Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 22:10 142 nəfər oxuyub
 
İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb
DÜNYA Xəbəri
İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb

İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş  hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub. Xeber365.com-un “APA”ya istinadən verdiyi məlumata görə, bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.   
 
Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.  
 
Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit havaşəraiti olduğu bildirilmişdi.   
 
Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir. 

 

Mənbə: Müəllif: XƏBƏR365
İran, Xəzərdə, hərbi, gəmisinin, qəzaya, düşməsinin, səbəbini, açıqlayıb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı