Xəbər haqqında
12 Noyabr 2017 - Bazar 23:33 756 nəfər oxuyub
 
İran-İraq sərhədindəki zəlzələ Lənkəranı da silkələdi
GÜNDƏM Xəbəri
İran-İraq sərhədindəki zəlzələ Lənkəranı da silkələdi

Lənkəranda 4 maqnituda gücündə zəlzələ baş verib.

 

Xeber365.com"Report"a istinadla bildirir ki, yerli sakinlər dağıntıların olacağından ehtiyatlanaraq evlərini tərk ediblər. Şahidlərin sözlərinə görə, yeraltı təkanlar təqribən 1 dəqiqəyə yaxın davam edib. 

 

Yeraltı təkanlar Yevlax rayonunda da hiss olunub.

 

Qeyd edək ki, bu gün axşam saatlarında İran-İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub. Bundan sonra güclü yeraltı təkanlar  İraq, İran, Türkiyə, BƏƏ və Azərbaycanın cənub bölgələrində də hiss edilib.

Mənbə: Müəllif:
İran-İraq, sərhədindəki, zəlzələ, Lənkəranı, da, silkələdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa