301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
13 Fevral 2018 - Çərşənbə axşamı 16:19 1180 nəfər oxuyub
 
İranda referendum keçirilməsi tələb olunur
GÜNEY AZƏRBAYCAN Xəbəri
İranda referendum keçirilməsi tələb olunur

15 tanınmış siyasi şəxsiyyət, birgə bəyanat yayaraq İranda hakimiyyətin növünü təyin etmək üçün BMT-nin nəzarətində ümumxalq referendumunun keçirilməsini tələb ediblər.

 

Xeber365.com-un "Günaz.tv"yə istinadən məlumatına görə, bəyanatda bildirilir ki, ölkəyə hakim ruhanilərin 40 ildir qurduğu “islam hakimiyyəti” bütün sahələrdə iflasa uğrayarayıb: “İslam respublikasının qurulmasından 40 il keçir. Bu 40 il ərzində ölkə vətəndaşlarının nəinki ağrı-acısı azalmayıb, əksinə əhali arasında ikili həyat tərzinin (evdə bir cür, çöldə başqa cür) və dini riyakarlığın geniş yayılmasına gətirib çıxarıb. Bu isə, cəmiyyəti və insanları cürbəcür böhranlarla üz-üzə qoyub. Rəsmilər, istər cəhalət (cahillik, nadanlıq), istərsə də səriştəsizlikdən və hakimiyyəti bürümüş korrupsiya ucbatından, cəmiyyətin və ölkə vətəndaşlarının ən ibtidai problemlərini belə həll etməkdə aciz qalıblar. Ölkədə ayrı-seçkilik, fəsad və korrupsiya, eləcə də hakimiyyət dairələrində külli miqdarda mənimsəmələr və oğurluqlar baş alıb gedir. Ölkəyə hakim zalimanə qanunların kökündə isə ayrı-seçkiliyə və zorakılığa rəvac verməkdən başqa bir şey yoxdur. İran Məhkəmə Sistemi isə qanunu və ədaləti icra etmək əvəzinə, bu gün siyasi dairələrin və rəsmilərin oyuncağına və onların siyasi hədəflərinin icraçısına çevrilib.

 

Bu gün, ölkənin müxtəlif təbəqələrindən olan qadınlar, vəkillər, jurnalistlər, müəllimlər, tələbələr, alimlər, fəhlələr, siyasi və ictimai fəallar, əhalini maarifləndirdiklərinə, rəsmiləri tənqid etdiklərinə və dini siyasətdən ayırmağa dəvət etdiklərinə görə, eləcə də məcburi hicabın ləğv olunmasını və qadınlara qarşı zorakılığa son qoyulmasını tələb etdiklərinə görə, təqiblərə məruz qalır, həbs edilərək, ağır cəzalarla zindanlara salınırlar.

 

Son 40 ilin təcrübəsi göstərir ki, islam respublikası rejimi islaholunmazdır. Çünki, bu sistem, ilahi məna və məfhumların arxasında gizlənərək, dindən bir vəsilə kimi istifadə edir, şəffaflığa riayət etmir və ölkədə din adı altında yalan və riyakarlığı yaymaqla məşğuldur. Bu sistem, ictimai rəyi  saymır, insan haqlarını əzib tapdalayır, azadlığı boğur, millətin hüququnu tanımır, ölkədə siyasi, iqtisadi, ictimai və mədəni böhranların ortaya çıxmasına səbəb olur. Bu sistem, İran millətinin azadlığa qovuşmasına və onun inkişaf etməsinə əsas maneədir.

 

Biz, bu bəyanatı imzalayaraq hesab edirik ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, ölkənin indiki problemlərdən yeganə çıxış yolu, xalqın azad rəyi əsasında dinc yolla sekulyar-demokratik prinsiplərə əsasən  islam respublikası sistemindən demokratiyaya keçiddir. Düşünürük ki, yeni sistemdə insan hüquqlarına tam riayət olunmalı, qadınlara, etniklərə, dini azlıqlara qarşı ayrı-seçkiliklər bütün sahələrdə aradan qaldırılmalıdır.

 

Biz, millətlərin öz müqəddəratını təyinetmə hüquq və prinsiplərinə əsaslanaraq, BMT-nin birbaşa nəzarəti altında İranda hakimiyyətin növünü təyin etmək məqsədilə ümumxalq referendumun keçirilməsini tələb edirik. Elə bir referendum ki, İran xalqı istədiyi hakimiyyətin növünü təyin etməklə öz taleyini ələ alaraq  ölkədəki problemləri aradan qaldıra bilsin”.

