarixçiləri də imkan vermirdilər ki, türk Şahbanusunun həyatı üzə çıxsın. Ağabəyim ağa bu mənada bəxti gətirməmiş insandır. Yəqin ki, bu şeylərdi mənə bu mövzuya cəlb edən.

 

– Mehriban xanım, söhbətimizə Aydınlar Birliyindən söz açaraq başladıq. Sonda soruşmaq istərdim, sizcə, bütün qüvvələrin hesablaşa biləcəyi ziyalılar təşkilatı yaratmaq mümkün ola bilərmi?

 

– İndi bu zəmin yoxdur, buna ehtiyac da yoxdur. Ziyalılar o vaxt bir araya gəlir ki, insanlar onları eşitmək istəyir. Bizdə söz sahiblərini eşitmək istəyən yoxdur. Çünki eşitdiklərinin mənası yoxdur. İkincisi, harda nüfuz varsa, oranı dağıdırlar. Ziyalıya “riyakar”, “satqın” damğası vururlar. O, iqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar. Qalırsan iki arada. Ona görə də deyirəm ki, hələ belə bir şərait yaranmayıb.

 

– Sizcə, yaranacaq?

 

– Əlbəttə, yaranacaq. Görün, Azərbaycan hansı vəziyyətlərdən keçib gəlib. Təsəvvür eləyin, 30-40-cı illərdə oğul atanı tutdururdu. Çox adi şeylərə görə insan ömrünü məhv eləyiblər, sürgünə göndəriblər, güllələyiblər. Yəni görün, biz dəyirmanın hansı boğazından diri çıxmışıq. Ona görə də burdan da keçəcəyik, yaxşı olacaq...

Mənbə: Müəllif: Sevinc Fədai
İqtidarın, sözünü, deməyəndə, dəstədən, çıxdaş, eləyirlər,, müxalifətin, sözünü, deməyəndə, satqın, çıxarırlar,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı