301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
22 Noyabr 2021 - Bazar ertəsi 09:45 2446 nəfər oxuyub
 
İran etirazların alovunda
GÜNEY AZƏRBAYCAN Xəbəri
İran etirazların alovunda

 

Ötən cümə İsfahanın minlərlə sakini şəhərdən axan Zayandeh-Ruh çayının quruması ilə bağlı keçirilən kütləvi etiraz aksiyalarında iştirak üçün küçələrə çıxıb. Eyni adlı əyalətin qərbindən və şərqindən olan fermerlər də bu aksiyalara qoşulub.

 

“Qoy çay axsın!”, – artıq bir hissəsi hələ bir neçə həftə əvvəl suyun axdığı quraqlıqda çadır şəhərciyi qurmuş minlərlə insan bir ağızdan deyib. Hər ötən gün çayın suyu bir az da quruyur... Hakimiyyət səbəbi quraqlıqda görür. “Əgər siz çayın səviyyəsinə nəzarət etsəydiniz və onun suyunu qonşu Yezd əyalətinə istiqamətləndirməsəydiniz, su olardı”, – isfahanlılar onlara cavab verir.

 

Ən iri etiraz aksiyaları İsfahanda keçir

 

İyul ayında su böhranı üzündən cənub-qərb əyaləti Xuzestan od tutub yanıb. Nəticədə yerli əhali yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa olub. İsfahanda hazırda baş verən nümayişlər zamanı isə ölkədə iki il əvvəl elə bu vaxtlar benzinin qiymətinin qəfil qalxması ilə bağlı hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyalarını xatırlayırlar.

 

Etirazlar kütləvi hal alır və bütünlüklə İranı bürüyür. Təkcə ötən ilin oktyabr ayında 391 etiraz aksiyası qeydə alınıb ki, bu da orta hesabla gündə 13-14 nümayiş deməkdir. Bu dönəm ərzində iranlı fəhlələr 53 şəhərdə 135 etiraz aksiyası keçirib. Etiraz edənlər arasında neft-kimya, neft və energetika sənayesi işçiləri, şaxtaçılar, dəmiryolçular və bələdiyyə işçiləri olub. Əsas tələblər əmək haqqının vaxtında verilməsi, iş günlərinin sayının azalması və iş şəraitinin yaxşılaşdırılması idi.

 

İranlı müəllimlər 49 şəhərdə 61 aksiya keçirib. Onlar dövlət təhsil müəssisələrində işləyən müəllimlərin maaşının ölkədəki rəsmi yoxsulluq səviyyəsindən də aşağı olmasına qarşı çıxış ediblər. Təqaüdçülər 13 şəhərdə 39 dəfə küçələrə axışıb. Həkimlər oktyabr ayında təkcə Tehranda iki dəfə etiraz aksiyası keçirib.

 

Hər hansı bir qərb ölkəsinin istənilən anlaqlı daxili işlər naziri başını tutar və çığıra-çığıra prezidentin üstünə cumardı: “Buna bir çarə tapmalıyıq, əks-təqdirdə bizi tezliklə kürsülərimizdən yaba ilə qovacaqlar”. Lakin İranda belə deyil. Ölkə hakimiyyəti artıq çoxdan bəyan edir ki, xalqın dinc etiraz aksiyasına haqqı var. Bəli, müxtəlif cür olur – yollarda təkər də yandırırlar, polis məntəqələrini də od tutur, lakin bunların heç biri əhalinin və güc strukturlarının özləri üçün müəyyən etdiyi qırmızı cizgi keçmir.

 

Sosial narazılıq digər şəhərlərə də yayılıb

 

Bir də ki hakimiyyətin xüsusi olaraq çəkinəcək bir yeri yoxdur. Birincisi, etiraz aksiyaları əksər halda iqtisadi xarakter daşıyır və narazılıq əsas etibarı ilə yerli hakimiyyətə qarşı yönəlib. Düzdür, hərdən kütlənin arasından bir-iki adamın “Rejimə ölüm” qışqırdığını eşitmək olar, lakin bu nadir halda baş verir və o cür qışqıranların səsini elə etiraz edənlərin özləri batırır.

 

Etirazların sayına baxmayaraq, o heç cür keyfiyyətə keçmir – İranda heç olmasa həmkarlar ittifaqı birləşməsində vahid etiraz mərkəzi sadəcə yoxdur. Bu etirazların lideri yoxdur, deməli, onlar siyasiləşə bilməz. Belə çıxır ki, narahatlığa da səbəb yoxdur, Tehranda belə hesab edirlər. İndi baş verənləri isə nöqtəşəkilli maliyyə axını ilə bağlamaq olar, büdcənin gücü buna çatar.

 

Bəlkə də bu cür mühakimələr məntiqi və ədalətlidir – lakin heç nə əbədi davam edə bilməz. Sosial istilikölçən qaynama həddinə çatıb – orda isə çox şey baş verə bilər: etirazların lideri də meydana çıxar, siyasi tələblər də “qəfil” formalaşa bilər. Üstəlik xaricdə İran rejiminə qarşı çıxan qruplaşmaların fəaliyyətini də unutmaq lazım deyil. Onlar günü bu gün həmin aksiyalara rəhbərlik etməyə hazırdır.

 

Tehranın bəxtindən hələ ki ciddi sosial bazaları olmadığından bunu edə bilmirlər. Maliyyə və təşkilati imkanları isə Hamburqda İran konsulluğunun qapısına “Molotov kokteyli” ilə kifayətlənir. Lakin bu vəziyyət də uzun müddət çəkə bilməz. İran rəhbərliyi həyəcan təbilini çalmağa başlamalıdır, belə ki sosial-iqtisadi ziddiyyətlərdən ibarət qaynar qazanının üstündə oturmaq sadəcə narahat deyil. Buna uzun müddət tab gətirməyəcəksən, qapağından sürüşüb düşəcəksən.

 

(virtual.org)

Mənbə: Müəllif:
İran, etirazların, alovunda, , , ,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Güney Azərbaycan Milli Hökuməti - 76
AY Partiyadan Urmu gölünün qurudulmasına kəskin etiraz
Güneyli gənclər Azərbaycan şəhərlərinin adlarının təhrif edilməsinə etiraz ediblər
İranda 75 yaşlı soydaşımıza 16 illik həbs cəzası verilib
Güney Azərbaycan təşkilatları Şuşa Zəfəri ilə bağlı bəyanat yayıb
Ərdəbildə 12 fəala ağır cəza
Vətən Müharibəsi zamanı Güney Azərbaycan
İranda azərbaycanlı-kürd qarşıdurması yaşanır
Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım həkimi olmaq istəyənlərə müraciət etdi
"İllərlə yuxuda gördüyümüz Qarabağ torpaqları azaddır" - QMİ sədri
İranda siyasi məhbus Əliriza Fərşi Dizəc Yekaya hökm oxunub
Son bir ildə İranda həbs olunan soydaşlarımızın sayı açıqlanıb
Güney Azərbaycanda aclıq edən məhbusların istəkləri yerinə yetirilib
"Dirçəlişdən Yüksəlişə” mövzusunda zoom-konfrans keçirilib
Ermənilər Kəlbəcərdə evləri yandırırlar
Saleh Kamrani beynəlxalq vebinarda çıxış edib
Ərdoğan: “Azərbaycanda erməni zülmü var”
V.Hacıyevin ev dustaqlığına buraxılma vəsatəti təmin edilməyib
İranın azərbaycanlı kinematoqrafçılarından Azərbaycana dəstək
Tehran da Qarabağa dəstək aksiyasına qoşuldu-VİDEO
Güneydə keçirilən Azərbaycana dəstək aksiyasının iştirakçıları həbs olunub
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızdan Qarabağa dəstək aksiyası
İranda referendum keçirilməsi tələb olunur
İran prokrorluğunun açıqlaması etirazçıların gözünü qorxutdu
Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir - Nəsib Nəsibli
Güney azərbaycanlılar İrandakı aksiyalara ona görə qoşulmadı ki... - Müsahibə
Güney azərbaycanlı rejissorların filmləri Türkiyədə kinofestivalda
Azərbaycan nefti cüzi ucuzlaşdı
"10 Tramp gəlsə də heç nə dəyişməyəcək" - Ruhani
İran parlamenti Azərbaycanla bağlı qanun layihəsini qəbul etdi
Güneyli fəal şərti azadlığa buraxıldı
Urmiya muzeyinin eksponatı Türkiyəyə verilir
İranda minlərlə kürd yenə küçələrə çıxdı
Urmu gölünün dəhşətli fəsadı özünü göstərdi
23 sentyabrda dinc etiraz aksiyası - GÜNEY AZƏRBAYCANDA
Təbriz fərmandarı Azərbaycan haqqında bunları dedi
Güney Azərbaycanda daha iki fəal həbs edildi
Urmiya gölündə ekoloji vəziyyət getdikcə ağırlaşır - Rəhmanlı limanı qurudu
PKK hücum etdi: 3 türk hərbçisi yaralandı
Ərdəbildə 17 aydır fəhlələrə maaş yerinə boş vədlər verilir
6.1 bal gücündə zəlzələ Yaponiyanı silkələdi
İran türklərinin Yaxın Şərqdəki əhəmiyyəti
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib
Qərbi Azərbaycanda kütləvi etiraz: həbs olunanlar və yaralananlar var
İRANDAN TİLLERSONA CAVAB: NİFRƏTİMİZ ARTIR
Qaradağdan nə xəbər?
İranda növbəti hücum: 16 nəfər yaralandı
Tehranın küçə musiqiçiləri:İndi isə baş örtüyünü çıxar...
Azərbaycan Milli Dirəniş Təşkilatında istefa
Ərdəbildə zəlzələ: xəsarət alanlar var
Urmu gölünün 1000 kvadrat kilometrdən çoxu yenidən canlandırıla bilməz
İRAN YAS İÇİNDƏ...
İranda kömür mədənində partlayış: onlarla yaralı var
Rusiya və İran rəsmiləri Tehranda görüşdü
Məhkəmədən Rza Zərrab və Ebru Gündeşlə bağlı qərar
İranda AES yaxınlığında zəlzələ oldu
ZƏRİF: TRAMPIN SÖZLƏRİNİ CİDDİYƏ ALMAYIN
ƏRDOĞAN: RZA ZƏRRAB ATAMIN OĞLU DEYİL
Zərrabla Atilla birlikdə hakim qarşısına çıxdılar
PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN ADLARI AÇIQLANDI: ƏHMƏDİNEJAD YOXDUR
LAVROV: İRAN KRİTERİYALARA CAVAB VERİR, ÜZV OLA BİLƏR
"NƏZARƏT OLMASA, İRAN DA ŞİMALİ KOREYANIN YOLU İLƏ GEDƏCƏK"
İRANDA AVTOBUS AŞDI: 11 ÖLÜ
ABŞ-DAN İRANI ƏSƏBİLƏŞDİRƏCƏK SÖZLƏR
İRANDAKI DAŞQINDA ÖLƏNLƏRİN SAYI ARTMAQDA...
Daşqın Cənubi Azərbaycanı bu hala saldı - EKSKLÜZİV FOTOLAR
CƏNUBİ AZƏRBAYCANDA DAŞQIN: 17 ÖLÜ - Yenilənib
Əhmədinejad yenidən prezident olmaq istəyir - namizədliyini verdi
Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı
İranda bir ilk - Qadın prezidentliyə namizədliyini verdi
RUHANİ: PRİORİTETİMİZ RUSİYA VƏ AZƏRBAYCANLA GÜCLÜ ƏLAQƏDİR
ZƏRRABLA ATİLLA HAQQINDA YENİ CİNAYƏT İŞİ AÇILDI
Ruhani: ABŞ-ın Suriyanı bombalaması danışıqlara zərər verdi
EYNİ GÜNDƏ HAKİM QARŞISINA ÇIXACAQLAR
İRANDAN ETİRAZ: SURİYADA VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK
İran prezident seçkilərinə hazırlaşır: Namizədlərin adı açıqlandı
İranda türk milliyyətçiliyini yaydığına görə 5 il həbs cəzası aldı
İran hərbi bazasını Rusiyaya açdı
Rza Zərrab Trampın adamlarını özünə vəkil tutdu
Əhmədinejad Xameneiyini tənqid etdi
İranda ilaxır çərşənbəsində faciə
Haber Yazılımı