Xəbər haqqında
26 Sentyabr 2017 - Çərşənbə axşamı 21:45 1017 nəfər oxuyub
 
İranda minlərlə kürd yenə küçələrə çıxdı
GÜNEY AZƏRBAYCAN Xəbəri
İranda minlərlə kürd yenə küçələrə çıxdı

İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir.

 

Xeber365.com-un informasiyasına görə, İran politoloqu Qadir Qolkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır. Yerli KİV-inin məlumatına görə, yürüşlərdə demək olar ki, İranın Kürdüstan əyalətinin 80 əhalisi iştirak edir. Hakimiyyət kürdlərə İraqdakı soydaşları ilə həmrəy olduqlarını və sevindiklərini bildirmələrinə mane olmayıb.

 

Onun sözlərinə görə, regionda baş verənlər ABŞ-ın "Böyük Yaxın Şərq" geosiyasi planının bir hissəsidir.

 

Qeyd edək ki, İraq Kürdüstanında keçirilən referendumun 93-dən çox iştirakçısı bu regionun müstəqilliyi lehinə səs verib.

Mənbə: Müəllif: XƏBƏR365
İranda, minlərlə, kürd, yenə, küçələrə, çıxdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa