İranın bir qrup azərbaycanlı kinematoqrafçı Qarabağın işğalına son qoyulması ilə bağlı bəyanat yayıb.
"Xəbər365"in məlumatına görə, bəyanatda deyilir: "Əziz vətəndaşlar!
İranın başıuca və azadlıqsevər xalqı!
Bildiyiniz kimi, dost və qonşu Azərbaycan ölkəsi, müstəqillikdən sonra, 90-cı illərin əvvəllərində, qonşu Ermənistan ölkəsinin təcavüzü və işğalçılığına, bu təcavüz nəticəsində, Dağlıq Qarabağ bölgəsindən əlavə 7 rayonunun işğal edilməsinə məruz qaldı, minlərlə müsəlman bacı- qardaşlarımız, toqquşmalarda, Xocalı soyqırımı kimi qətliamlarda şəhid oldu, bir milyondan çox azərbaycanlı isə öz doğma yurdundan didərgin düşdü.
O hadisələrdən ötən son 27 il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa və tanınmış beynəlxalq sərhədlərə qayıtmağa çağıran 4 qətnamənin qəbul olunmasına rəğmən, Ermənistan və onun tabeliyində olan silahlı qruplar, bəzi ölkələrin o cümlədən qərb ölkələrinin himayəsinə arxalanaraq, bu qətnamələrə məhəl qoymur və bu böyük zülm və ədalətsizliyi davam etdirir.
Biz İranın azərbaycanlı kinematoqrafçıları İranın digər ədalətsevər və haqsevər xalq kütlələri və bütün azadə və vicdanlı insanlar, xüsusiylə Azərbaycan vilayətlərinin möhtərəm imam cümələri və bəzi millət vəkilləri, ədliyyə vəkilləri və digərləri ilə birlikdə Azərbaycanlı müsəlman bacı qardaşlarımızın və Azərbaycanın qəhrəman ordusunun işğal olunmuş əraziləri geri qaytarmaq əzmini dəstəklədiyimizi bildirir və bu qürurverici döyüşün şəhidlərinin xatirəsini yüksək tutaraq, yaralılara tezliklə şəfa diləyir, işğala son qoyulmasını arzulayır, Qarabağın azad edilməsindən sonra davamlı və ədalətli sülhün uğrunda danışıqların aparılmasını istəyirik".
|