The document has moved here.
|
||
İrandakı soydaşlarımızın yanındayıq! | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
“Son günlər İranda baş verən hadisələr hər bir Azərbaycan vətəndaşının olduğu kimi bizim də diqqətimizdədir. Əvvəla qeyd edək ki, 22 yaşlı Məhsanın ölümünə üzüldüyümüzü bildirir və yaxınlarına dərin hüznlə başsağlığı veririk.”
Bu fikirləri AY Partiyanın Başqan müavini Aynur Qəzənfərqızı səsləndirib.
“İranda baş verən hadisələrin insan haqları və qadın hüquqları çərçivəsində həll edilməsini tələb edirik. Məhsanın ölümünün İran qadınlarını azadlığa çıxaracağına inanırıq”,- deyə o qeyd edib.
Aynur Qəzənfərqızının sözlərinə görə, tarix sübut edib ki, irtica rejimi hər zaman dağılmağa məhkumdur: "İrandakı etiraz aksiyalarının bir anda böyüməsi xalqın məhkum olduğu buxovlarından bezdiyini və qurtulmaq istədiyini göstərir. Özəlliklə, İran Kürdüstanının Bicar şəhərindəTürkçə səslənən “milli hökumət” şüarları bir daha İrandakı irtica rejiminin etniklər üzərindəki assimilə siyasətini göstərməkdədir. Qeyd edək ki, Bicar Bicar Türk şəhəri idi. Lakin Pəhləvi rejiminin məqsədyönlü siyasəti nəticəsində Türklərə aid şəhər Zəncandan alınıb kürdlərə aid Küsrdüstana verilib. Bu da şəhər sakinlərinin də hər fürsətdə İranın anti-türk siyasətinə etiraz etməsinə səbəb olmaqdadır. İranın irtica rejimi yıxılmağa doğru gedir.
|
||
|
||
İrandakı, soydaşlarımızın, yanındayıq!, |
|