 

Bəyanatı imzalayanlar:

Vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə (İran)
Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi (Böyük Britaniya)
Hüquq müdafiəçisi, məhbus Nərgiz Məhəmmədi (Tehranın Evin zindanı)
İnsan hüquqları üzrə beynəlxalq vəkil Pəyam Əxəvan (Kanada)
Kinorejissor Cəfər Pənahi (İran)
Siyasi fəal Möhsün Saziqara (Amerika)
Vəkil və hüquq müdafiəçisi Məhəmməd Seyf (İran)
Siyasi fəal Hüseyn Şəriətmədari (Almaniya)
Siyasi fəal Heşmətullah Təbərzədi (İran)
Siyasi fəal Əbülfəzl Qədyani (İran)
Keçmiş axund və müxalif islamşünas Möhsün Kədivər (Amerika)
Araşdırmaçı sosioloq Kazım Kərdəvani (Almaniya)
Kinorejissor Möhsün Məxməlbaf (Böyük Britaniya)
Siyasi fəal Məhəmməd Məleki (İran)
Kinorejissor və siyasi fəal Məhəmməd Nurizad (İran)

Mənbə: Müəllif: XƏBƏR365
İranda, referendum, keçirilməsi, tələb, olunur,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
İran prokrorluğunun açıqlaması etirazçıların gözünü qorxutdu
Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir - Nəsib Nəsibli
Güney azərbaycanlılar İrandakı aksiyalara ona görə qoşulmadı ki... - Müsahibə
Güney azərbaycanlı rejissorların filmləri Türkiyədə kinofestivalda
Azərbaycan nefti cüzi ucuzlaşdı
"10 Tramp gəlsə də heç nə dəyişməyəcək" - Ruhani
İran parlamenti Azərbaycanla bağlı qanun layihəsini qəbul etdi
Güneyli fəal şərti azadlığa buraxıldı
Urmiya muzeyinin eksponatı Türkiyəyə verilir
İranda minlərlə kürd yenə küçələrə çıxdı
Urmu gölünün dəhşətli fəsadı özünü göstərdi
23 sentyabrda dinc etiraz aksiyası - GÜNEY AZƏRBAYCANDA
Təbriz fərmandarı Azərbaycan haqqında bunları dedi
Güney Azərbaycanda daha iki fəal həbs edildi
Urmiya gölündə ekoloji vəziyyət getdikcə ağırlaşır - Rəhmanlı limanı qurudu
PKK hücum etdi: 3 türk hərbçisi yaralandı
Ərdəbildə 17 aydır fəhlələrə maaş yerinə boş vədlər verilir
6.1 bal gücündə zəlzələ Yaponiyanı silkələdi
İran türklərinin Yaxın Şərqdəki əhəmiyyəti
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib
Qərbi Azərbaycanda kütləvi etiraz: həbs olunanlar və yaralananlar var
İRANDAN TİLLERSONA CAVAB: NİFRƏTİMİZ ARTIR
Qaradağdan nə xəbər?
İranda növbəti hücum: 16 nəfər yaralandı
Tehranın küçə musiqiçiləri:İndi isə baş örtüyünü çıxar...
Azərbaycan Milli Dirəniş Təşkilatında istefa
Ərdəbildə zəlzələ: xəsarət alanlar var
Urmu gölünün 1000 kvadrat kilometrdən çoxu yenidən canlandırıla bilməz
İRAN YAS İÇİNDƏ...
İranda kömür mədənində partlayış: onlarla yaralı var
Rusiya və İran rəsmiləri Tehranda görüşdü
Məhkəmədən Rza Zərrab və Ebru Gündeşlə bağlı qərar
İranda AES yaxınlığında zəlzələ oldu
ZƏRİF: TRAMPIN SÖZLƏRİNİ CİDDİYƏ ALMAYIN
ƏRDOĞAN: RZA ZƏRRAB ATAMIN OĞLU DEYİL
Zərrabla Atilla birlikdə hakim qarşısına çıxdılar
PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN ADLARI AÇIQLANDI: ƏHMƏDİNEJAD YOXDUR
LAVROV: İRAN KRİTERİYALARA CAVAB VERİR, ÜZV OLA BİLƏR
"NƏZARƏT OLMASA, İRAN DA ŞİMALİ KOREYANIN YOLU İLƏ GEDƏCƏK"
İRANDA AVTOBUS AŞDI: 11 ÖLÜ
ABŞ-DAN İRANI ƏSƏBİLƏŞDİRƏCƏK SÖZLƏR
İRANDAKI DAŞQINDA ÖLƏNLƏRİN SAYI ARTMAQDA...
Daşqın Cənubi Azərbaycanı bu hala saldı - EKSKLÜZİV FOTOLAR
CƏNUBİ AZƏRBAYCANDA DAŞQIN: 17 ÖLÜ - Yenilənib
Əhmədinejad yenidən prezident olmaq istəyir - namizədliyini verdi
Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı
İranda bir ilk - Qadın prezidentliyə namizədliyini verdi
RUHANİ: PRİORİTETİMİZ RUSİYA VƏ AZƏRBAYCANLA GÜCLÜ ƏLAQƏDİR
ZƏRRABLA ATİLLA HAQQINDA YENİ CİNAYƏT İŞİ AÇILDI
Ruhani: ABŞ-ın Suriyanı bombalaması danışıqlara zərər verdi
EYNİ GÜNDƏ HAKİM QARŞISINA ÇIXACAQLAR
İRANDAN ETİRAZ: SURİYADA VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK
İran prezident seçkilərinə hazırlaşır: Namizədlərin adı açıqlandı
İranda türk milliyyətçiliyini yaydığına görə 5 il həbs cəzası aldı
İran hərbi bazasını Rusiyaya açdı
Rza Zərrab Trampın adamlarını özünə vəkil tutdu
Əhmədinejad Xameneiyini tənqid etdi
İranda ilaxır çərşənbəsində faciə
Haber Yazılımı