Xəbər haqqında
05 Yanvar 2018 - Cümə 17:39 1855 nəfər oxuyub
 
İranda aləm yenidən qarışdı - Xalq referendum tələb edir
DÜNYA Xəbəri
İranda aləm yenidən qarışdı - Xalq referendum tələb edir

İranın bir çox şəhərində müxaliflər yenidən hərəkətə keçib. Sanandaj bölgəsində keçirilən böyük etiraz aksiyasında ölən və yaralananların olduğu bildirilir. 

 

Xeber365.com Türkiyə mətbuatına istinadən bildirir ki, rəsmi Tehran etirazların səngidiyini elan etsə də, müxaliflər yenidən meydanlara toplaşıb. Aksiya iştirakçılarının bildirdiyinə görə Sanandajda etirazçılarla polis arasında toqquşmalar baş verib. Qarşıdurmalarda ölən və yaralananların olduğu haqda məlumatlar gəlir.

 

 

Tehranda aksiya iştirakçıları “Rədd olsun, Xamenei”, “Tək ümidimiz referendumdur” tipli şüarlar səsləndirir. Şiraz şəhərində etirazçılar yolu bağlayıb. Nəqliyyatın hərəkətinə mane olan iştirakçılar küçədə tonqal qalayıb.

 

 

Huzistana bağlı Dezful əyalətində yüzlərlə insan etirazlara qoşulub. Aksiya iştirakçılarının bir polis nəfərini qovması görüntüləri sosial şəbəkədə sürətlə yayılıb.

 

 

Maraqlıdır ki, indiyə qədər etirazlara səssiz qalan türk vilayətlərində də aksiyalar keçirilib. Urmiyada böyük bir kütlə Xamenei əleyhinə şüarlar səsləndirib. Eyni etirazlar Kirmanşahda da qeydə alınıb. Həmədan şəhərində polislər aksiyaları dağıtmaq üçün hazır gözləyir.

 

 

Bu arada İran İnqilab Keşikçiləri polisə dəstək vermək üçün hazır olduğunu bəyan edib. Yerli qaynaqlar inqilab keşikçilərinin artıq Həmədan, İsfahan və Luristanda hazır dayandığını bildirib. 
 
 

 

Mənbə: Müəllif:
İranda, aləm, yenidən, qarışdı, -, Xalq, referendum, tələb, edir,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı