Xəbər haqqında
04 Oktyabr 2017 - Çərşənbə 22:31 2460 nəfər oxuyub
 
İran parlamenti Azərbaycanla bağlı qanun layihəsini qəbul etdi
GÜNEY AZƏRBAYCAN Xəbəri
İran parlamenti Azərbaycanla bağlı qanun layihəsini qəbul etdi

İran Parlamentində Azərbaycan və İran arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması üzrə əməkdaşlıq haqqında qanun layihəsi ratifikasiya olunub.

 

Xeber365.com-un məlumatına görə,  bir müqəddimə və 21 maddəlik qanun layihəsi  parlamentdə 224 nümayəndədən 169-u lehinə, 3-ü əleyhinə və 5-i bitərəf olmaqla qəbul olunub.

 

Sənədə  əsasən hər hansı bir ölkədə fövqəladə hallar baş verdiyi və yaxud təhlükə yarandığı halda, qarşı tərəfin istəyinə uyğun olaraq tərəflər bir-birlərinə yardım edəcək. 

Mənbə: Müəllif: XƏBƏR365
İran, parlamenti, Azərbaycanla, bağlı, qanun, layihəsini, qəbul, etdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı