Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 13:24 14 nəfər oxuyub
 
İran xarici işlər naziri Bakıya səfər edəcək
- Xəbəri
İran xarici işlər naziri Bakıya səfər edəcək

İranın Xarici İşlər naziri ay sonunda Azərbaycana səfər edəcək.

 

Xeber365.com “Report”a istinadla yazır ki, Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gələcək. Bu barədə məlumat İranın Azərbaycandakı səfirliyindən bildirilib.

 

Diplomatın səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməkdir. Görüşün əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.

 

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni də gələcək.

Mənbə: Müəllif:
İran, xarici, işlər, naziri, Bakıya, səfər, edəcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa